Azərbaycanda Ramazan bayramı günləri üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.