Ermənistanın Avropa Şurasının prinsiplərinə zidd əməlləri sərt tənqid olunub

17:12 / 26.06.2017

vropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının başlanğıcında Büro və daimi komitənin ənənəvi hesabatı dinlənilib. Hollandiyalı deputat Tini Koksun hesabat məruzəsindən sonra başlayan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, təqdim olunan məruzə və Avropa Şurasının fəaliyyətlərinin islahata ehtiyac duyulan bəzi sahələri barədə fikirlərini bildirib.

Belə məruzələrin səmərəliliyinin artması üçün onların özünütənqid ruhunda hazırlanmasının, inkişafa mane olan amillərə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Rafael Hüseynov deyib: “Büro və daimi komitənin ötən sessiyadan indiyədək olan fəaliyyətini əks etdirən ənənəvi hesabatlarımız “İnkişaf haqqında məruzə” adlansa da, aydındır ki, bu mətn yalnız əldə olunmuş nailiyyətləri əks etdirmir, ümumən keçilmiş yolu təhlil edir. Keçilmiş yol isə yalnız uğurlardan ibarət ola bilməz. İş varsa, söz yox ki, nöqsanlar da, gerçəkləşməyən niyyətlər də var. Güman edirəm ki, biz gələcəkdə bu hesabatları daha çox pozitiv məqamların sadalanması üzərində deyil, özünütənqid əsasında qursaq, diqqəti nailiyyətlərimizdən çox hansı məqsədlərimizə niyə çata bilmədiyimizin təhlilinə yönəltsək, daha artıq fayda görərik. Konkret olaraq biz Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin necə icra edilməsi məsələsinə xüsusi münasibət göstərməliyik. Zənnimcə, bu hesabatlarda mütləq qaydada hər dəfə hansı qətnamələrin uğurla həyata keçirildiyini, tətbiq olunduğunu, hansıların isə elə kağız üzərində qaldığını şərh etməli və vurğulamalıyıq. Xüsusilə də, hansı qətnamə ilə bağlı irəliləyiş yoxdursa, işin sürətlənməsinə, yaxud hərəkətə gəlməsinə mane olan obyektiv və subyektiv səbəblərə diqqət yönəltməliyik”.

Ermənistanın icrasından boyun qaçırdığı AŞPA qətnamələrini xatırladan azərbaycanlı deputat belə hərəkətlərinə görə bu ölkənin cəzasız qalmasının yolverilməz olduğunu bildirib: “Bircə nümunə gətirim. Su insan həyatı üçün ən vacib, hətta bütün istiqamətlərdə tam bərqərar olması üçün mübarizə apardığımız demokratiyadan da önəmli olan bir nemətdir. Çünki ən azı biz öz bioqrafiyamızdan bilirik ki, demokratiya olmadan da illərlə yaşamaq mümkündür, susuzluğa isə ən dözümlü insan 14 gündən artıq tab gətirə bilməyərək məhv olur. Assambleyada 24 ildən bəri işğal altında olan Sərsəng su anbarı ilə bağlı, “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” məruzə müzakirə olundu və 2016-cı il yanvarın 26-da 2085 saylı qətnamə qəbul edildi. Ermənistan bu günə qədər həmin qətnamənin icrasına aqressiv müqavimətini davam etdirməkdədir. “İnkişaf hesabatı”nda kimsə indiyədək bu cür qəbul edilib işləməyən hansı qətnamələrdən bircə cümləyə rast gəlib? Sonra da gileylənirik ki, təşkilatımızda böhranlar var. Belə çətin böhran vəziyyətindən çıxmaq üçün mahiyyətlə bağlı əsas məsələləri unudaraq, başlayırıq kosmetik struktur dəyişiklikləri ilə özümüzü aldatmağa. Avropa Şurası elə bir ailədir ki, burada ərköyün üzv olmamalıdır. Bəzilərinə güzəştli, bəzilərinə isə sərt münasibət bəsləninməməlidir. AŞPA-nın 1416, 2085 və sair qətnamələrinin icrasına, təşkilatın yaratdığı alt komitənin fəaliyyətinə nümayişkarcasına müqavimət göstərən Ermənistanın nizamnaməyə zidd hərəkətləri, əslində, Avropa Şurasına qarşı təxribatdır. Çünki ziyanlı nümunə yoluxucu olur. Başqaları da görür ki, hansısa üzv ölkə ona sərf etməyən qətnaməni, qətnamənin hansısa bəndlərini bloklaya bilir və o da başlayır eyni cür davranmağa”.

Rafael Hüseynovdan öncə çıxış edən 2 erməni nümayəndənin artıq adət alımış tərzdə Azərbaycanın ünvanına hədələr yağdırmasına münasibət bildirən deputatımız bu yalan və nifrət dolu, uydurma və böhtan sözlərin Ermənistanın işğalçı mahiyyəti ilə tam uyğun olduğuna diqqət çəkib.

Azərbaycan nümayəndə heyətinin üzvü kənardan idarə edilən, yalnız formal müstəqilliyə malik Ermənistana qarşı Avropa Şurasının qəti addımlar atmamasının təəccüb doğurduğunu bildirib: “Necə olur və nəyə güvənərək siyasi baxımdan zəif, iqtisadi cəhətdən miskin Ermənistan Avropa Şurasına bu cür meydan oxuya bilir? Axı müstəqilliyi sırf simvolik xarakter daşıyan, forpost olduğunu özü də rəsmən etiraf edən Ermənistanın idarəetmə düymələri, kuklaoynadanları ölkədən kənardadır. Xaricdən, ağalarından komanda gəlir ki, “belə et!”, Ermənistan da yerinə yetirir və həmin pərdə dalındakı qüvvələr də bu vasitə ilə Avropa Şurasına qarşı təzyiqlərini reallaşdırmış olurlar. Siz özünüz bunları məndən də yaxşı bilirsiniz.

Güman edirəm ki, inkişafımıza əngəl yaradan belə narahatedici məqamları daha çox təhlil edərək nəticələr çıxarsaq, uğurlarımız artar, inkişaf haqqında hesabatlarımız da gələcəkdə daha obyektiv, sanballı alınar”.

Şəhla Ağalarova


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM