Yoxluğa yuvarlanan ölkə və ya bu məkanın yiyəsi kimdir?

09:32 / 21.05.2014

 
Ermənistan isə belə görünür ki, tarixdən heç nə öyrənməməklə yanaşı, aldığı dərsləri unudub və ümumiyyətlə, yeni dərslərdə nələrdən danışılacağından bixəbərdir.
 
Ya da xəbəri var, amma bu ölkənin rəhbərliyinin kütləvi amneziya görüntüləri yaratmaq cəhdlərinin idiotikliyi əndazəni aşır.
 
Serj Sarkisyanın rəhbərlik və idarə etməyə çalışdığı ölkə illərdən bəri böyük güclərin əlində oyuncaqdısa, indi həmin "status"unu da itirərək unudulmuş məkana çevrilməkdədir.
 
Belə məkan kimsənin yada salmadığı yer anlamına gəlmir. Əksinə, geosiyasətdə "unudulmuş məkan" ciddi oyunçular olan ölkələrin əsla unutmadıqları, amma ciddi layihə və ya proqramları üçün yada salmaq istəmədikləri ərazidir.
 
Ermənistan dövlət statusunu çoxdan itirərək müstəqilliyi ilə suverenliyini hərraca çıxardığı üçün normal ölkələrin arasından tənəzzül edərək yaşamı uğrunda mübarizə aparan məkanlar sırasında bərqərar olub.
 
Bu ölkədə indi iki qüvvə ağalıq və sahiblik mübarizəsi aparır. Rusiya sovet imperiyası dağılandan sonra onillər ərzində qurduğu istismar mexanizmləri və mənimsəmə konstruksiyalarını möhkəmlətməyə, təsir rıçaqlarını itirməməyə çalışır.
 
Qərb isə Rusiyanın təsir imkanlarını azaldaraq əraziyə nəzarəti ələ keçirməyə can atır. Hər iki tərəf aktivləşib, çünki uğrunda mübarizə apardıqları ərazinin de-yure hakimiyyətinin çökməkdə olduğunu, Sarkisyan rejiminin hadisələrin məcrasına təsir edə bilmədiyini anlayırlar.
 
Problemin səbəbləri çoxdur və onların arasında ən başlıcası Ermənistandakı siyasi qüvvələrin könüllü olaraq xarici proseslərin, yad qüvvələrin təsiri altına düşməsidir. Həmin qüvvələr əslində milli maraqlara və dövlətin mənafelərinə xəyanət edərək ölkənin gələcəyi ilə bağlı məsuliyyət yükünü daşımaqdan qorxduqları üçün çətin vəziyyətdə geri çəkildilər, millətin və cəmiyyətin üzləşdiyi çağırışları lal sükutla qarşıladılar.
 
Hakimiyyət qorxdu, müxalifət duruxdu və sonucda Ermənistan indi vurnuxduğu bataqlığa düşdü.
 
Belə şəraitdə ən mühüm məsələlərdən biri xarici siyasi proseslərə təkan verərək onların sonuclarını daxilə inikas etməyə çalışan qüvvələr arasında ermənilərin seçimləridir.
 
Qərb, yoxsa Rusiya - sual budur.
 
Ermənistandakı problemlərin həllində hazırda Rusiya daha ciddi və səbatlı imkanlara, təsir vasitələrinə malikdir. İlk baxışda təəccüblü və paradoksal təsir bağlışlasa da, adi işdir. Axı Ermənistandakı problemləri yaradan, sonra həmin müşküllər vasitəsilə erməniləri idarə edən də Rusiyadır.
 
Yaşananlara ən bariz misal 2013-cü ilin sentyabrın 3-dəki olaylardır. Prezident Serj Sarkisyan həmin günə qədər and içir, qəsəm edir, Yerevanın Qərbə meylli siyasət yürütdüyünü və başlıca məqsədinin də Avropa Birliyinə inteqrasiya olduğunu deyirdi.
 
Lakin sentyabrın 3-də o, Ermənistanın MDB məkanındakı Gömrük Birliyinə qatılması ilə bağlı anlaşmanı imzaladı və bununla da başçılıq etdiyi hakimiyyətin marionetkalar yığnağı, idarə etdiyi ölkənin isə azadlığını büsbütün Rusiyaya həvalə etmiş ölkə olduğunu göstərdi.
Elə həmin vaxtlarda Ermənistanın daxili siyasət müstəvisindəki fiqurantların baş verənlərə münasibətləri onların acınacaqlı durumda olduqlarını göstərdi. Çünki Yerevanın Gömrük Birliyinə qoşulmasına, yəni iqtisadiyyatını və maliyyəsini Moskvanın nəzarətinə verməsinə yerli müxalifət qüvvələri müti reaksiya verdilər.
 
Özlərini erməni müxalifətinin liderləri adlandıran şəxslər Rusiyadan asılı olduqlarını və Moskvanın erməni siyasətində rejissor rolunu qəbul etdiklərini göstərdilər. Davranışın səmimi, yaxud da oyunbazlıq naminə edilən əməl olması əhəmiyyət kəsb etmirdi. Edilənlər siyasi konyuktura naminə olaylardı.
 
Beləcə, aşkardır ki, Ermənistandakı daxili siyasət arenası ilə siyasi proseslərə Rusiya tam nəzarət edir. Fəqət, siyasət incə məsələ olduğundan zahiri təzahür nəsnələri ilə yanaşı, ciddi daxili məzmuna malikdir. Siyasi proseslərdə zahiri olaylar daha dərin və uğurlu manevrlər üçün imkanlar yaratsa da, Ermənistanda belə şanslardan yararlananlar yox dərəcəsindədir.
 
Daha doğrusu, heç yoxdur, çünki Yerevanda heç bir siyasi qüvvə Rusiyanın maraqlarına aşkar şəkildə meydan oxumaq cəsarətinə malik deyil.
 
Halbuki baş verənlər ermənilər üçün orta perspektivlə yanaşı uzunmüddətli məqamlar baxımından ciddi əhəmiyyət kəsb edir.
 
Ağır və çətin məqamdır, axı Ermənistandakı siyasi proseslərə yalnız orta müddətli yox, həm də uzunmüddətli perspektivdə nəzər salmaq gərəkdir. Belə olan şəraitdə isə reallıqlar bir qədər fərqli məcrada reaksiyalar yaradır.
 
Bəs yaxşı, sadalananları nəzərə alsaq, Ermənistanın siyasi məkanında Rusiya stabil institusional mövcudluğa, təsir imkanlarına malikdir, yoxsa görünənlər elə görüntü naminə olan məqamdır?
 
Moskvanın bütün cəhdlərinə rəğmən, Rusiya Ermənistana təsir rıçaqlarının zəifləməsi ilə üzləşib. Çoxsaylı siyasi və iqtisadi pressinq vasitələrinə, Moskvanı Yerevanın siyasi arenasına bağlayan əlaqələrə və vasitələrə baxmayaraq institusional təsir baxımından Ermənistanda vakuumdur.
 
Səbəb bəsit: Qərb Ermənistanla ölkənin yaşamının müxtəlif sahələrinə bilavasitə dəxli olan müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə işləyir. Həmin qurumlar arasında vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət strukturları və ölkədən kənardakı fəaliyyətlərdən qaynaqlanan vahidlər olsa da, onların hamısı Qərbdən idarə olunurlar.
 
Daha sadə desək, Rusiya Ermənistanda rıçaqlar və strukturlar vasitəsilə yerini möhkəmlətməyə çalışırsa, Qərb yerini siyasi məkanlarla genişləndirir.
 
İndi Rusiyadan asılı olduqlarını deyərək Moskvanın göstərişlərini yerinə yetirən təşkilatlar da məhz bu səbəbdən zərurət yarandığını hiss edən kimi "şimal sahib"ə arxa çevirərək Qərbə üz tutacaqlar.
 
Axı hər şey vədlər səviyyəsindədir./milli.az/
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM