İyunun 27-də Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında öz işini davam etdirib və bu çərçivədə ABŞ Konqresi və Dünya Bankında tədbirlər təşkil edilib.
ABŞ Konqresindəki tədbiri Mərkəzi Asiya və Qafqaz İnstitutunun nümayəndəsi Mamuka Tsereteli açıb. Tədbirdə respublikaçı konqresmenlər, Nümayəndələr Palatasının Qaydalar Komitəsinin sədri Pit Seşns və Nümayəndələr Palatasının Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot, habelə ABŞ Nəqliyyat Komandanlığının Strategiya, Qabiliyyətlər, Siyasət və Logistika direktoru, kontr-admiral Laurens Cakson çıxış ediblər.
Texasdan konqresmen olan respublikaçı Pit Seşns öz çıxışında ABŞ-ın region ölkələri ilə daha yaxından əməkdaşlıq etmək istəyini ifadə edib. O, region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir edərək bu dövlətlərin Şərq ilə Qərb arasında daha yaxşı bazar iqtisadiyyatı yaratmasının ABŞ-ın böyük marağında olduğunu vurğulayıb. ABŞ-ın region dövlətləri ilə sabit münasibətlər qurmasını önə çəkən konqresmen, ABŞ Dövlət katibi Reks Tillersonun regionu və oranın insanlarını anladığını, habelə ABŞ və region dövlətləri arasında uzunmüddətli münasibətlərin qurulması üçün geniş əməkdaşlığın, o cümlədən iqtisadi və humanitar mübadilələrin vacibliyini bildirib.
Ohayodan olan respublikaçı konqresmen Stiv Çabot ötən yayda Azərbaycana və Gürcüstana səfərini xatırladıb, bu regionun vacibliyinə diqqəti çəkib. Trans-Xəzər dəhlizi ölkələrinin bir araya gələrək sözügedən Forumu təşkil etməsinin əlamətdar hadisə olduğunu və ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin güclü qalması və inkişaf etməsi üçün region dövlətləri arasında birgə işləməyin vacibliyinə toxunub, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini qeyd edib.
ABŞ Nəqliyyat komandanının region ölkələrinə təşəkkürünü ifadə edən kontr-admiral Laurens Cakson Trans-Xəzər dəhlizinin və həyata keçirilən əməkdaşlığın əhəmiyyətini önə çəkib. O, Əfqanıstanda həyata keçirilən beynəlxalq səylərin təminatı üçün Trans-Xəzər dəhlizinin xüsusi rolunu vurğulayıb. L.Cakson ötən il Azərbaycana səfərini xatırladaraq infrastruktur inkişaflarından mütəəssir olduğunu, o cümlədən qatarların Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələrək buradan müasir üsullarla bərələr vasitəsilə daşınmasını müşahidə etdiyini vurğulayıb. O, ABŞ Nəqliyyat Komandanlığının Azərbaycan və dəhliz ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək istəyini ifadə edib. Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford Nəqliyyat Komandanlığının Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu, Komandanlığını Azərbaycanda yaradılmış imkanlar və dəstəkdən məmnunluğunu və bu münasibətləri qoruyub saxlamaq istədiyini ifadə etmişdi.
Bundan sonra baş tutmuş panel müzakirələrində ölkəmizi təmsil edən Tranzit Daşımaları üzrə Əlaqələndirmə Şuranın ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, Dövlət Neft Şirkətinin rəsmisi Vitaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışıblar. V.Bəylərbəyov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin region və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Trans-Xəzər Forumunun növbəti tədbiri Dünya Bankında keçirilib. Tədbirdə çıxış etmiş Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber təmsil etdiyi qurumun Trans-Xəzər dəhlizi ölkələrində həyata keçirilən infrastruktur layihələrini, sərhəd-keçid və gömrük prosedurlarının asanlaşdırılmasını dəstəkləməyə hazır olduğunu qeyd edib. Daha sonra Trans-Xəzər dəhlizində fiziki infrastruktur və daşınmaların sürətləndirilməsi üçün Dünya Bankının ekspertləri ilə müzakirələr aparılıb. Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Şahin İsmayılov çıxış edərək mövzu üzrə və ölkəmizin apardığı regional əməkdaşlıq barədə məlumat verib.
Forumla bağlı növbəti tədbir Strateji və Beynəlxalq Araşdırmalar (Center for Strategic and İnternational Studies) və Boeing şirkəti tərəfindən təşkil olunan yüksək səviyyəli şam yeməyi formatında baş tutub. Tədbirdə dəhliz dövlətlərinin səfirləri, ABŞ administrasiyası nümayəndələri və biznes təmsilçilərinin iştirakı ilə regional siyasi, biznes və digər inkişaflar mövzusunda müzakirələr keçirilib. Tədbirdə Boeing şirkətinin nümayəndəsi Azərbaycanın regional nəqliyyat “qovşağ”ına çevrilməkdə olduğunu vurğulayıb.
Xatırladaq ki, Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan - tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.
Forum Azərbaycanın, Türkiyənin, Əfqanıstanın, Gürcüstanın, Qazaxıstanın, və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə həyata keçirilir. Forumun tərəfdaşları qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Boeing, ABŞ Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şuası çıxış edir. Həmçinin, Xəzər Siyasət Mərkəzi Forumun informasiya və analitik təminatçısı rolunda çıxış edir. Bu ilki foruma Boeing, Türk Hava Yolları və General Electric şirkətləri tərəfindən sponsorluq edilir.
Trans-Xəzər Forumu çərçivəsində baxılan mövzular sosial mediada da böyük marağa səbəb olub və geniş şəkildə işıqlandırılıb.
Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Əlaqələndirmə Şurası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları, "Silk Way" şirkəti və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri təmsil edir.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən başlayaraq illik əsaslarda Vaşinqton şəhərində keçirilməyə başlayıb. Forum çərçivəsində illik tədbirlərlə yanaşı, müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.
Yusif Babanlı
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM