6 tələbənin ölümündə təqsirləndirilən sürücü: Mənə ölüm cəzası da verilsə, razıyam

12:38 / 29.06.2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxslər vəkil tutmayıblar. Zərərçəkmiş şəxslər vəkillə təmin olunmaq istədiklərini bildiriblər. Zərərçəkmiş Eynulla Muradov övladının dünyasını dəyişməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyana görə, təqsirləndirilən şəxsdən 122 min manat təzminat tələb edib.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən N.Hüseynov özünü təqsirli bilib. N.Hüseynov deyib ki, həmin tələbələrə bir neçə ildir ki, sürücülük edir: "Həmin uşaqlarla şəxsi qərəzim olmayıb, onlara dayı olmuşam. Mənə ölüm cəzası da verilsə, razıyam. Bu hadisə ehtiyatsızlıqdan baş verib. Bu hadisəni heç vaxt özümə bağışlamayacağam. Həmişə vicdan əzabı çəkəcəyəm. Martın 9-da da - hadisə baş verən gün hər zaman olduğu kimi, uşaqlar maşına mindi və yola çıxdıq. Mən elə bil yuxuda idim, heç nə düşünmürdüm. Tələbələrdən biri qışqıranda artıq ayıldım və maşını döndərməyə cəhd etdim. Çox adam yaralandı. Yalnız bir nəfər - Çinarə adlı tələbə dünyasını dəyişmişdi".

Təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxslərin narazılığına səbəb olub və onlar N.Hüseynovun mikroavtobusu sürətlə idarə etdiyini bildirib.

Prosesdə məlum olub ki, N.Hüseynov mikroavtobusu etibarnaməsiz idarə edib və o, normadan artıq sərnişin daşıyıb. O da məlum olub ki, N.Hüsrynov 14 nəfərlik sərnişin daşımalı olduğu halda, mikroavtobusa 27 sərnişin götürüb.

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Xatirə Nəsibova bildirib ki, hadisə günü oğlu İbrahim Nəsibovu dərsə yola salıb: "Hadisədən sonra da oğluma zəng etdim, telefonuna zəng çatmadı. Xəstəxanada oğlumun öldüyünü gizlətdilər. Mən hesab edirəm ki, Namiq burda mühakimə olunası ən axırıncı adamdır. Çünki buna qədər aidiyyatı orqanlar, "ZİL" markalı yük avtomobilinin sahibi də məsuliyyətə cəlb olunmalıdır".

Digər zərərçəkmiş Roza Muradovanın atası Eynulla Muradov qızının N.Hüseynovun mikroavtobusuna minmək istəmədiyini qeyd edib: "Qızım mənə deyirdi ki, Namiq maşını çox sürətli sürür. Amma sonradan o özü qızımdan xahiş edib ki, onunla gedib-gəlsin. Mən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyirəm".

Prosesdə digər zərərçəkmiş şəxslər də ifadə verib. Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

İttihama görə, bu il martın 9-da səhər saatlarında Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış "ZİL" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM