Bakıda dənizdə batan modelin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.
Qeyd edək ki, Günel Mirzəyeva iyunun 27-də Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta aşıb və nəticədə iki nəfər dənizə yıxılıb. G.Mirzəyeva üzə bilmədiyindən dənizdə batıb.
G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.