NATO PA-nın seminarında ermənilərin Füzulidə dinc sakinləri öldürməsi məsələsi qaldırılıb

17:16 / 05.07.2017

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.

 

İclasda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, üç gündür davam edən seminarın iclasında hadisə ilə bağlı məsələ qaldırılıb, artilleriya atəşi nəticəsində Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilən nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın al qana qərq edilmiş fotosunu nümayiş etdirilib.

 

İclasda çıxış edən M. İbrahimqızı Füzulidə baş verən qanlı olayla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanan bəyanatı təqdim edib. O bildirib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə üstünlük verdiyi halda erməni silahlı qüvvələrinin atəşkəsi pozması, bəşəri cinayətə əl atması Ermənistanın bu məsələdə işğalçılıq siyasətində israrlı olmasından xəbər verir: “İki yaşlı məsum körpənin artilleriya atəşi ilə öldürülməsi hansı müharibə qanunlarında var? İndiki prezident Serj Sarkisyan 1992-ci il 26 fevralda Azərbaycanın Xocalı qəsəbəsində törətdikləri soyqırımının mahiyyəti ötən gecə Füzuli rayonumuzda təkrarlandı. Bu faktlar artıq erməni silahlıları tərəfindən Azərbaycana qarşı ənənə halına çevrilir. Dünya buna nə vaxtadək susacaq?”.

 

Deputat bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı işğalı potensial təhlükə mənbəyidir: “Törədilən hadisələr hər dəfə bunu artıqlaması ilə sübut edir. Ermənistan faktiki olaraq nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur. Münaqişənin həllində hər zaman destruktiv mövqe sərgiləyir. Bununla nəinki Qafqaz bölgəsini, eyni zamanda Qara dəniz hövzəsini də təhlükə şəraitində saxlamış olur. Biz ilk növbədə belə bir işğalçı dövlətin sürətlə silahlanmasının dayandırılmasını tələb edirik. Artıq 25 ildir bu işğal Azərbaycana qarşı davam edir və heç bir nəticə yoxdur. Biz artıq NATO-nun da bununla bağlı addım atmasını tələb edirik. Əks halda Ermənistan tərəfindən bu halların getdikcə artması labüddür. Erməni xalqı özü də Sarkisyandan narazı olsa dar, o buna məhəl qoymur və cinayət əməllərini regionda daha dərin formada təkrarlayır”.

 

Sonra deputat ötən gecə Füzulinin Alxanlı kəndində qətlə yetirilən körpənin fotolarını nümayiş etdirib. Hadisə seminar iştirakçısı olan ölkələrin nümayəndələri arasında hiddətə və qınağa səbəb olub. Ermənistan nümayəndə heyəti adından deputat Koryun Nahapetyan isə iclasda bu məsələnin müzakirəsinin və fotoların nümayişinin dayandırılmasını tələb edib. Nümayəndə heyətləri arasında mübahisə düşüb. Buna görə erməni deputatlar qınanıb. İclasa sədrlik edən NATO PA-nın vitse-prezidenti Osman Aşkın Bak Ermənistan nümayəndə heyətinə xəbərdarlıq edib.

 

Seminarda Azərbaycanı deputatlar M. İbrahimqızı, Kamran Bayramov və Milli Məclisin Beynəlxalq şöbəsinin əməkdaşı Rəhim Axundov təmsil edir.

 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM