Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir

15:38 / 06.07.2017

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi ilə bağlı seminar keçirilib.
 
 
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru Səfərəli Cavadov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanan bu standart dünyanın 100-dən çox ölkəsində tətbiq olunur. Sənəd vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin həmin dövlətlərdəki maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanmasını və həmin hesab sahiblərinin rezidentləri olduqları dövlətlərə ötürülməsini tənzimləyir.
 
Standartın tələbinə əsasən, maliyyə institutları hesab açan şəxslərəözünüqiymətləndirmə anketini təqdim etməlidir. Həmin anketlərin hazırlanmasında böyük bankların təcrübəsindən istifadə olunub. Bildirilib ki, Vergi Məcəlləsinə edilmiş sonuncu dəyişikliklərə əsasən, maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə Azərbaycanın normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə - hər belə hesab və ya əməliyyat üçün maliyyə institutlarına 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
 
Maliyyə institutlarında vergi monitorinqi idarəsinin Maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin əməkdaşı Elxan Əhmədzadə bildirib ki, bu standartı tətbiq etmək üçün maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında çoxtərəfli razılaşmaya qoşulmaq zəruri hesab olunub. Bildirilib ki, CRS bu il iyulun 1-dən Azərbaycanda tətbiq edilməyə başlanılıb: "Maliyyə hesabları haqqında məlumatların hesab sahiblərinin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyən CRS-in tətbiqində məqsəd bu sahədə şəffaflığın yaxşılaşdırılması, vergidən yayınmaya qarşı mübarizə və vergi daxilolmalarının artırılmasıdır”.
 
Qeyd edilib ki, burada hesabat verən maliyyə institutu dedikdə, CRS məqsədləri üçün bank fəaliyyətini həyata keçirən təşkilat, depozitar, investisiya təşkilatı, müəyyən olunmuş sığorta şirkətləri başa düşülür. Hesab sahibləri hüquqi və fiziki şəxslərdir. Fiziki şəxslərə məxsus hesabların yoxlama prosedurları və hesabat verilməli hesabların müəyyən edilməsi barədə bildirilib ki, bunun üçün rezidentlik meyarı əsas götürülür. Daha sonra hesabat göndərilən yurisdiksiyada yerləşən qeydiyyat və ya faktiki yaşayış ünvanı, hesabat göndərilən yurisdiksiyada olan telefon nömrəsi, maliyyə vəsaitlərinin xaricdəki hesaba köçürülməsinə dair dövri ödəniş və ya mütəmadi köçürmələr, xaricdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza səlahiyyəti, maliyyə institutunun baza məlumatlarında hesab sahibinə məxsus yeganə ünvanın "vasitəçi ünvanı” və ya "əmanət ünvanı”nın olması da əsas meyar kimi müəyyən olunub. Meyarların müəyyənləşdirilməsi üçün fiziki şəxslərə məxsus aşağı və yüksək dəyərli əvvəlcədən mövcud olan hesabların yoxlanılması 30 iyun 2018-ci ilədək başa çatdırılmalıdır.
 
Vurğulanıb ki, fiziki şəxsin hesablarından fərqli olaraq, hüquqi şəxslərə məxsus elə hesablar var ki, onların araşdırılması, müəyyən edilməsi və məlumat verilməsi tələb olunmur: "30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min ABŞ dolları olan hesablar 2018-ci il və növbəti illərin son gününə 250 min dolları keçməyəcəksə, həmin hesablar barədə məlumat verilməyəcək. Araşdırılması tələb edilən əvvəlcədən mövcud olan hesablar isə 30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min dolları keçən hesablardır. Eyni zamanda, bu tarixə məcmu qalığı və ya dəyəri 250 min dollar olub, lakin 2018-ci ilin və növbəti illərin son gününə 250 min dolları keçən hesabların da araşdırılması tələb edilir”.
 
Hüquqi şəxslərə məxsus əvvəlcədən mövcud olan hesabların yoxlama müddəti barədə bildirilib ki, 30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min dolları keçən əvvəlcədən mövcud olan hüquqi şəxs hesablarının yoxlanılması 30 iyun 2018-ci ilədək başa çatdırılmalıdır. 30 iyun 2017-ci il tarixinə məcmu qalığı və ya dəyəri 250 min dolları keçməyən, lakin 2017-ci ilin və ya növbəti ilin 31 dekabr tarixinə 250 min dolları keçən əvvəlcədən mövcud olan hüquqi şəxs hesablarının yoxlanılması hesabın məcmu qalığı və ya dəyərinin 250 min ABŞ dolları məbləğini keçdiyi təqvim ilindən sonra növbəti il ərzində yekunlaşmalıdır.
 
Sonda maliyyə institutları nümayəndələrinin sualları cavablandırılıb.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM