Çimərlikdə spirtli içki içən KİŞİLƏRİN DİQQƏTİNƏ

11:20 / 08.07.2017

Yay istirahətinin vazkeçilməz məkanlarından birincisi çimərliklərdir. Elə ki, çimərlik mövsümü başlayır, hamı sərinləmək, əylənmək və istirahət etmək üçün dənizə üz tutur. Etiraf edək ki, çimərliyə gedən kişilərin sayı nisbətən daha çoxdur. Adətən kişilər dost-tanışları ilə birgə yığılıb səhərdən axşama kimi dənizdə əyləncəli vaxt keçirirlər. Əlbəttə, belə bir ortamda süfrədən spirtli içkilər əskik olmur. Halbuki günəşin altında spirtli içkinin içilməsi səhhətə daha ciddi zərər vurur.

Strategiya.az xəbər verir ki. mövzu ilə bağlı ailem.az-a danışan terapevt İbrahim Əfəndiyev ilk növbədə bildirdi ki, ümumiyyətlə, spirtli içkinin orqanizmə heç bir xeyri yoxdur: "Bəzən deyirlər, bir az spirtli içki içmək orqanizmə xeyirdir, amma bu, qətiyyən belə deyil. Spirt tərkibli içkilər həzm sisteminin selikli qişasına dağıdıcı təsir göstərir. Xüsusilə mütəmadi istifadə etdikdə həmin içki tam parçalanmadan orqanizmdə ara məhsullarına çevrilir. Parçalanma tam getmədiyinə görə, bu, qan damarlarının daxili qişasının qalınlaşmasına və daralmasına səbəb olur. Təbii ki, hansısa orqana, nahiyəyə arterial qanın, yəni oksigenlə zəngin qanın aparılması azalarsa, həmin orqanın funksiyası da azalar. Ümumiyyətlə, bütün toxumalar diffuz şəkildə zədələnməyə məruz qalır. Nəticədə oksigen çatışmazlığı səbəbindən orqan sıradan çıxır. Xüsusilə qaraciyər, böyrək və digər orqanlar ardıcıllıqla öz funksiyasını dayandırır".
 
Terapevtin sözlərinə görə, spirtli içkinin əsas təsirlərindən biri də qan damarlarının sürətlə sorulmasıdır: "İnsan spirtli içki içdikdə onun təsirini görmək istəyir. Bu zaman beyində müəyyən qədər dayanma prosesi güclənir və insanda şən əhval-ruhiyyə yaranır. Bu hal isə qısa müddətlidir. Beləliklə, beyin toxumasına təsir edərək onu zədələyirlər və artıq içki olmayan hallarda da insan belə bir vəziyyətə düşmək istəyir. Bu isə getdikcə xroniki alkoqolizmə çevrilir".
 
"İsti havalarda qətiyyən içki içmək olmaz", - deyən İ.Əfəndiyev bildirdi ki, bu, ani ölümlərə də yol aça bilər: "Gün vurma zamanı onsuz da insanda baş gicəllənmə, halsızlıq kimi problemlər yaranır. Spirtli içki qəbul etdikdə vəziyyət daha da ağırlaşır. İlk anda damarlar bir qədər genişlənir və daxildə temperatur aşağı düşür. Daha sonra güclü spazm yaranır və bu səbəblə orqana gələn qanın miqdarı azalır. Xüsusilə də ürəyə qan az gəldiyi üçün başlayır çırpınmağa. Bunun nəticəsində ürək əzələsi həddindən artıq tez yorulur və ani ölümlər baş verir".
 
İ.Əfəndiyev istidə, günəş altında spirtli içki içməyin digər zərərlərini bu cür sıralayıb:
 
İnfarkt riskini artırır
 
Günəş altında spirtli içki içmək infarkt riskini artırır. Qan səviyyəsindəki ani dəyişikliklər və həddindən ziyadə yorğunluq nəticəsində istənməyən ürək döyüntülərinin yaranmasına səbəb olur.
 
Susuzluğu artırır
 
Spirtli içkinin təsirlərindən biri də bədəndəki su ehtiyatını qurutmasıdır. Bu da ağız quruluğu və baş ağrısı kimi problemlər yarada bilir.
 
Depressiyanı sürətləndirir
 
Spirtli içki dopamin və serotonin ehtiyatını təhlükə altına salır. Yəni depressiyanın yaranmasına birbaşa səbəbdir.
 
Sürətlə kökəldir
 
Alkoqollu içki tərkibindəki yüksək kalori səbəbiylə kökəlməni sürətləndirir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM