Fransa Prezidentinə MÜRACİƏT

12:15 / 08.07.2017

İyulun 4-də Fizuli rayonunun Alxanlı kəndində baş vermiş qanlı hadisələr dünyanın bütün qitələrində siyasi dairələr və ictimaiyyət tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Düşmən ölkənin diaspora təşkilatlarının xüsusilə güclü olduğu Fransada da media orqanları baş vermiş faciəni geniş şəkildə şərh etməkdə davam edir.

Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, bir qrup Fransa siyasətçiləri hadisədən hiddətləndiklərini ölkə mətbuatında ifadə etməklə yanaşı, həm də Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraciət ünvanlamışlar. Həmin müraciətin mətnini oxucularımızın diqqətinə təqdim edirik.

 

 

 

Fransa Respublikasının Prezidenti Cənab Emmanuel MAKRONa

Paris, 5 iyul 2017-ci il

 

 

Cənab Respublika Prezidenti,

Azərbycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun 25 ildən bəri Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur.

Dünən də Ermənistandan gələn ölüm 2 yaşlı qızcığaz Zəhranın və onun nənəsinin həyatına son qoymuşdur. Bu hadisə aralarında yüzlərlə dəhşətli Xocalı soyqırımının və doğma torpaqlarının işğalı ilə nəticələnmiş əsil etnik təmizləmənin qurbanları olan, öz yurd-yuvaslndan qovulmuş bir milyon azərbaycanlı qaçqın və didərgini bir daha yada salır.

Xüsusilə, yaşadığımız dünyanın narahatlığını nəzərə alaraq ən qısa vaxtda bu münaqişənin ədalətli və dayanıqlı sülh ilə nəticələnməsi üçün yenidən danışıqlara başlanmalıdır, çünki Azərbaycanın təmkinli davranışı olmasa, bu Qafqaz münaqişəsi bütün regionu alova bürüyə bilər.

Bildiyiniz kimi, münaqişənin həllinin fundamental əsasları Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və eləcə də BMT-nin Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində müəyyənləşdirilmişdir və bu sənədlər işğalçı erməni qoşunlarının heç bir şərt qoymadan dərhal və bütünlüklə Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr həyata keçirilmir.

Durum aydındır, beynəlxalq ictimaiyyətin sərəncamında həm səsvermə ilə qəbul edilmiş qətnamələr, həm də münaqişənin həlli yollarını aramaq missiyasını daşıyan Minsk Qrupu var. Azərbaycan torpaqlarının 20%-nin işğalına və bu son 25 ildə davam edən «status-kvo»ya son qoymağın zamanı gəlmişdir. Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox mühüm bir məsələdir.

Mütləq və təcili şəkildə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir.

Fransa 1997-ci ildən etibarən Rusiya və Amerika Birləşmiş Ştataları ilə birgə Minsk Qrupunun həmsədridir. Onun tərəfdaşları strateji və ya taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün imkanların səfərbər olunmasında maraqlı görünmürlər.

Vasitəçilərin ləngimələrinə son qoymağın zamanıdır və münaqişənin yenidən başlanması yolverilməzdir. Məhz buna görə də, Cənab Respublika Prezidenti, Minsk Qrupunun həmsədri və Birləşmiş Millətlər Təşkilatı Təhşülkəsizlik Şurasının üzvü kimi, sizin daşıdığınız vəzifələrin öhdəliyinə uyğun olaraq dərhal hərəkətə keçməyinizi xahiş edirik.

Ölkəmizin Qafqazda hərəkət etmək imkanı var. Bizim Ermənistan və Azərbaycanla balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələrimiz var və bu əlaqələr imkan verir ki, müharibə edən tərəflər bizi eşitsinlər. Bunun üçün bizə, sadəcə, güclü siyasi istək lazımdır.

Fransanın bynəlxalq arenaya qayıdışının işarəti ilə başlayan yeni beşilliyin əvvəlində beynəlxalq hüquqa və insan həyatına hörmət edilməsini təmin etmək məqsədi ilə Fransanın Qafqazda təşəbbüs göstərməsi yerinə düşməzdimi ?

Cənab Prezident,

Sizin reaksiya vermək və Qafqazda sülhün bərqərar olunması üçün hər cür ədalətli təşəbbüslər göstərmək istəyinizə inanaraq, ən yüksək ehtiramımızı qəbul etməyinizi rica edirik.

 

 

Raşida DATİ

Keçmş Nazir, Avropa deputatı

Jan-Mari BOKEL

Keçmiş Nazir, Yuxarı Rin bölgəsindən senator

Jan-Pyer DOR

Luare bölgəsindən deputat

Jerom Lamber

Şarant bölgəsindən deputat

Jan-Luk REYTZER

Yuxarı Rin bölgəsindən deputat

Andre VİLYE

Yon bölgəsindən deputat

Andre REYXART

Aşağı Rin bölgəsindən senator, Avropa İşləri Komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə Sədr müavini

Natali Qule

Orn bölgəsindən senator, Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr komissiyasının Vitse-Prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun Sədr müavini

Jerom BİNyON

Som bölgəsindən Senator

Erik DOLİJ

Luare bölgəsindən Senator

 

Silvi QOY-ŞAVAN

En bölgəsindən Senator

Alən UPER

Kot-d`Or bölgəsindən Senator

Kristian NAMİ

Möz bölgəsindən Senator

Alən VASSEL

Uaz bölgəsindən Senator

Jan-Fransua MANSEL

« Azərbaycanln Dostları » Birliyinin Prezidenti, sabiq deputat

İv ALBARELLO

Kley-Suyyini (Claye-Souilly) meri, sabiq deputat,

İv FULON

Arkaşonon şəhərinin meri, sabiq deputat

Jan-Mari TETAR

Sabiq deputat, Udan şəhərinin meri

Jorj FENEŞ

Sabiq deputat


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM