Fransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib.
Məqalədə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu nəzərdən keçirilir.
Məqalədə xüsusilə vurğulanır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, dünya ictimaiyyəti tərəfindən qəbul edilib.
Məqalədə həmçinin, fransalı parlamentarilərin Ermənistana təzyiq göstərmək çağırışı ilə bağlı ölkə prezidenti Emmanuel Makrona ünvanlanmış müraciətin mətni də yer alıb.
Müraciətin tam mətni: https://az.trend.az/azerbaijan/politics/2774888.html
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.//trend