Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan! Hörmətli xanımlar və cənablar! Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah və tərəqqi arzulayıram.
Prezident Ərdoğana minnətdaram ki, məni bu toplantıya dəvət etdi. Mənə göstərilən qonaqpərvərliyə görə də minnətdaram".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür: "Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi altında əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi altında çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı da bunun bir təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına bütün azərbaycanlı bacı-qardaşlarının səmimi salamlarını çatdırıram".
Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: "Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir, o cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli strateji layihələrin icrasına imkan verir. Onların içərisində xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsini qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi".
Prezident qeyd edib ki, Azərbaycan qədim neft diyarıdır: "Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsuli ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda 1846-cı ildə çıxarılmışdır. Ondan bir əsr sonra, yəni XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən neft Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdir. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Müstəqillik dövründə isə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başlamışdır".
İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illərində – 1994-cü ildən Azərbaycan ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarların üzünə açdı və 1994-cü ildən başlayaraq Azərbaycan neft sahəsində böyük sərmayə qoymağa başlamışdır: "1994-cü il eyni zamanda əlamətdar bir tarixdir, çünki bu ildə “Əsrin müqaviləsi” imzalanmışdı ki, bu da bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır. Bundan sonra Azərbaycanda çox zəngin qaz yatağı – “Şahdəniz” yatağı aşkar edildi. Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetdir. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, elə bu gün “Cənub Qaz Dəhlizi”nin resurs bazasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan müasir dövrdə artıq neft və qazı hasil edən və ixrac edən ölkəyə çevrilmişdir. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2016-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2017-ci ildə Bakı-Tbilisi Ərzurum qaz kəməri inşa edilmişdi. Bundan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdi. Beləliklə, Azərbaycanın təbii resurslarını dünya bazarlarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılmışdı.
2006-cı ildə qardaşım Prezident Ərdoğanla Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında birgə iştirak etdik. O vaxt biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. Həmin vaxtdan bu günə qədər bizim bütün planlarımız həyata keçdi. Çünki biz bu gün “Cənub Qaz Dəhlizi” kimi nəhəng meqalayihənin üzərində çalışırıq. Onun da təməli Türkiyədə, İstanbul şəhərində qoyulmuşdu. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında anlaşma imzaladıq. TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır və bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir".
Dövlət başçısı xatırladıb ki, bu layihə 4 hissədən ibarətdir: "Birinci hissə “Şahdəniz” qaz yatağıdır. Burada “Şahdəniz 2” layihəsinin icrası artıq 93 faizə çatıbdır. Yaxın aylarda tam başa çatacaqdır. İkinici hissə “Cənubi Qafqaz” kəməridir, Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir. Burada işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü hissə və ən əsas hissə TANAP qaz kəməridir, burada da tamamlanma səviyyəsi 77 faizdir və gələn il biz bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə Transadriatik kəməridir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu 4 önəmli layihə “Cənub Qaz Dəhlizi”ni təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur. Bu vəsaitin böyük hissəsi artıq qoyulubdur".
Prezident deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir və gələcək illərdə, 10 illiklər ərzində Azərbaycan qazı həm region ölkələrinin, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək: "Cənub Qaz Dəhlizi"nin icrasında 7 ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Gələcəkdə 3 Balkan ölkəsi də “Cənub Qaz Dəhlizi”nə qoşula bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Yəni biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Və bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar, yəni Azərbaycan, həm də tranzit ölkələr və istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı, tarazlığı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarır. Çünki burada texniki, maliyyə, iqtisadi və siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində bundan sonra həm bölgə ölkələrini, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir".
Azərbaycan Prezidenti bildirib ki, bu gün qaz faktoru dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir: "Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir, çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə artıq aşkarlanıbdır və yeni xətlə bu qaz ehtiyatları Avropa bazarlarına çıxarılacaqdır. Yəni bizim üstünlüyümüz ondan ibarətdir ki, hər iki faktor burada var. Bu da enerji diversifikasiyası istiqamətində çox ciddi bir addımdır".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM