Bakı İdarəetmə və Texnologiya Kolleci ilə “BİTKol+OM” MMC arasında müqavilə imzalanıb

15:22 / 10.07.2017

Strategiya.az-a verilən məlumata görə, bu gün Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə "BİTKol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu məqsədlə keçirilən tədbirdə bəzi orta ixtisas təhsil müəssisələrinin direktorları, təhsil nazirliyinin nümayəndəsi və kollecin kollektivi iştirak edib. 
 
Tərəflər arasında müqavilə imzalanmazdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra BİTKol-un direktoru Varis Allahverdiyev rəhbərlik etdiyi təhsil müəssisəsindəki vəziyyət, görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş çıxış edib. Qeyd edib ki, ümumilikdə 22 ixtisas üzrə kadr hazırlanan kollecdə 14 ixtisas üzrə qəbul aparılır. Rus və Azərbaycan dilində tədris həyata keçirilən kollecdə əyani şöbədə 1649, qiyabi şöbədə 207 tələbə təhsil alır. V.Allahverdiyev deyib ki, ümumilikdə bu tələbələrdən 835 nəfər dövlət hesabına, digərləri ödənişli əsaslarla təhsil alır. Təhsil müəssisəsində tədris proqramları üzrə həyata keçirilən siyasət Təhsil Nazirliyinin birbaşa verdiyi təlimat və əmrlərə söykənir. Yəni, dövlət hesabına maliyyələşən kollec olaraq, bütün fəaliyyətimiz dövlətin tələbləri çərçivəsindədir. 2016-2017-ci ilin tədris ilinin əvvəlindən kollecdə başlayan ciddi struktur islahatlar nəticəsində tədris ilinin sonuna doğru hazırkı səviyyəyə gəlib çıxa bilmişik. Təbii ki, keyfiyyətli təhsil verməklə yanaşı, kollecin maddi-texniki bazasını gücləndirməyi, əməkdaşların sosial şəraitini daha da yaxşılaşdırmağı da qarşımıza məqsəd qoymuşuq”.
 
Direktor bildirib ki, mövcud qanunvericilik çərçivəsində, Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarından çıxış edərək, birgə fəaliyyət formatı seçilib: "Düzdür, bu formatın seçilməsi heç də asan başa gəlməyib. Kollec daxilində keçirilən pedaqoji iclaslarda bu barədə fikir bildirilib, müzakirələr gedib. Paralel olaraq, Təhsil Nazirliyinin müxtəlif strukturları ilə danışıqlar aparılıb. Nəticə olaraq birgə fəaliyyət, bu çərçivədə müştərək müəssisəsinin yaradılması istiqamətində işlərə start verilib. İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq, tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, tələbələrimizə təcrübəni də bu müddət ərzində, yerindəcə öyrətməyi, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı da emalatxanamız var. Bu il kollecə verilən "Poliqrafiya istehsalının texnologiyası” sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisan olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür mükəmməl baza yaratmaqdır. Yəni, tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir”.
 
"BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev göstərilən etimada görə Təhsil Nazirliyinə, kollecin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, birgə müəssisənin müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görüləcək. O, əminliklə söyləyib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların iş yerləri ilə təmin olunmasına, ən nəhayət vətəndaşların bir qisminin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək. 
 
Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov belə bir tədbirin keçirilməsini müsbət hadisə kimi dəyərləndirib. O, mümkün normativ hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılması ilə bağlı mühüm işlər getdiyini diqqətə çatdırıb. Nazirlik rəsmisinin sözlərinə görə, bu işlərin miqyası çox geniş olduğundan, gələcəkdə təkcə birgə fəaliyyətin deyil, orta ixtisas məktəbləri ilə sənaye müəssisələrinin birgə müəssisəsinin yaradılmasının da şahidi olacağıq: "Hər hansı təhsil müəssisəsinə müəyyən sərbəstliyin verilməsi onun məsuliyyətini daha da artırır. Bizim bu günkü fəaliyyətimiz dünənki kimi ola bilməz. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqından ibarət olmadığı kimi, orta ixtisas təhsil müəssisələri də maliyyə mənbələrini dayanıqlı etmək istiqamətində fəaliyyət ortaya qoymalıdırlar. Bu mənada, artıq kolleclərin dünənki missiyası başa çatıb. Orta ixtisas təhsil müəssisələri yeni imkanlar, maliyyə mənbələri axtarmalı, bundan qaynaqlanaraq öz maliyyə durumunu yaxşılaşdırmalıdırlar. Hazırda imzalanma mərasiminə toplaşdığımız birgə fəaliyyət haqqında müqavilə də bu kontekstdə atılan uğurlu addımdır. Birgə fəaliyyətin yaradılması kollecdə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, istehsalatla, əmək bazarı ilə əlaqə yaradır, sənayeni kollecə gətirir. Burada təhsil alan tələbə gələcəkdə hardasa işləmək üçün iş yeri axtarmayacaq, burdan birbaşa işə götürüləcək. Bununla da kollec öz tələbəsini peşəkar kadr kimi hazırlamaqla yanaşı, onu işlə də təmin etmiş olacaq. Burada kollecin maraqlarından biri də dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Təhsil Nazirliyi tərəfindən Bakı İdarəetmə və Texnologiya Kollecində belə imkanların yaradılması təqdir olunur, dəstəklənir. Düşünürəm ki, belə layihələr davamlı olacaq”.
 
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucov da çıxış edərək öz fikirlərini bildiriblər.
 
Çıxışların ardınca BİTKol-un direktoru Varis Allahverdiyev və "BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev tərəfindən birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.
 
Mərasim yekunlaşandan sonra qonaqlar kollecdəki şəraitlə, həmçinin birgə fəaliyyət üçün yaradılan poliqrafiya bazası ilə yaxından tanış olublar.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM