Strategiya.az bildirir ki, ARB 24 televiziyası Füzulinin Alxanlı kəndindən xüsusi reportaj hazırlayıb.
Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub.
Nadir Şəfiyev – xüsusi müxbir: “Biz hazırda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəyik. Bura cəbhə bölgəsidir. Cəmi 400 metr aralıda Ermənistan Silahlı Qüvvələrinin mövqeləri yerləşir. Hansı ki, Füzuli rayonunun həmin ərazilərini zəbt edib və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu kənddə 4 iyulda əhali indiki kimi adi həyatını yaşayırdı, amma faciə baş verdi. Hansı ki, təkcə bu kəndin sakinlərini deyil, bütün uşaqsevərləri, insanlığı və insan həyatına hörmət edənləri sarsıtdı”.
Həmin gün kənd adi həyatını yaşayırdı. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq, təxribatlar törətməsinə vərdiş edən kəndlilər gündəlik qayğıları ilə məşğul idilər.
Nadir Şəfiyev – xüsusi müxbir: “Alxanlı kəndinin sakinləri üçün 4 iyul adi günlərdən heç nəyi ilə fərqlənmirdi. Həmin gün onlar kənd təsərrüfatı işləri ilə məşğul idilər. Həmçinin həmin ailə. İndi biz sizə o ailə haqqında danışacağıq”
Gün sona yaxınlaşırdı. Vaxtaşırı atəşə baxmayaraq kənddə həyat öz axarı ilə davam edirdi.
Nadir Şəfiyev – xüsusi müxbir: “Bura Zəhranın ailəsi ilə birgə yaşadığı evdir. 4 iyul tarixi də əvvəlki günlərdən fərqlənmirdi. İyulun 4-ü axşam onun atası örüşə gedirmiş ki, qohumlarına sürünü gətirmək üçün kömək etsin. Buna görə də o, həyətə anasının yanına gəlir ki, uşağı onun yanında qoysun. Təbii ki, həmin vaxt o heç nədən qorxmurdu, çünki nisbətən sakitçilik idi. Əgər ciddi təhlükə olsaydı o, anası ilə uşağı bu həyətdə tək qoymazdı. Təəssüf ki, təhlükə bu ailədən yan keçmədi”.
Məzahir Quliyev - sakin: “Kəndi mütəmadi olaraq atıcı silahlarla atəşə tuturdular. Lakin iyulun 2-dən başlayaraq ermənilər artilleriya qurğularından istifadə etməyə başladılar. Ayın 2-si bütün otlaq sahələrini və bizim “Şərabçılıq zavodu” adlandırdığımız ərazini atəşə tutdular. Onlar təxribatlarını bu ayın 3-ü və 4-ü də davam etdirdilər. Axşam isə kəndin mərkəzini atəşə tutdular ki, bunun da nəticəsində 2 nəfər öldü”.
Elnur Quliyev – Zəhranın atası: “Həmin vaxt mən evdə yox idim. Qonşu yola çıxmışdı. Anam da uşağın əlindən tutub, onu qarşılamağa gedirdi. Onlar həmin yerə gedib çıxa bilmədilər. Mərminin partlaması onları yarı yolda qoydu”.
Nadir Şəfiyev – xüsusi müxbir: “Balaca Zəhra nənəsi ilə həyətdə oynayırdı. Hər şey normal idi. Birdən Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi həyətə düşür. Gördüyünüz bu balaca çalada mərminin partlaması bir anda 18 aylıq qızı və 50 yaşlı nənəsini həyatından etdi. Bu ailədə böyük faciə baş verdi. O faciə ki, təkcə bu kəndi deyil, bütün Azərbaycanı əhatə etdi. O insanlar ki, deyirdilər burada Silahlı Qüvvələrin atəş nöqtələri var, onlarr böyük səhvə yol veriblər. Bunu bizim çəkilişlərimiz də sübut edir. Bir daha əmin olmaq üçün ki, burada Silahlı Qüvvələrin atəş nöqtələri olmayıb, yoxdur və yəqin ki, olmayacaq, çəkiliş qrupumuz kəndə gəldi. Düşünürəm ki, bu çəkiliş hər kəsə sübut etdi ki, həmin vaxt bu kənd adi həyatını yaşayıb".
Salman Quliyev – Zəhranın babası: “Onlar həmişə kənddə yerli sakinləri atəşə tuturlar. Bizi qorxutmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Biz onlardan qorxmuruq”.
Nadir Şəfiyev – xüsusi müxbir: “Deyirlər ki, balaca Zəhranın çox az oyuncağı var idi. Amma bu gün onun bu oyuncaqlara ehtiyacı yoxdur. Onun qəbri üstə gələn uşaqlar özləri ilə birgə gətirdikləri müxtəlif oyuncaqları onunla bölüşürlər. Bütün bu uşaqlar deyir ki, onlar oyuncaqlarını Zəhra ilə bölüşməyə hazırdırlar və bu balaca Azərbaycan qızı ilə hüzndədirlər”.
Burada yaşayan sakinlər inanırlar ki, erməni işğalçıları zəbt etdikləri yüksəkliklərdən özləri könüllü olaraq, çıxıb gedəcəklər. O zaman Alxanlıda həyat yeni mərhələyə qədəm qoyacaq. Bu kəndin uşaqları daha heç vaxt güllə səslərindən və mərmi partlayışlarından səksənməyəcəklər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM