Vüsal Abdullazadənin Çoxmübarizəli Döyüş Növləri və Karate üzrə göstəriciləri
2011-ci il Dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal;
2012-ci il Avropa çempionatında 70 kq çəki dərəcəsində gümüş medal;
2013-cü il Dünya çempionatında 70 kq çəki dərəcəsində qızl medal;
2013-cü il Beynəlxalq Kempo Karate və Kobudo üzrə Avropa kubokunda gümüş medal;
Həmçinin V. Abdullazadə 7 qat respublika çempionudur.
Xatırladaq ki, Vüsal Abdullazadə 2013 -cü il 6-8 dekabr tarixləri arasında 7-ci dəfə respublika çempionu tituluna sahib oldu.
2013-cü il üzrə ASKF tərəfindən ilin döyüşçüsü seçilib.
Biz Vüsal ilə Azərbaycan Simmey-do Federasiyasının respublika yığma komandasının müasir tipli geniş məşq zalında görüşdük.
Beləliklə, Vüsal Abdullazadəni dinləyirik:
- 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində dünyaya göz açmışam.
1999-cu ildə kəndimizdəki M.Piriyev adına tam orta məktəbində birinci sinifə daxil olaraq orada təhsil almışam.
Uşaqlıqda məşq etsəmdə, amma profesional idmanla kənddəki zalımızda ilk müəllimim B.Qəhramanovun başçılığı altında Okinava Qocyu-Ryu Karate-do və Kobudo növləri üzrə başlamışam. Yəni artıq bütün yarışlarda iştirak edə bildim.
- Ailənizdə idmançı olubmu və ya varmı?
- Bəli, qardaşımda məşğul olub. Ailədə üç övladıq.
Mən, qardaşım və bacım. Mən evin ən böyük övladıyam.
Qardaşım çox az məşğul olub, respublika daxili naliyyətləridə var.
Hal-hazırda hərbi xidmətdədir.
- Necə oldu ki Karate idman növünə gəldin, bu həvəs səndə hardan yarandı?
- Kiçik yaşlarımda hər zaman Bryusli və digər idmançı kino ulduzlarını həvəslə izləyirdim.
Hər zaman məndə onlar kimi olmaq istəyirdim. Məncə bu hər bir uşağın həyatında baş verib.
- Torpağı işğal altında olan bir gəncin hərbi xitmətə münasibəti?
- Hərbi xidmət elə bir müqəddəs borcdur ki, o borcu alternativ heç nəylə əvəz etmək olmaz. İnşallah ali məktəbi bitirən kimi məndə hər bir gənc kimi hərbi xidmətə gedəcəm.
- Kim sevirsə idmanı...
- Bəli, kim sevirsə idmanı, onun saf olar canı.
İdman elə bir sahədir ki, hansı peşəni seçməyindən asılı olmayaraq hər kəs öz fiziki sağlamlığının qeydinə qalması naminə idmanla dost olmalıdır. İdman insanı möhkəmləndirir, insanın qadir olduğu gücünü, bacarığını, qabiliyyətini üzə çıxarır. Kim özünə hansı yolu seçirsə, o yolla da irəliyə gedə bilir.
Məsələn, Karate mənim seçdiyim sahədir, bütün gücümü, qüvvəmi, bacarığımı bu yolda əsirgəmirəm. İdman artıq mənim həyat tərzimə çevrilib. İldə ən azı iki dəfə beynəlxalq yarışlarda iştirak edirəm.
Əgər dünyaya təzədən gəlsəydim, yenə də idmanı özümə sənət seçərdim.
- Hobbiniz varmı?
- Üzgüçülük hobbimdir. Boş vaxt tapanda üzgüçülüklə məşğul oluram.
- Qalib gəlməyin şərtləri daha çox kimdən asılıdır: öyrədəndən, yoxsa öyrənəndən?
- Mənə elə gəlir ki, öyrədənin üzərinə daha böyük məsuliyyət düşür. Hər bir elm sahəsini, hər bir peşəni, o cümlədən də idmanın istənilən bir sahəsini uşaqlara sevdirmək, dərk etdirmək, mahiyyətini açmaq əsas şərtdir. Elə etmək lazımdır ki, öyrətdiyin şəxs sənin ona öyrətdiklərini sevsin, bezib qaçmasın.
- İdmançının həyat tərzi?
- Şəxsən mən vaxtımın demək olar ki, əsas hissəsini məşqlərə sərf edirəm. Hər məşqdən sonra mütləq dincəlmək, yorğunluq hissini çıxarmaq lazımdır ki, növbəti məşqə başlaya biləsən. Məşq mənim həyat tərzimdir.
Boş vaxt tapanda da, təbii ki, ata-anamın, bacı-qardaşımın yanında olmaq istəyirəm. Dostalarımla görüşürük, çay içirik, söhbətləşirik.
- Məşqçinizə münasibətiniz?
- Bizim fərdi məşqçilərimiz klublarda fəaliyyət göstərirlər. Bura isə Azərbaycan Peşəkar Karate-do Federasiyası Simmey-do üzrə respublika yığma komandasının məşq zalıdı.
Baş məşqçim isə Sabir Süleymandır.
Sabir müəllim çox təcrübəli müəllimdir. Həmdə federasiyanın və təşkilatın rəhbəridir.
O həm gözəl insan həmdə gözəl ustaddır. Bizlərlə bərabər çiyin-çiyinə özüdə beynəlxalq yarışlarda döyüşür. Biz ondan vijn, müsbət enerji və ruh yüksəkliyi alırıq.
- Qalib gəlməyin bir sirri varmı?
- Məşqlərlə yanaşı, psixoloji cəhətdən də idmançı özünü qalibiyyətə kökləməlidir. Hər bir idmançı qalib gəlmək, etdiyi məşqlərinin nəticəsini görmək istəyir. İstədiyin məqsədə çatmaq üçün gərək iradəcə möhkəm, prinsipial olasan.
- Karateçi üçün çəki problemi varmı?
- Bəki, idmançı hər zaman formada qalmağı bacarmalıdır. Yarışlarqabağı çəkiyə nəzarət etmək xüsusilə vacibdir.
Amma ümumiyyətlə nəzarə alsaq, karate elə bir sənətdir ki, peşəkar döyüşçüyə çəki və s. keçmir.
Mən, ümumiyyətlə, indiyə kimi çəki problemi ilə qarşılaşmamışam. Yeniyetmələr arasında keçirilən yarışlarda ilk dəfə 30, 35, 40, 50 kq çəki ilə, sonralar 60 kq və 65 kq çəki ilə döyüşmüşəm. Üç ilə yaxındır ki, çəkim 62-68 arası dəyişir. Onu da qeyd edim ki, heç bir xüsusi pəhrizim yoxdur, siqaretdən, alkoqoldan hər zaman uzaqda durmağı bacarıram.
Çəki dərəcəsi insanın özündən çox asılıdır. Təbii ki, kim hansı çəki dərəcəsində döyüşmək istərsə, döyüşə bilər.
- Vüsal, idmanın ailə həyatı qurmağa bir maneçiliyi varmı?
- Bəzən deyirlər ki, ailə qurmaq idman karyerasına son qoymaq deməkdir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Doğrudur, mən özüm ailə qurmamışam. Ancaq, zənnimcə idmançı özünə nəzarəti hər zaman diqqətində saxlaya bilirsə, onun idman sahəsindəki göstəricilərinə istər ailənin, istərsə də övladın heç bir maneçiliyi ola bilməz.
- Qalibiyyətin dadı necədir?
- Yarışlarda qalib gələndə Azərbaycan bayrağını qaldırmaq şərəfini qazanırıq. Bilirsiniz, o anlar necə də unudulmaz anlardı?! Bu səadət iki dəfə mənə nəsib olub: 2011-ci ildə və 2013-ci ildə Ukraynada və Türkiyədə keçirilən yarışlarda.
Təsəvvür edin ki, mən hansısa xarici ölkədə Azərbaycan bayrağını qaldırıram, mənim valideynlərim, doğmalarım, həmvətənlərim ekranda bu görüntüləri seyr edib fərəhlənirlər. Çox qürurverici, xoş hisslər yaşamışam o anlarda...
- Səni Federasiyanın prezidenti, vitse prezidenti kimi ya da nə vaxtsa siyasətdə görə bilərik? Artıq dəb halını alıb idmançılar siyasətə qoşulsun.
Məsələn: Millət vəkili Vüsal Abdullazadə...
- Hər şey ola bilər. Amma düzünü deyim ki, mən sülhü çox sevirəm. Qalmaqaldan qaçıram, yəni siyasətdə olsam belə, hansı işi görsəm belə sülhlə, sakitçiliklə işimi görməyə çalışaram.
- Deyirlər Vüsal qıraqdan göründüyü kimi səmimi deyil?
- Xeyr, düzü eşitməmişəm, əlsinə hər zaman məni tanıyanlar hər zaman müsbət fikirdədirlər.
Nə qədər ki, insanı yaxından tanımırlar ona görə də belə şeylər çox deyiləcək.
Məncə yaxından tanısalar o fikirdən daşınarlar.
- Birazda keçək idmandan kənarada Vüsalı tanımağa...
Bir xanıma özünü necə təqdim edərdin? Təsəvvür etki idmançı deyilsən?
- Bu çox ciddi məsələdir.
Məndə utancaqlıq var. Həmdə deyirlər ki qızlara qarşı kobudsan. (gülür)
Həmdə zaman və məkandan çox şey aslıdır.
Ümumiyyətlə bu haqda sussam yaxşıdır. (gülür)
- Tələbəlik həyatın haqda nə deyə bilərsən?
- Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıram.
Tələbəlik həyatı çox gözəl bir dövrdür. Hər bir gəncə tələbə adını qazanmağı arzu edirəm.
- Vüsal, sabaha hansı arzularla gedirsən?
- Hərdən beynəlxalq yarışlarda düşmən ölkənin idmançıları ilə qarşılaşdığım vaxtdq da olub.
2011-ci ildə düşməni məğlub etmişəm.
Ümumiyyətlə, onlarda bir cəhəti müşahidə etmişəm ki, sanki bizimlə tatamiyə çıxmaqdan çəkinirlər. Özlərini bizim yanımızda elə bil ki, gözükölgəli hesab edirlər.
İdmanın özü də siyasətin bir növüdür. Dünyada prezidentlərdən sıravi vətəndaşlara qədər hamı idmana maraq göstərir, beynəlxalq yarışları izləyir.
Hər hansı bir ölkənin bayrağı qalxan anda, bütün izləyicilər o ölkənin adını eşidirlər. İştirakçı ölkələrdən beynəlxalq yarışmalara gələnlərin bəzilərinin Azərbaycan haqqında təsəvvürləri olmayıb. Ancaq bayrağımız qaldırılan anlarda bir an əvvəl barəmizdə məlumatsız olanlar da bizi alqışlara qərq ediblər.
- Bunları niyə yada salıram?
Hər bir normal insanın istəyidir ki, işğaldan azad bir ölkənin vətəndaşı olsun. O cümlədən mənim də. Açığı bundan böyük arzum yoxdur.
P.S. Vüsal, siz idmançıların beynəlxalq yarışlarda qaldırdıqları bayrağımız o gün olsun ki, ordumuzdakı cəngavərlik salnaməsini yazacaq oğullarımızın əllərilə Şuşadakı, Laçındakı ən uca zirvələrdə dalğalansın.
Strategiya.az
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM