DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı AÇIQLAMA

11:15 / 13.07.2017

Məlum olduğu kimi, dünən bəzi kütləvi informasiya vasitələrində məlumat yayılmışdı ki, Bakıda keçirilən "Qarabağ" - "Samtredia" matçı öncəsi bir qrup azarkeş ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhra haqqında pankart hazırlayıb, lakin polis əməkdaşları onları stadiona buraxmayıblar və buna görə də həmin azarkeş qrupun üzvləri matçı tərk ediblər.

Strategiya.az xəbər verir ki, musavat.com saytı iddiaların doğru olub-olmadığını öyrənmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib ki, bəli, dünənki oyunda belə bir fakt qeydə alınıb: "Əvvəla, onu deyim ki, öz xalqına və dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi 2 yaşlı Zəhra balamızın faciəsi ilə əlaqədar olan ümumxalq kədəri, düşmənə nifrəti ürəkdən bölüşür. Lakin dünən bu faciədən öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən ünsürlərə rast gəldik. Belə ki, futbol matçı öncəsi stadionda və ətrafında ictimai asayişə və ictimai təhlükəsizliyə nəzarəti həyata keçirən polis əməkdaşları qeyd edilən pankartla yanaşı, digər siyasi məzmunlu şüar və plakatları da daşıyan bəzi dırnaqarası azarkeşlərin stadiona daxil olmalarının qarşısını alıblar. Bu zaman məlum olub ki, belə şüarların əksəriyyəti Azərbaycanı istəməyən bəzi xarici kəşfiyyat orqanlarının həbsdə olan nökərlərinin azadlığa buraxılmasını tələb edən siyasi məzmun daşıyır. Deməli, bu ünsürlər 2 yaşlı günahsız Zəhra balamızın faciəsindən sui-istifadə edərək öz çirkin məqsədlərini həyata keçirməyə cəhd edirlərmiş".

İ.Babayevin sözlərinə görə, bundan əlavə, ölkəmizin də üzv olduğu Avropa Konvensiyası, eləcə də Bədən tərbiyəsi və idman haqqında qanun kütləvi oyunlar, futbol matçları zamanı idmana aid olmayan pankartların, şüarların stadiona keçirilməsini qadağan edir: "Belə hal qeydə alınarsa, ev sahibi olan kluba, idman təşkilatına beynəlxalq sanksiyalar tətbiq olunur və yarışlardan kənarlaşdırılmaya qədər cəzalandırıla bilər".

Mətbuat xidmətinin şöbə rəisi deyib: "Ona görə də bir qrup dırnaqarası azarkeşin polis əməkdaşlarının bu hərəkətini qınaması ədalətsizlikdir. Əksinə, asayiş keşikçilərimiz düşmən tərəfindən qətlə yetirilən məsum körpənin faciəsindən yararlanaraq idmanla heç bir əlaqəsi olmayan öz siyasi məqsədlərinə çatmaq istəyənlərin və bununla da dövlətimiz, idmanımız haqqında beynəlxalq arenada mənfi fikir formalaşdırmağa uğursuz cəhd edənlərin qarşısını alıblar. Azarkeş, "fan-klub" adından sui-istifadə edən belələri birdəfəlik bilməlidirlər ki, bundan sonra da siyasi məqsədlər üçün heç kimə bu cür hərəkətləri təkrarlamağa imkan verilməyəcək".

 

Qeyd edək ki, dünən "Qarabağ" futbol komandasının 5:0 hesabı ilə qələbə qazandığı matçda bir qrup azarkeş stadionu tərk edib və bunu qaldırmaq istədikləri şüar və transparantlara icazə verilməməsi ilə əlaqələndiriblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM