“Neftçi”-“Qəbələ” oyununda maşın-şou biabırçılığı- REPORTAJ+ FOTOLAR

12:44 / 23.05.2014

Futbol üzrə Azərbaycan kubokunun final oyununun (“Neftçi”-“Qəbələ” əsas vaxt 1:1. Penaltilər seriyası 3:2) axşam saat 8-ə təyin olunması bu dəfə azarkeş sayına da təsirsiz ötüşməmişdi. Söz yox ki, Qəbələdən Bakıya gətirilən 30-40 avtobus azarkeş görüntülərə əlavə rəng qatırdı. 

Saat 8-in yarısıdır. 
Stadionun qarşısında əməlli-başlı qələbəlik var. Fanklub rəhbərləri Qəbələdən gətirilən azarkeşlərə qırmızı rəngli köynəkləri paylayırlar. “Neftçi” tərəfdən isə tək-tük azarkeşlər gözə dəyir. Təşkilatçılıq isə sıfırdır.

Şəkildə gördüyünüz azyaşlı uşaqlar isə bəlkə də nəinki Azərbaycan kubokunun final oyununun keçirildiyinin, ümumiyyətlə, atalarının onları hara gətirdiyinin fərqində deyillər. Amma hər halda maraqlı mənzərədir. Xaçapuri, günəbaxan tumu, su, peraşki satanlar da iş başındadırlar. Özü də necə. Özgə vaxt 30-40 qəpiyə satılan, qışın soyuğunda 50 qəpiyi keçməyən xaçapuri “qudurub” 80 qəpik olub. Satıcıdan səbəbini soruşuram: “Qardaş, beş manat taksi pulu, 10 manat da polisə vermişəm. Elədi 15 manat. Həm 15 manat çəkdiyim xərci çıxartmalıyam, özümə də 5-3 manat qalmalıdır”. PFL-dən qeydiyyatdan keçmədiyimə görə, oyuna bilet almalıyam. Kassanın qarşısında isə basa-basdı. Deyilənə görə bilet yoxdur. Minimum 25-30 min tutuma olan stadiona bilet necə olmaya bilər ki? Bu stadion axırıncı dəfə 30 min azarkeşi 2002-ci ildə İtaliya ilə millimizin oyununda görüb. Bəs qalan biletlər? Deməli, nəsə bir əmma var....Əlbəttə var.

Şəkildə gördüyünüz bu və başqa bir neçə şəxs biletləri əvvəlcədən kassadan alıb oyuna bir neçə dəqiqə qalmış ikiqat artıq qiymətə satırlar. Ən azından oyunun təşkilatçıları bundan xəbərsiz deyillər. Çünki bir adam o qədər bilet alırsa, istənilən halda bu maraq doğurmaya bilməz. Düşünmürəm ki, kimlərsə həmin bilet alverçilərini himayə edir və şərik işləyirlər. Amma siz istəsəniz belə də düşünə bilərsiniz...Özünüz bilin... Hər kəs kimi tum, su, xaçapuri tədarükümü görüb stadionda yerimi tutmağa hazırlaşıram. Qapıdakı polislər isə camaatın əlindən plastik qablardakı suları alıb yerə səpirlər... Maraqlıdır, əgər suyu içəri keçirməyə icazə yoxdursa, polis niyə məhz burda suyun satılmağına icazə verir? Deməli satıcı düz deyirmiş? Birtəhər özümü və əlimdəkiləri içəri keçirib 30-cu sektorda yerimi tuturam. Oturacaqların üstü kənd toyundan sonra sökülən mağarın yerini xatırladır. Amma boz rəngdə olduğundan şalvarınla orda təmizlik işləri aparmağından xəbərsiz olursan. 
Eynən mənim kimi... 3-4 oturacağı şalvarımla təmizləyəndən sonra yadıma düşür ki, cibimdə dəsmal da varmış. Təxminən 70-80 nəfəri stadionun ortasına düzüblər. Deyəsən nəsə şou-zad göstərirlər. Başa düşdüyüm odur ki, 20-30 saniyədən bir dağılıb, yenidən düzülürlər. Lap əsgərlikdə olduğu kimi. Elə bu dağıl-düzüllərə görə oyun təxminən 5-10 dəqiqə gec başlayır. “Qəbələ” azərkeşi isə doğrudan da möhtəşəmdir. Hətta bu azarkeşlərdən “Qardaş, rayonda heç olmasa kimsə qalıbmı” soruşmağın gəlir. Bakı təmsilçisinin isə durumuna acımamaq olmur. Təxminən 200-300 tərəfdarı nəsə etməyə çalışırlar. Amma rəqib azarkeşlər nəinki qışqıranda, söhbət etməyə başlayanda bakılıların səsini batırırlar. 

21 yaşlılardan ibarət milli komandamız və millinin alman baş məşqçisi Bernhard Lippert də burdadır. Hərəsinin də əlində bir telefon, vur çatlasındı... Deyəsən, AFFA-dan məcburi göstərişdir Lippertin və komandasının bu oyuna baxması. Yoxsa, internetə evdə də girə bilərdirlər. Tribunalarda çox olmasa da, xeyli sayda xanım azarkeş görmək mümkündür. Hər halda 10 il əvvəl kiminsə sevgilisi, nişanlısı, yaxud həyat yoldaşıyla oyuna baxmağa getməsi sensasiya kimi görünürdü. İnsafən azarkeşlər də əksər hallarda tribunada xanımın olduğunu nəzərə alıb narazı qaldıqları məqamlara “düüd”lü etiraz bildirmirdilər. Təbii ki, insan cildində olan dördayaqlılar istisna olmaqla... Bu arada azarkeşlər arasında keçiriləcək lotoreya barədə bir neçə kəlmə demək yerinə düşər. Məlum olduğu kimi oyun 90 deyil, 120 dəqiqə davam elədi və penaltilər seriyasına qədər uzandı. Və azarkeşlər arasında keçiriləcək lotoreya demək olar ki, baş tutmadı. Gördüklərimə istinad edib deyə bilərəm ki, oyun gözlənildiyindən gec bitdiyindən və həmin saatlarda metro bağlanacağından azarkeşlər dərhal stadionu tərk etdilər.
Maraqlıdır təşkilatçılar həmin maşını hansı boş oturacağa veriblər? 

İntiqam Valehoğlu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM