Zərəçəkmişlər Şərurlu İsfəndiyardan və hakim Ayaz Məmmədovdan Birinci Vitse Prezidentə şikayət etdi

09:30 / 18.07.2017

 

       Prezidentin göstərişi ilə 17 nazirlik və dövlət qurumu tərəfindən zərəçəkmişlərin mənzillə təmin olunması ilə bağlı rəsmi öhdəliyə baxmayaraq  20-yə yaxın zərəçəkmiş 5 ildən artıqdır ki,   süründürülməkdədirlər.        

Zərəçəkmiş şəxslər hüquqlarını bərpa etmək məqsədilə Birinci Vitse Prezidentə müraciət etmək məcburiyyətində qalmışlar.  Heç bir əlavə və dəyişiklik etmədən redaksiyamıza daxil olan müraciətin mətnini təqdim edirik.     

Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti xanım Mehriban Əliyevaya

 Bakı şəhərində fəaliyyət göstərmiş  “MUR-AY”       MMC (sonradan ləvğ olunmuş)   və hazırda             fəaliyyət göstərən  “ŞƏRUR” MMC  tərəfindən aldadılaraq maddi və mənəvi zərər çəkmiş və bu vaxta qədər də məhrumiyyətlər icində olan şəxslər tərəfindən                                               

                                        İMDAD ƏRİZƏSİ

Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz!

Biz 2007-2010 il, müxtəlif tarixlərdə rəsmi müqavilələrlə Yasamal Rayonu M.Xiyabani küçəsi 18 ünvanında “MUR-AY” MMC tərəfindən inşa edilən binada mənzillər və qeyri-yaşayış sahələri aldıq. 2010-ci ildə aşkar oldu ki, “MUR-AY” MMC-nin rəhbər işçiləri inşa etdikləri 4 bloklu binalarda toplam 317 mənzil və qeyri yaşayış sahəsini dələduzluq yolu ilə 1000-dən çox vətəndaşa satmışlar. Aidiyatı  olan bütün dövlət qurumlarına etdiyimiz şikayətlər heç bir nəticə vermədiyi üçün, bu işlə əlaqədar 100-lərlə vətəndaş məcbur olaraq PA-sı qarşısında yığılaraq dövlət başçısı hörmətli İlham Əliyevə müraciət etdik. Dövlət başçısı “MUR-AY” MMC və onun dələduzluq yolu ilə aldatdığı vətəndaşların yaşadığı ciddi problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş verdi. Bu göstəriş əsasında Baş Prokurorluq cinayət işi başlatmış və “Mur-Ay” MMC-nin rəhbəri Elxan Hüseynov başda olmaqla 7 nəfər həbs olunaraq qanuna uyğun cəzalarını almışlar, “MUR-AY” MMC isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ləvğ edilərək ona məxsus bütün əmlaklar  “ŞƏRUR”  MTK-ya verilmişdir. Hörmətli İlham Əliyevin göstərişinə əsasən vətəndaşlara dəymiş zərərin bərpa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “ŞƏRUR” MTK-ya 5 hk-dan çox torpaq sahəsi ayrılmiş və böyük məbləğdə maliyə yardımı edilmişdir ki, problem bütövlüklə öz həllini tapsın və aidiyatı dövlət qurumları arasında müqavilə bağlanaraq 1000-nə yaxın zərərçəkmiş bütün şəxslərin əmlak probleminin həlli  “ŞƏRUR”  MTK-ya tapşırılmışdır.  Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının göstərişi sayəsində 1000-nə yaxın zərərçəkmişlərdən 902 nəfər vətəndaşın mülkiyyət hüquqları tam bərpa olunmuşdur. Öz mənzillərinə qovuşmuş bu vətəndaşlar bu gün də Cənab Prezident İlham Əliyevə dualar etməkdədirlər. Əmlakları özlərinə qaytarılmış bu vətəndaşlarla eyni iş üzrə eyni starusda olan biz 20 nəfəri isə 4 ildən çoxdur müxtəlif bəhanələrlə bu günə qədər süeründürürlər. “ŞƏRUR” MTK isə həmin müqavilə üzrə öhdəliyi qismən icra edərək 902 nəfər zərərçəkmişə mənzil vermiş, biz 20 nəfər zərərçəkmişə isə müxtəlif  bəhanələrlə mənzil verməkdən imtina etmişdir.  Məhkəmələrinin hökm və qərarından narazı olduğumuzdan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmə də şikayətimizi təmin etməmiş və göstərmişdir ki, biz bu məsələni mülki qaydada həll etməliyik. Hazırda biz şikayətçilərin iddia ərizəsi Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır və yekunlaşmaq üzrədir. Hakim Ayaz Məmmədov ilk baxışlarda qanuna uyğun qlaraq bizim hüquqlarımızı müdafiə etsə də, son baxışlarda açıq-aşkar “ŞƏRUR” MTK-nın himayə etməkdədir. Belə ki, 4-5 dəfə baş vermiş məhkəmə baxışlarında iştirakdan imtina etmiş, dəfələrlə yazılı bildirişlərlə  “ŞƏRUR” MTK-nın  nümayəndəsi Şahbaz Məmmədovdan işə aid zəruri sənədləri tələb etsə də son prosesə qədər buna nail olmamışdır. 23 iyun 2017 il tarıxdə olan baxış zamanı isə hakim Ayaz Məmmədov məhkəmə zalında açıqca  bildirdi ki, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov ona deyib ki, mən heç kimə mənzil verməyəcəyəm, o vaxt imzaladığım müqavilə isə elə-belə boş bir kağız idı. Qaldı 902 nəfəri mənzillə təmin etməyimə, mən o vaxt “MUR-AY” MMC işinin mahiyyətini tam anlamamışdım və ona görə də səhv olaraq o insanlara mənzil vermişəm.    Biz  hakim  Ayaz Məmmədova heç cürə  dərdimizi anlada bilmirik ki, 902 nəfər vətəndaşın hüquqlarının bərpası  İsfəndiyar Axundovun  sayəsində deyil, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının göstərişi sayəsində olmuşdur.

 Mərhəmətli Mehriban xanım! Bilirik ki, Prezidentimizdən və Sizdən başqa heç kim bizim dərdimizə əlac etməyəcək. Ona görə də birbaşa Sizə müraciət etməyi qərara aldıq.   Sizdən çox xahiş edirik, təvəqqə edirik ki, mərhəmətinizi bizim üstümüzdən əskik etməyin. Bizim Yasamal rayon məhkəməsində olan mülki tələbimzi nəzarətinizə götürərək haqqımızın müdafiə olunmasına yardım edin.  Biz yalnız Sizə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq.                                                        

Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik.

Hörmətlə:

1. Əsədov Əli Musa oğlu,

2. Əhmədov Sübhan Süleyman oğlu,

3. Cəfərov Mafisəd İltizam oğlu, 

4. Abbasov İlqar Vəlican oğlu

5. Əliyev Zəfər Əlisahib oğlu

6. Məmmədli Müzəffər Əli oğlu,

7. Şirinbəyova Maral Muxtarpaşa qızı

8. Abasova Seyranə Şərəfxan qızı,..

9. İsgəndərov Vidadi Təhlət oğlu,.

10. Aslanova Nailə Vasif qızı,.

11. Abasov Mahir Ruşan oğlu,. 

12. Talıbova Zibeydə Dadaş qızı

13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu

14. Abıyev Anar İsrəfil oğlu,.

15. Səfərov Alim Ərəstun oğlu.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

 

                                

        

        

                                                   


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM