İnkişaf Konsepsiyası Avropanın Gənclər Paytaxtında müzakirə edildi - Foto

14:04 / 23.05.2014

Rufiz Qonaqov: "İnkişaf Konsepsiyası ölkəmizdə bir çox vacib problemlərin həllində ciddi dönüş yaratdı".

 BMAM–ın təşkilatçılığı ilə İnkişaf Konsepsiyasının müzakirəsi bu dəfə Avropanın Gənclər Paytaxtında keçirilib.

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində növbəti tədbir Gəncə şəhərində keçirilib. Gəncə şəhər İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak edib.  

 

Gəncə şəhər İcra Hakimiyyəti adından tədbiri giriş sözü ilə açan Əsgər Babazadə Gəncə şəhərində İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilən işlərdən danışdı: "Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır. Şəhərdə başlanan abadlıq və quruculuq işləri bütün dövrlərdə uğurla davam etdirilmişdir. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatmışdır. Əhalinin pul gəlirləri də xeyli artmış, orta aylıq əmək haqqı 521 manat olmuşdur. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-tekstil məhdud məsuliyyətli cəmiyyət həmişə olduğu kimi ötən müddətdə də uğurlara imza atmışlar. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən  qurulmuş, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilmişdir. Bir çox küçələr genişləndirilmiş, şəhər təhsil idarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Kəpəz rayon Polis idarəsi üçün inzibati binalar inşa edilmişdir. Şəhərdə ekologiyanın qorunması və eləcə də “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir. Şəhər nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir".

 

Tədbirdə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov geniş məruzə ilə çıxış etdi. O bildirdi ki,  "Layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. Artıq Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıt və Quba şəhərlərində ictimai müzakirələrimiz başa çatıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir. Bu gün isə növbəti tədbirimiz Gəncədə keçirilir. Gəncə ölkəmizin ikinci paytaxt şəhəri olaraq əhali və ərazi baxımından ölkəmizin inkişafında mühüm rol oynayır. Təsadüfi deyildir ki, demokratik respublikanın ilk paytaxtı olan Gəncə şəhəri bu gün bir çox vacib beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qürurverici haldır ki, Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır və xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir.  2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2% səviyyəsinədək düşmüşdür".

 

BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında konsepsiyanın məşğulluq və gənclərlə bağlı müddəalarına diqqət çəkib: “Yüksək rəqabət gücünə malik iqtisadiyyat, səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması kimi başlıca vəzifələr bir daha sübut edir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən modern və qüdrətli dövlətlərindən birinə çevriləcək. Elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təmin edilməsi, "bilik iqtisadiyyatı"nın formalaşdırılması xüsusi istiqamət kimi təyin edilmişdir. Sözügedən müddəalar gənc elmi işçilərin iş səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini gücləndirməklə "beyin axını"nın qarşısını alacaqdır. "Beyin axını" ilə bağlı məsələ konsepsiyada qırmızı xətt kimi keçir. Orta təhsildə də "yaddaş məktəbi"ndən, "düşüncə, fikir məktəbi"nə keçidin əsasının qoyulması məhz İnkişaf Konsepsiyasında  irəli sürülmüşdür. 12 illik təhsil sisteminə keçidlə yanaşı, məktəbdənkənar təlim proqramlarının hazırlanması təhsilin utilitarlığını yüksəldəcəkdir. 2015-2020-ci illər üçün gənclərimizin xaricdə təhsil alması ilə bağlı yeni Dövlət Proqramının qəbulu da nəzərdə tutulur. Gəncə şəhərinin də 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi özü region gənclərinin sosial həyatının aktivləşdirilməsi və səmərəli həyat fəaliyyətinin təşkili sarıdan dövlətimizin gənclər siyasətinin beynəlxalq müstəvidə bir inikasıdır. Xüsusilə, ölkənin ikinci iri şəhərləri kimi Gəncənin bu statusu əldə etməsi həm bu il, həm də bundan sonrakı illərdə gəncəli gənclərin və yerli QHT-lərin üzərinə xüsusi vəzifələr və əlavə məsuliyyətlər qoyur. Bütövlükdə, sözsüz ki, Azərbaycanın inkişafı ilk növbədə Azərbaycan gəncinin inkişafından çox asılıdır. Bu  həm də gənclərimizi öz təsirinə salan müxtəlif zərərli dini və siyasi cərəyanların fəaliyyətini çətinləşdirəcək. Dövlətimizin milli təhlükəsizliyi gənclərimizin milli dövlətçiliyə sahib çıxmasından  keçir".

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: “Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik”.

 

Gənclər üçün Təhsil Mərkəzi, Gəncə Regional ofisinin rəhbəri Aygün Adilqızı çıxış edərək Gəncənin Avropa müstəvisindəki uğurundan söz açdı: "Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulmuşdu. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə çatmağa nail oldu. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub. 2012-ci ildə də Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilmişdi. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb".

 

Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova yerli QHT-lərin gəncəli gənclərlə işi istiqamətində çıxış etdi: “Son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai proseslər, dövlətin gənclər siyasətinin əhəmiyyəti və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanlar, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakı, həmçinin Gəncə şəhərinin Azərbaycanda 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsi və 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini nəzərə aldıqda regionda gənclərlə işin yüksək səmərəli olduğunu qeyd etmək olar. Region gənclərinin aktiv şəkildə ictimai proseslərə qatılması yaxın gələcəkdə daha uğurlu nəticələr əldə ediləcəyinə işarə edir".

 

Gəncə QHT-lərinin rəhbərlərindən olan Gülnarə Əmiraslanova regionda QHT-lərin fəaliyyəti və aktivliyinə diqqət çəkdi: "Gəncə şəhərində ictimai sektorun yüksələn xətlə inkişafı və vətəndaş cəmiyyəti institutlarının fəallığı paytaxtla müqayisə edilə biləcək səviyyəyə yaxınlaşır. Bu isə regionlarda vətəndaş cəmiyyəti quruculuğunun və QHT nümayəndələrinin gərgin əməyi, eləcə də bilavasitə dövlətin ictimai birliklərə verdiyi böyük dəstəyin nəticəsində ərsəyə gəlmişdir".

 

Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri media nümayəndələri və başqaları çıxış etdilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM