Virtualaz.org xəbər verir ki, nümayişlərdə həyatını itirənlərin sayı 2-yə çatıb. Bu məlumatı İstanbul valisi Hüseyn Avni Mutlu jurnalistlərə açıqlamasında deyib. Xatırladaq ki, dünən “Gəzi parkı” hadisələrində Berkin Elvanın ölümünə və Soma faciəsinə etiraz olaraq aksiya keçirilimişdi. Aksiya zamanı başından vurulan 30 yaşlı Uğur Kurt ölmüşdü. Bundan sonra isə aksiyalar geniş miqyas almağa başlayıb.
Hazırda Okmeydanında gərginlik davam edir. Dünən ki qətlin baş verdiyi ərazidə araşdırma aparan polislə məhəllə sakinləri arasında qarşıdurma olub. Sakinlər polis rəisini döyüblər. Polis rəisi yaxınlıqda olan televiziya kanallarından birinin maşınına girərək qəzəbli kütlənin əlindən xilas ola bilib. Daha sonra əraziyə əlavə polis qüvvələri cəlb olunub.