Allergiyası olanlara HƏKİM XƏBƏRDARLIĞI: "...ölümlə nəticələnə bilər"

16:31 / 20.07.2017

Son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Hətta bir müddət öncə iki uşaq allergik qıcolmadan və anafilaktik şokdan dünyasını dəyişib. Bəs allergiyanı yaradan əsas səbəblər hansılardır? Ümumiyyətlə, allergiyanı tam müalicə edərək ondan yaxa qurtarmaq mümkündürmü? Milli.Az ailem.az-a istinadən bu və digər narahatlıq doğuran məqamlara aydınlıq gətirməyı çalışıb. 

Allerqoloq Nahid Məhərrəmov bildirdi ki, allergiya, adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır. Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz.
 
Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini deyən N.Məhərrəmov vurğuladı ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: "Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər. Bu, orqanizmin allergenə qarşı yaranan son dərəcədə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər - dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır".
 
Bəs qida allergiyası nədir?
 
Qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır. Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticisimlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda immun sistemi o maddəni tez tanıyır və yenidən anticisimlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır.
 
Bu reaksiyanın yaranma səbəblərinə gəlincə, həkim söylədi ki, bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenlərə) kəskin reaksiya verərək, müxtəlif kimyəvi maddələr ifraz edir: "Onlardan biri histamin, allergik simptomlar törədir. Orqanizmin reaksiyası allergeni nəfəs alaraq içəri daxil etməklə, dəriylə kontakta girməklə, allergenin bədənə daxil edilməsiylə, yaxud qidayla birlikdə qəbul etməklə yarana bilər. Heyvanların qalın və quşların narın tükləri, toz, qida məhsulları, kosmetika, dərman preparatları, bitki tozcuqları, həmçinin siqaret tüstüsü allergen ola bilər. Bu reaksiya bədənin müxtəlif yerlərində təzahür edə bilər, simptomları isə bir-iki dəqiqədən bir neçə günədək müşahidə oluna bilər. Əlamətlər allergik zökəm, astma, qızarmış və yaşaran gözlər, oynaqlarda ağrı və iltihab, ishal, qusma, mədə pozulması kimi özünü büruzə verir. Ağırlaşma hallarında isə anafilaktik şok, çətinləşmiş, yaxud xışıltılı nəfəs, nəbzin sürətlənməsi, soyuq tər, yapışqan dəri, mədə spazmları, baş gicəllənmələr, ürək bulanması, kollaps (kəskin damar çatışmazlığı), qıc olmalardır. Tibbi yardım göstərilməyəndə ağır allergiya ölümlə nəticələnə bilər.

 

"Yüngül allergik reaksiyalar burun axması, göz yaşarması və s. zökəmə bənzəyən simptomlar törədə bilər. Həmçinin cüzi səpmə əmələ gələ bilər. Əgər siz özünüzdə, yaxud yaxınlarınızda bu cür reaksiyaları tez-tez görürsünüzsə, o halda həkimə müraciət etmək lazımdır. Yadda saxlayın ki, anafilaktik şok zamanı allergiya bütün bədənə təsir edir. Anafilaksiya allergeni qəbul etdikdən 15 dəqiqə sonra yarana bilər, ona görə də təxirəsalınmaz tədbir görmək, yəni təcili yardım çağırmaq lazımdır", - deyə həkim vurğuladı.
 
Allerqoloq məsləhət görür ki, allergiyalı şəxs bu haqda dostlarına, qohumlarına və iş yoldaşlarına məlumat verməlidir: "Getdikləri bütün həkimlərə, hətta kosmetoloqlara  mövcud olan bütün allergik reaksiyalar haqqında deyilməlidir. Əsasən də tibbi preparatlara qarşı olan allergiyalar bildirilməlidir. Bu, həm reseptdə yazılmış, həm də reseptsiz alınan preparatlara şamildir. Hər hansı bir dərmanı qəbul etməzdən öncə onun qablaşdırması və təlimat vərəqəsini diqqətlə oxumaq lazımdır. Allergik zökəmin yüngül formalarında simptomları aradan qaldırmaq üçün axmaya qarşı damcılardan və spreylərdən istifadə edin. Əgər allergiya tibbi preparatdan yaranıbsa, dərhal onun qəbulunu dayandırın və həkiminizlə məsləhətləşin. Həkimin təyin etdiyi antihistamin (allergiyaya qarşı) preparatlardan istifadə edin. Sedativ effektə malik olan antihistamin preparatlardan istifadə edərkən maşın sürməkdən və mexanizm idarə etməkdən qaçın. Çünki o dərmanlar süstlük yarada bilər. Lakin bu gün bir sıra antihistamin preparat var ki, sedativ effektə malik deyil. Dəridə allergik reaksiya mövcud olduqda qıcıqlanmanı aradan qaldırmaq üçün səpmiş hissələrə qaşınmaya qarşı krem, yaxud losyon çəkin. Allergiya yaradan maddələri müəyyən etməyə çalışın və onlardan hər zaman qaçının. Evinizin təmiz olmasına, toz, narın tükcüklər və gənə olmamasına nəzarət edin. Evi süpürəndə, yaxud tozsoranlayanda, mebellərinizi təmizləyəndə, yataq dəstini dəyişəndə, tozlu əşyalarla hər hansı kontaktda burnunuzu tənzif və ya adi maskayla bağlayın. Ev heyvanlarına qarşı allergiya olduqda, onları evinizdə saxlamayın".
 
Həkim onu da vurğuladı ki, allergiyadan qurtarmaq olar: "Çox yaxşı olardı ki, bunun üçün immun sistemini normallaşdırsınlar. Bu isə ancaq idman etməklə mümkündür ki, orqanizm təbii yolla güclənsin. Allergiyanın asmatik prosesə çevrilməməsi üçünsə zamanında onu müalicə etmək lazımdır"./milli.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM