Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası

14:07 / 20.07.2017

Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir. O, ABŞ, Almaniya və Fransa dövlət başçıları ilə danışıqlar aparıb. Onların real nəticəsi hələ özünü göstərmir. Rusiya isə münaqişə zonasına əlavə hərbi qüvvələr yeritməkdədir. Bu ziddiyyətli proseslərin Ukraynaya və bütövlükdə postsovet məkanına mümkün təsirləri düşündürücüdür.

Kuçmanın şübhələri: Donbas "dondurulur"?

Hiss olunur ki, Qərb-Rusiya münasibətləri yeni səviyyədə gərginliyə doğru gedir. Bu daha çox Suriya məsələsində özünü göstərirdi. İndi Ukrayna problemi "təşəbbüsü ələ almış" kimi görünür. Son zamanlar həm Ukraynanın şərqində hərbi durum mürəkkəbləşib, həm də diplomatik ritorika kəskinləşib. Donetsk və Luqanskda döyüşlər şiddətlənməkdədir. Tərəflər bir-birinə daha intensiv zərbələr endirirlər. Bunun fonunda Ukrayna tərəfi separatçılardan əsir götürdüklərini bəyan ediblər. Rəsmi Kiyev Rusiya xüsusi təyinatlılarının Donbasa gətirildiyi haqqında da informasiya yayıb.

Siyasətçilər isə Minsk razılaşmalarından bəhs edirlər, lakin real addımlar atmırlar. Onlar bir-birini müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırmaqdadırlar. Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma yaranmış bu vəziyyətdən ciddi narahatdır. O, Rusiyanın daha bir "dondurulmuş münaqişə" ocağı yaratdığından şübhələndiyini deyib. Bu dəfə Dnestryanıdan daha mürəkkəb bir problemin meydana çıxdığını ifadə edən keçmiş Prezident, Donbasın Rusiya ilə sərhədə malik olmasını təhlükə adlandırıb. L.Kuçmanın fikrinə görə, Avropa dövlətləri və ABŞ Ukraynanı bu məsələdə kifayət qədər aktiv müdafiə etmirlər.

Misal olaraq Suriyanı göstərən keçmiş dövlət başçısı Moskvanın öz iradəsini qəbul etdirdiyini söyləyib. Deməli, Rusiya uzaq Suriyada öz sözünü deyirsə və bununla Qərb barışmalı olursa, onda qonşu Ukraynada Vaşinqton, yaxud Berlin, Brüssel, Paris nə edə bilərlər? Bu səbəbdən L.Kuçma əsas ağırlığın Ukraynanın öz üzərinə düşdüyünü bildirib. Bu isə kifayət qədər riskli bir işdir. Rusiya güclü və böyük dövlətdir, münaqişəni uzun müddət nəzarətində saxlaya bilər.

Əslində, rəsmi Moskva özünü çox sakit aparır. Kiyevin hay-küyünə baxmayaraq, Kreml real addımlarını atır. Konkret olaraq, Donetsk və Luqansk istiqamətində Ukrayna silahlı qüvvələri təsirli uğur əldə edə bilmirlər. Deməli, onlara qarşı yaxşı hazırlanmış və sistemli fəaliyyət göstərən silahlı qruplar savaşır. Belə bir vəziyyətdə Ukraynada situasiyanın gərginləşməsi hansı nəticələri verə bilər?

Siyasətçilər bu kontekstdə Prezident Petro Poroşenkonun Amerika və Fransaya olan səfərlərinə diqqət yetirirlər. Ukraynanın dövlət başçısını Donald Tramp, KİV-in əksini yazmasına rəğmən, qəbul edib. Onlar arasında aparılan danışıqlarda Vaşinqtonun Kiyevi dəstəkləyəcəyi ifadə olunub. Ancaq bunun konkret nələrdən ibarət olması bir qədər müəmmalı qalır. Amerika Rusiya əleyhinə sanksiyaları genişləndirib. P.Poroşenkoya söz verilib ki, Ukraynanı daha aktiv müdafiə edəcəklər. Lakin Rusiya hərbçilərini Donbasdan çıxarmaq haqqında konkret plan ortaya qoyulmayıb.

Almaniya isə münaqişənin yaxın perspektivdə həll ediləcəyinə şübhə ilə yanaşır. Xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, bu qədər müddət keçəndən sonra yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir. Almaniyalı nazir yalnız onu deyib ki, "Normand qrupu"nun (Ukrayna, Fransa, Almaniya, Rusiya) təşəbbüslərini dəstəkləyir. Ancaq bu format hələlik elə bir səmərəli fəaliyyət göstərə bilməyib. Onun vəziyyəti dəyişə biləcəyi şübhə altındadır.

Böyük güclər: müəmmalı oyun davam edir

Bunlarla yanaşı, Ukrayna məsələsini həll etmək üçün tərəflərin başqa təmas formatı yoxdur. Fransaya səfəri zamanı Petro Poroşenkoya bu məqamı Emmanuel Makron dolayı da olsa, anladıb. Əslində, Fransanın indiki dövlət başçısı Rusiyaya qarşı çox kəskin ifadələr işlədir. Son olaraq o, P.Poroşenko ilə görüşdə "Rusiya təcavüzkardır" – deyə, bildirib. "Fransa kraliçası olmuş Anna isə əslində, ukraynalı qadındır" (bax: Антироссийская риторика Макрона лишь разжигает украинский кризис / "vz.ru", 26 iyun 2017).

Bununla yanaşı, E.Makron "Normand dördlüyü" çərçivəsində görüşün mümkün ola biləcəyini ifadə edib. Yəni o, nə qədər sərt danışsa da, real davranışda fərqli bir format ortaya qoya bilmir. Ekspertlər bunu belə qiymətləndirirlər ki, Fransa Prezidenti yalnız sözdə Moskvaya qarşı sərt danışır, əməldə isə daha yumşaq addımlar atmağa məcburdur. Görünür, E.Makron özünün Avropa İttifaqının xilaskarı obrazını korlamaq istəmir.

Ancaq bunun Ukraynanın real problemlərinin həllinə hansı müsbət təsiri ola biləcəyini demək çox çətindir. Hələlik P.Poroşenko müəmmalı "Makron formulu"ndan bəhs edir. Guya bunu Fransa Prezidenti "Normand dördlüyü"nün görüşündə açıqlayacaq. Ukrayna dövlət başçısının dediyinə görə, həmin təklifdə ölkənin işğal altında olan şərq əyalətlərinin azad edilməsi prosesi əks olunub.

Əgər bu vurğulanan məqamlar doğrudursa, onda Ukrayna ətrafında geosiyasi vəziyyətin daha da mürəkkəbləşdiyi qənaətini əldə edə bilərik. Suriya böhranının kəskinləşməsi fonunda Qərb-Rusiya qarşıdurması daha geniş məkana yayılır. Görünür, Qərb ölkələri Moskvanı Ukraynada sıxışdırmaqla onun diqqətinin Suriyada azalmasına nail olmaq istəyirlər. Məsələnin daha mühüm tərəfi isə bizcə, psixoloji faktora bağlıdır.

Belə ki, ABŞ başda olmaqla Qərb aydın görür ki, Moskva geosiyasi meydanda bir-birinin ardınca uğur əldə edir. Xüsusilə Suriyada Rusiya mövqeyini nəinki möhkəmlədib, hətta regionun böyük dövlətləri ilə ümumi dil tapa bilib. Məsələn, ABŞ və Aİ ilə ortaq fikrə gələ bilməyən Türkiyə Suriyada Rusiya ilə anlaşa bildi. Kreml Türkiyənin maraqlarını tanıyıb və onunla birlikdə Suriyada fəaliyyət göstərir. Amerika isə NATO-dakı müttəfiqinin maraqlarına hörmətsiz yanaşaraq, terror qrupları ilə əməkdaşlıq edir. Bunlar ciddi fərqlərdir.

İndi belə təəssürat yaranır ki, ABŞ Yaxın Şərqdə böyük dövlətlərə düşmən mövqeyi tutub, Rusiya isə yalnız rəsmi orqanlarla əməkdaşlıq edir. Şübhəsiz, bunun Ukraynaya da təsiri vardır. Ukraynalılar artıq anlayırlar ki, müəyyən müddətdən sonra Qərb onları ata bilər. İndi Suriyada Rusiyaya qarşı dura bilməyən Qərbin böyük dövlətləri Ukraynada, ümumiyyətlə, uğur əldə edə bilməzlər. Bu psixoloji dəyişiklik bütövlükdə Amerika və Avropanın ən güclü olmaları obrazını dağıdır. Çox güman ki, E.Makron bu səbəbdən Rusiyaya qarşı qəzəbli danışır.

Lakin onun real mübarizə meydanında Moskva ilə sərt münasibətlərə getməsi ehtimalı çox azdır. Bu isə o deməkdir ki, Qərb ölkələri sadəcə dili sərtləşdirirlər, əməldə bunu etmək iqtidarında deyillər. Bu oyunların arasında isə Ukrayna xalqı qalır. Leonid Kuçma məhz bu məqamları nəzərdə tutaraq həyəcan təbili çalır. Onun nəticəsinin necə olacağını demək xeyli çətindir.

Bütün bunlar onu deməyə əsas verir ki, Qərb diplomatiyasının daha radikal mövqe tutması daha çox Rusiyanın yararınadır. Çünki, birincisi, Moskva rəqibini əsəbiləşdirə bilib ki, bu da incə məqamlarda onların çoxlu səhvə yol verə biləcəyi ehtimalını artırır, ikincisi, Rusiya Donbas və Krıma əlavə qüvvələr yerləşdirmək bəhanəsi əldə edir. Hamıya məlumdur ki, Kreml üçün bunu etmək asan bir işdir.

Petro Poroşenkoya gəldikdə isə onun Ukrayna üçün çalışdığına şübhə yoxdur. Ancaq qərbli dostlarının P.Poroşenkoya yardım edəcəyinə də inam çox deyil. Burada risk faktoru vardır. Çünki, yuxarıda da vurğulandığı kimi, konkret addımlara gəldikdə Qərb Moskvaya qarşı qətiyyətli ola bilmir və ya olmaq istəmir. Onda belə çıxır ki, Ukrayna Prezidentinin siyasi taleyi də hələ məlum deyil.

Digər tərəfdən, ehtimal var ki, Qərb-Rusiya qarşıdurması yalnız Suriya və Ukrayna ilə məhdudlaşmasın. Onun Cənubi Qafqaza və Mərkəzi Asiyaya yayılması gözləniləndir. Bu halda geniş bir geosiyasi məkanda proseslərin riskli və təhlükəli olması mümkündür. O cümlədən terror intensivləşə və genişlənə bilər. Bu baxımdan Cənubi Qafqaz üçün ən qorxulu ssenari erməni terrorunun yenidən aktivləşməsi ola bilər. Bu barədə hələ kimsə danışmır.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM