Son bir neçə ayın ən məşhur oyuncağı olan “stress çarxı” bəzi ölkələrdə qadağan olunsa da, Azərbaycanda getdikcə daha çox yayılmağa başlayır. Uşaqların diqqətinin dağılmasına səbəb olduğuna görə ABŞ-ın bir neçə ştatında, Böyük Britaniya və Ərəb Əmirliyində satışdan yığışdırılan oyuncaq Bakının, demək olar ki, bütün bazar və ticarət mərkəzlərini bəzəyir. Materialından və dizaynından asılı olaraq 5-7 manata satılan çarxlarla yanaşı, satışda daha bahalı, hətta qızıldan hazırlanan “stress çarxları” da mövcuddur.
Strategiya.az virtualaz.org-a istinadən xəbər verir ki, daha çox məktəblilərin diqqətini çəkən bu oyuncağın, əslində, stress yaratdığını düşünənlər də var. Psixoloqlar hesab edirlər ki, ümumiyyətlə, məktəb yaşlı uşaqlara bu oyuncağın alınması məsləhət deyil.
Güclü piar olunan çarxın paytaxtda ən çox satılan oyuncaq olduğunu satıcılar da təsdiqləyirlər.
“Sədərək” Ticarət Mərkəzində oyuncaq satışı ilə məşğul olan satıcılar deyirlər ki, çarxın alıcıları təkcə uşaqlar deyil. “Stress çarxı” indiyə qədər ən çox satılan oyuncaqdır. Həm də bunu təkcə uşaqlar almır, böyüklər də alır. Elə buradakı alverçilərin hamısının əlində var. Çox güclü reklam edirlər deyə, bunun üçün hətta ucqar rayonlardan gələnlər var”, - deyə satıcı Osman Şükürov bildirir.
Oyuncaqların Çindən gətirildiyini deyən satıcının sözlərinə görə, əksər uşaqların ağlayaraq valideynlərinə aldırdıqları çarxın rəngli kolleksiyasını toplayanlar da var. Amma satıcı oyuncağın hər hansı neqativ təsiri ilə qarşılaşmadığını deyir: “Adi fırlanan çarxdır da, nə ziyanı olacaq ki?! 3 aydan çoxdur satıram, hələ hansısa mənfi təsirinə görə gətirib qaytaran olmayıb. Biz heç kimi məcbur eləmirik, kim istəmir, almasın”, - deyə satıcı bildirir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, oyuncaqla bağlı onlara hər hansı şikayət daxil olmasa da, zəng edib “stress çarxı”nın ziyanlı olub-olmadığını soruşanlar var. “Bizə çox tez-tez istehlakçılar tərəfindən zənglər olur. Onlar bu “stress çarxı” ilə bağlı mənim fikirlərimi, zərərli olub-olmamasını soruşurlar. Təbii ki, mən insanlara bu cür oyuncaqlardan uzaq olmağı məsləhət görürəm. Çünki uşaqlarda fırlanan cismlərə maraq bəzi beyin xəstəliklərindən xəbər verir. Valideyn də uşağına bunu almaqla onu xəstəliyə cəlb etmiş olur. Əksinə, bu cihazlar daha çox stress gətirir, analitik düşüncəni zəiflədir. Uşaqlar təbiətlə təmasda olsalar, həyətdə oynasalar, onlar üçün daha faydalı ola bilər”, - deyə E. Hüseynov bildirir.
“Stress çarxı”nın zərərli olduğunu psixoloqlar da təsdiqləyirlər. Uşaq psixoloqu Narınc Rüstəmovanın sözlərinə görə, valideynlər uşaqlarını belə oyuncaqlardan uzaq tutmalıdırlar. “Valideynlər həmişə asan yollara qaçırlar. Məsələn, düşünürlər ki, “uşaq əsəb keçirib, çarx verim, başını qarışdırsın”. Əslində, müasir dövrdə hər bir uşaq stressə məruz qala bilər. Çünki məktəbə gedir, dərslərə cavab verməlidir, evdə bacısı və ya qardaşı ilə hansısa konflikti yaşayır. Biz bir vərdişi düzəltmək üçün belə çarxı uşağa almaqla, onu digər bir zərərli vərdişə adaptasiya etmiş oluruq. Kobud desək, bu içki içən birinin narkotikə öyrəşdirilməsi kimi bir şeydir”, - deyə psixoloq bildirir.
Psixoloq deyir ki, ona “stress çarxı” ilə stressini atan uşaqların valideynləri müraciət edirlər. “Bu yaxınlarda bir valideyn uşağı ilə bağlı müraciət etmişdi. Uşaq əsəbiləşən kimi həmin çarxı istəyir və valideyn tez çantasından çıxarıb oyuncağı uşağa verir. Və ya başqa bir uşaq var idi, onun 40-a yaxın belə “stress çarxı” kolleksiyası var idi. Hələ bu çarxın populyarlaşdığı cəmi bir neçə aydır. Əksinə, valideynlər uşaqları buna öyrətməməlidir. Uşaqda özgüvən hissi yaradılmalıdır. Çünki çarx problemin həlli yolu deyil və uşaqlarda asılılıq yaradır”, - deyə psixoloq bildirir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM