19 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 1 nəfər piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Strategiya.az-ın xəbərinə görə, bu barədə DİN və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.
Hadisə baş verdikdən dərhal sonra yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə, avtomobillərə, meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş avtomobillərin sürücüləri dindirilib, sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinədən keçirilib, hadisə yerində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin kameralarının görüntüləri götürülüb və digər istintaq hərəkətləri icra olunub.
Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, 19 iyul 2017-ci il tarixdə, saat 00:50-də Həsən Həsənovun idarə etdiyi “Mercedes-Benz 208D” markalı mikroavtobusla Sabunçu qəsəbəsindəki Heydər Əliyev prospekti ilə Beynəlxalq Hava Limanı istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada - Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi “Porsche Cayenne” markalı avtomobilin hərəkət yoluna atıb və avtomobil piyadanın üzərindən keçib. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməyiblər.
İstintaqla müəyyən edilib ki, mikroavtobusun sürücüsü Həsən Həsənov fərdi qaydada sərnişin daşınması fəaliyyəti ilə məşğul olur, sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb.
Bundan başqa, müəyyən edilib ki, “Porsche Cayenne” markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışır, atası - Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nikahları 1994-cü ildə rəsmi qaydada pozulub, Əhəd Kərimov isə həmin vaxtdan Bakı şəhərində dayısının himayəsində yaşayır. Ə.Kərimovun sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb, idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakı şəhərində alıb.
Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilib.
Cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə istintaqın davam etdirilməsi Baş prokurorun 20 iyul 2017-ci il tarixli qərarı ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib və cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir, təqsiri olan hər bir şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin olunacaq.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM