Azərbaycan Respublikasının Birinci Vitse-
Prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Məhkəmə Hüquq Şurasının sədri cənab
Fikrət Məmmədova
Bakı şəhərində fəaliyyət göstərən “Mur-Ay”
MMC, “Şərur” MTK və Bakı şəhəri İcra
Hakimiyyəti tərəfindən aldadılaraq maddi və
mənəvi zərər çəkmiş və bu vaxta qədər də
məhrumiyyətlər icində olan:
Ünvan: Qeydiyyatı: Bakı şəhəri, 9-cu mik. 9
"A" Mircalal küçəsi, ev 35, mənzil 49
Yaşayış yeri: Bakı şəhəri Biləcəri qəs.
Rəşid İsmayılov küçəsi 2
2. Əhmədov Sübhan Süleyman oğlu,
Ünvan: Qeydiyyatı: Ağdaş rayonu, Yuxarı
Ləki kəndi
Yaşayış yeri: Bakı Nərimanov rayonu,
Təbriz küçəsi ev 94, mənzil 9
3.Cəfərov Mafisəd İltizam oğlu,
Ünvan: Şirvan şəhəri Tofiq İsmayılov küçəsi
13/34
4. Abbasov İlqar Vəlican oğlu,
Ünvan: Biləsuvar şəhəri, M.F.Axundov
küçəsi ev 133
5. Əliyev Zəfər Əlisahib oğlu,
Ünvan: Bakı şəhəri Nizami rayonu,
M.Şərifli küçəsi, ev 4 A mənzil 42
6. Məmmədli Müzəffər Əli oğlu,
Ünvan: Qeydiyyatı: Bakı şəhəri Xiyabani
küçəsi 14 A, yaşayış ünvanı: Bakı şəhəri
Şərifzadə küçəsi, 168A mənzil 32
7. Şirinbəyova Maral Muxtarpaşa qızı,
Ünvan: Xaçmaz rayonu, A.A.Bakıxanov
küçəsi ev 4
8. Abasova Seyranə Şərəfxan qızı,
Ünvan: Hacıqabul rayonu Qarasu kəndi
9. İsgəndərov Vidadi Təhlət oğlu,
Ünvan: Qeydiyyat: Şirvan şəhəri Əli
Bayramlı küçəsi 38
Yaşayış ünvanı: Şirvan şəhəri, Natavan
küçəsi, ev 27
10. Aslanova Nailə Vasif qızı,
Ünvan: Gəncə şəhəri, F.Əmirov küçəsi 28,
mənzil 29
11. Abasov Mahir Ruşan oğlu,
Ünvan: Qeydiyyat: Bakı şəhəri Yasamal
rayonu, İ.Qutqaşınlı küçəsi, döngə 2 ev 12
Yaşayış ünvanı: Binəqədi rayonu Aşağı
Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev
küçəsi döngə 3
12. Talıbova Zibeydə Dadaş qızı,
Ünvan: Bakı şəhəri, Akim Abbasov küçəsi, 5
mənzil 29
13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,
Ünvan: Biləsuvar rayonu Çaylı kəndi
14. Abıyev Anar İsrəfil oğlu,
Ünvan: Salyan rayonu Şorsulu kəndi
15. Səfərov Alim Ərəstun oğlu tərəfindən
Ünvan: Bakı şəhəri Suraxanı ryonu, Yeni
Günəşli massivi, D bina 24 mənzil 110
İMDAD ƏRİZƏSİ
Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz!
1. Bizim hər birimiz, yuxarıda adları sadalanan şəxslər müxtəlif tarixlərdə rəsmi müqavilələrlə Bakı şəhəri Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında cöxmərtəbəli binalar tikən “Mur-Ay” MMC-dən mənzillər və qeyri-yaşayış sahələri aldıq.
2.“Mur-Ay” MMC öhdəlik götürmüşdü ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında tikdiyi 1 və 3 girişli binalardan müqavilələrdə nəzərdə tutulan mənzilləri və qeyri-yaşayış sahələrini tikərək bizlərə təhvil verəcək.
3. Bizdən 10 nəfər - Səfərov Alim Ərəstun oğlu,Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,Əsədov Əli Musa oğlu, Məmmədli Müzəffər Əli oğlu, Cəfərov Mafisəd İltizam oğlu, Şirinbəyova Maral Muxtarpaşa qızı,Talıbova Zibeydə Dadaş qızı,İsgəndərov Vidadi Təhlət oğlu,Abasov Mahir Ruşan oğlu və Aslanova Nailə Vasif qızı müqavilə üzrə üzərlərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş və “Mur-Ay” MMC-yə ödəməli olduqları məbləği hələ binalar hazır olmasa belə tam ödəmişlər.
4. 5 nəfər - Əliyev Zəfər Əlisahib oğlu, Abbasov İlqar Vəlican oğlu, Abıyev Anar İsrafil oğlu, Abbasova Seyranə Şərəfxan qızı və Əhmədov Sübhan Süleyman oğlumüqavilə üzrə üzərlərinə düşən öhdəliyi qismən yerinə yetirmiş və “Mur-Ay” MMC-yə ödəməli olduqları məbləği tikinti işləri aparıldıqca qismən ödəmişlər.
5. Buna baxmayaraq “Mur-Ay” MMC bizimlə bagladığı müqavilələr üzrə üzərinə düşən öhdəliyi – mənzil və qeyri-yaşayış sahələrini sonadək tikərək bizə təhvil vermədi.
6. 2011-ci illərdə bizə məlum oldu ki, “Mur-Ay” MMC tikdiyi binalardan eyni mənzillər və qeyri-yaşayış sahələri bir neçə nəfərə satılmış və buna görə də onun vəzifəli şəxsləri barəsində cinyət işi başlanmış və onlar həbs edilmişlər. Bununla bağlı biz də istintaq orqanına müraciət etmiş, biz deyilmişdir ki, siyahı üzrə bizləri də istintaqa dəvət edəcək və bizi zərərçəkmiş şəxs qismində tanıyacaqlar.
7. Bu ərəfədə bizə məlum olmuşdur ki, “Mur-Ay” MMC və onun dələduzluq yolu ilə aldatdığı minə yaxın vətəndaşın yaşadığı ciddi pleblem və bu problemdən doğan gərginlik cənab Prezidentimizin diqqətini cəlb etmiş, İlham Əliyev cənabları bu problemin bütünlüklə həll edilməsi, “Mur-Ay” MMC-nin aldatdığı bütün şəxslərin mülkiyyət probleminin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdi.
8. Bu göstəriş əsasında Bakı şəhər İcra Hakimiyyəti, “Şərur” MTK və digır dövlət qurumları arasında müvafiq müqavilə bağlanmış və “Mur-Ay” MMC-nin hərəkətlərindən ziyan çəkən bütün şəxslərin əmlak probleminin həlli Bakı şəhər İcra Hakimiyyətinin tapşırığı ilə “Şərur” MTK-ya həvalə edilmişdir.
9. Həmin müqaviləyə (Razılaşmanın) görə “Mur-Ay” MMC-nin bizimlə bağladığı müqavilələr üzrə icraçı kimi biz sifarişçilərin qarşısında götürdüyü bütün öhdəliklər, o cümlədən mənzillər və qeyri-yaşayış sahələrinin tikilərək bizə təhvil verilməsi öhdəliyi cavabdeh “Şərur” MTK-nın öhdəliyinə verilmişdir. Buna görə bizim də vəsaitimiz (payımız) olan 2 ədəd yarımçıq tikili qeyd edilən Müqavilənin 26-cı bəndinə əsasən "Şərur" MTK-nın balansına verilmişdi.
10. Həmçinin bizimlə bağlanmış müqavilələr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Bu halda həmin müqavilələr üzrə “İcraçı”nın bütün öhdəlikləri qeyd edilən müqaviləyə görə “Şərur” MTK-nın üzərinə düşüb. Deməli “Şərur” MTK bizimlə bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş ölçüdə mənzilləri və qeyri-yaşayış sahələrini bizə təhvil verməlidir.
11.“Mur-Ay” MMC-nin vəzifələri şəxsləri barəsində aparılan istintaq işi üzrə zərərçəkmiş şəxs qismində tanınsaq da, nə ibtidai istintaq zamanı, nə də işin məhkəmə baxışında bizə dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün heç bir tədbir görülməmiş, dövlət qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməmiş, “Şərur” MTK həmin müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır.
12. Hansı ki, bizdən 10 nəfər - Səfərov Alim Ərəstun oğlu, Əliyev Qulamhüseyn Əlihüseyn oğlu, Əsədov Əli Musa oğlu, Məmmədli Müzəffər Əli oğlu, Cəfərov Mafisəd İltizam oğlu, Şirinbəyova Maral Muxtarpaşa qızı, Talıbova Zibeydə Dadaş qızı, İsgəndərov Vidadi Təhlət oğlu, Abasov Mahir Ruşan oğlu və Aslanova Nailə Vasif qızı “Mur-Ay” MMC ilə bağladığımız müqavilər üzrə üzərimizə düşən əsas öhdəliyi, yəni sifarişçisi olduğumuz mənzil və ya qeyri-yaşayış sahəsinə görə pay haqqını tam ödəyərək müqavilədə nəzərdə tutulmuş mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ əldə etmiş, digər 6 nəfər isə pay haqqlarını qismən ödəməklə tikinti işlərinin getdiyi dövrdə cədvəl üzrə sonrakı ödənişləri etməklə mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququmuzun tam reallaşdırmağı gözləyirdik.
13. Biz pozulmuş mülkiyyət hüquqlarımızın müdafiəsi, daha doğrusu mərhum olduğumuz əmlakın geri qaytarılması üçün qeyd edilən cinayət işi üzrə birinci və apellyasiya instansıyaları məhkəmələrinin hökm və qərarından narazı olduğumuzdan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmə də şikayətimizi təmin etməmiş və göstərmişdir ki, biz bu məsələni mülki qaydada həll etməliyik.
14. Bundan sonra biz mənzillərimizin geri qaytarılması üçün əlacsız qalıb Səbail rayon məhkəməsinə müraciət etmiş, bu məhkəmə işə baxmamış və biz sonda Yasamal rayon məhkəməsinə müraciət etmişik. Hazırda biz şikayətçilərin iddia ərizəsi Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır və baxılmağa başlayıb. Ancaq görünən odur kii, bu məhkəmə də “Şərur” MTK-nın tərəfini tutmaqla bizim mənzillərimizin verilməsini təmin etməyəcək!
16. Hörmətli Birinci Vitse-Prezidentimiz! Tam məsuliyyətimizlə Sizə bildirmək istəyirik ki, bizim zərər çəkən olduğumuz cinayət işində həm ibtidai istintaq orqanı, həm də bütün məhkəmələr əvvəldən sona qədər “Şərur” MTK-ya himayədarlıq etmiş, bizim kimi yüzlərlə zərərçəkmişin yox, adı çəkilən MTK-nın rəhbəri İsfəndiyar Axundovun maraqlarına xidmət etmişlər. Belə olmasaydı həmin MTK-nın qeyri-müəyyən, həqiqəti əks etdirməyən, hətta saxtalaşdırılmış ifadələrini və ya kağızlarını əsas tutub bizə verilməli olan mənzilləri “Şərur” MTK-nın ixtiyarına buraxmazdılar.
Biz dəfələrlə, məhkəmə iclaslarında və şəxsən müraciətlər etməklə Bakı şəhər İcra Hakimiyyətindən Prezidentimizin mərhəməti sayəsində bizə verilməli olan mənzilləri tələb etsək də, biz deyilmişdir ki, mənziləriniz “Şərur” MTK-ya verilib ondan alın.
Cox hörmətli Birinci Vitse-Prezidentimiz. Biz 15 nəfər yüzə yaxın zərər çəkənin bir hissəsiyik. 15 nəfər isə ailə üzvləri ilə birlikdə yüzə yaxın vətəndaş deməkdir.
Biz hamımız bütün ailəliklə həmişə Prezidentimiz Zati-Aliləri İlham Əliyevi və Sizi dəstəkləmiş, İlham Əliyev cənablarını özümüzə nəinki Prezident, həm də qüdrətli, mərhəmətli, qayğıkeş və ədalətli El Atası hesab etmişik.
Biz bu fikrimizdə yanılmamışıq. Təkcə bir fakt – Prezidentimizin “Mur-AY” MMC-nin aldatdığı vətəndaşlarla bağlı yaranmış gərginliyi aradan qaldırmaq, zərərçəkmiş bizlərin hüquqlarının qorunması üçün atdığı addımlar bizə deməyə əsas verir ki, Sizlərin xalqımıza olan sevgi və mərhəmət hissiniz sonsuzdur!
17. Mərhəmətli Mehriban xanım! Bilirik ki, Prezidentimizdən və Sizdən başqa heç kim bizim dərdimizə əlac etməyəcək. Ona görə də birbaşa Sizə müraciət etməyi qərara aldıq.
Sizdən çox xahiş edirik, təvəqqə edirik ki, mərhəmətinizi bizim üstümüzdən əskik etməyin. Bizim Yasamal rayon məhkəməsində olan mülki tələbimzi nəzarətinizə götürərək haqqımızın müdafiə olunmasına yardım edin.
Biz yalnız Sizə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.
Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq.
Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik.
Hörmətlə,
1. Əsədov Əli Musa oğlu,
2. Əhmədov Sübhan Süleyman oğlu,
3. Cəfərov Mafisəd İltizam oğlu,
4. Abbasov İlqar Vəlican oğlu,
5. Əliyev Zəfər Əlisahib oğlu,
6. Məmmədli Müzəffər Əli oğlu,
7. Şirinbəyova Maral Muxtarpaşa qızı,
8. Abasova Seyranə Şərəfxan qızı,
9. İsgəndərov Vidadi Təhlət oğlu,
10. Aslanova Nailə Vasif qızı,
11. Abasov Mahir Ruşan oğlu,
12. Talıbova Zibeydə Dadaş qızı,
13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,
14. Abıyev Anar İsrəfil oğlu və
15. Səfərov Alim Ərəstun oğlu
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM