Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
21 il əvvəl Finlandiyada Azərbaycan futbolunun tarixinə düşən bir oyun keçirildi. Bu, 1996/1997-ci il mövsümünə təsadüf edir. Həmin vaxt UEFA-nın Kuboklar Kuboku yarışında mübarizə aparan Ağdam klubu püşkə əsasən ilk mərhələdə Finlandiyanın “MüPa-47” klubu ilə üz-üzə gəldi. İlk matç avqustun 8-də Bakıda keçirildi. 82-ci dəqiqədə penaltidən top buraxan “Qarabağ” 0:1 uduzdu. Əslində çoxları təmsilçimizin cavab matçında daha pis nəticə göstərəcəyini düşünürdü. Çünki o dövrdə Azərbaycan klublarının səfərdən yaxşı nəticə ilə dönəcəyi inandırıcı deyildi. Ancaq “Qarabağ” Finlandiyada daha yaxşı oynadı və Bəxtiyar Musayevin 27-ci dəqiqədə vurduğu qolla əsas vaxtı 1:0 öz xeyrinə bitirdi. Bəri başdan qeyd edək ki, bu, Azərbaycan futbolunun UEFA yarışında səfərdə əsas vaxtda qalib gəldiyi oyun idi.
8 avqust 1996-cı il
Kuboklar Kuboku, birinci təsnifat mərhələsi
İlk oyun
“Qarabağ” (Azərbaycan) – “MüPA-47” (Finlandiya) – 0:1
Qol: Sami Mahlio, 82-pen.
“Qarabağ”ın heyəti: Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 83), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov, 46), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov (k), Nazim Əliyev.
22 avqust
Cavab oyunu
“MüPA-47” – “Qarabağ” – 1:1 (əlavə vaxtda)
Qollar: Bəxtiyar Musayev, 27 (0:1), Mauri Keskitalo, 120 (1:1)
“Qarabağ”ın heyəti: Cəmaləddin Əliyev, Mais Əzimov (Emin Salmanov, 118), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov (k), Səttar Əliyev.
Həmin görüşdə komandamız mərhələ keçməyə də yaxın idi. Çünki 120-ci dəqiqəyə kimi hesab dəyişməmişdi. Lakin təəssüf ki, hamının penaltilər seriyasını gözlədiyi bir vaxtda “MüPa-47” bərabərlik qolunu vuraraq mərhələni adlayan tərəf oldu. Maraq üçün bildirək ki, finlandların növbəti mərhələdəki rəqibi nəhəng “Liverpul” oldu. “Enfild”də keçirilən oyunda 3:1 hesablı qələbə qazanan ingilislər Helsinkidəki görüşdə də rəqibini üstələdi - 1:0. Göründüyü kimi, “Qarabağ” hələ 1997-ci ildə “Liverpul”u Bakıya gətirməyə yaxın idi.
“MüPa-47” ilə səfər oyununda qazanılan xal da çox əhəmiyyətli idi. Bu xal avrokuboklarda qazandığımız ilk səfər xalı kimi tarixə düşdü.
O dövrdə “Qarabağ”ın baş məşqçisi Elbrus Abbasov idi. Bu vəzifədə Ağasəlim Mircavadovu əvəzləyən Abbasov komandaya yad sima deyildi, əslən ağdamlı və klubun yaradıcılarındandı. Elbrus Abbasovla söhbətdə 21 il əvvəl keçirilən oyunlar haqda danışdıq.
“Heç milli komanda da “Qarabağ” kimi oynaya bilmirdi”
- Bizim çox yaxşı heyətimiz vardı. Həmin futbolçuların əksəriyyəti bu gün məşqçilik edir. Tərlan Əhmədov, Aslan Kərimov, Müşfiq Hüseynov, Təbriz Həsənov, Elmir Xankişiyev, Vadar Nuriyev, Mirbağır İsayev, Bəxtiyar Musayev kimi futbolçularla çıxış edirdik. O heyət milli komanda səviyyəsində idi. Heç milli komanda da “Qarabağ” kimi oynaya bilmirdi. Ancaq futbolçuların müəyyən çətinlikləri vardı. Hər gün məşq üçün Sumqayıta gedirdilər. Bəzən “Dalğa” mehmanxanasında qalırdılar. Bunun hamısı xərc idi. Hər gün evdən 100 dollar götürüb, futbolçulara xərcləyirdim. O zaman Ağdamın icra hakimi olan Həsən Sarıyev bizə maddi cəhətdən köməklik edirdi. Ayda 3 min manat pul göndərirdi. Sağ olsunlar, başqa ağdamlılar da bizə kömək edirdilər. Ancaq onların da böyük imkanı yox idi. Kimin gücü nəyə çaıtdırdısa, onu edirdi. Yəni futbolçularımız belə bir çətin dövrdə oynayırdılar. İndi futbol oynamağa nə var ki. Futbolçuların indi qazandıqları pulları mənə versəydilər, təkayaqlı oynayardım. Təsəvvür edin ki, oyunçular ayda 100 dollar maaş alırdılar, ancaq zədəli olanda ağrıkəsici iynə vurub meydana çıxırdılar. Çünki uşaqlarda vətənpərvərlik, Qarabağ sevgisi var idi.
Hazırlığı Sumayıtdakı bazamızda keçdik. İndiki kimi ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmurdu. Ancaq klubun o vaxtkı prezidenti Nazim Abdullayev (o dövrdə “NNN bank”ın prezidenti idi – red.) bizə hər şəraiti yaradırdı. Hazırlığımızın bir hissəsi Qubada oldu.
“Qarabağ”ın avrokuboklarda debüt oyunu
Avrokuboklarda ilk oyunumuza çıxırdıq. Bakıdakı görüşdə komanda çox istəkli idi. Yaxşı da oynadıq. Təəssüf ki, oyunun sonuna yaxın Təbriz Həsənov çölə gedən topa toxundu. Top qapı xəttindən 3-4 metr kənara gedirdi. Təbriz də bunu işarə vermək üçün əlini qaldırmışdı. Adətən, müdafiəçilər qapıçıya bu cür işarələr verir. Əslində Təbriz həmin görüşdə yaxşı oynamışdı. Sadəcə, komandanın avrokuboklarda ilk oyunu olduğundan bir qədər həyacan var idi. Belə oyunlara öyrəşməmişdilər. Respublika stadionuna xeyli azarkeş toplaşmışdı. 10 min olardı. Bizim futbolçular bu qədər azarkeş qarşısında çox oynamamışdı. Uşaqların üzərində təzyiq vardı. Sərbəst deyildilər. Rəqibimiz isə təcrübəli, fikizi cəhətdən çox güclü komanda idi. Ancaq deyərdim ki, biz səfər oyununda bu məğlubiyyətin əvəzini çıxdıq.
Finlandiyaya səfərimiz yüksək səviyyədə təşkil olundu. Nazim Abdullayevin gördüyü işlər həmişə belə olub. Onun əlini buladığı iş yüksək səviyyədə olmalıdır. Təyyarə ilə Ukraynaya, oradan isə avtobusla Finlandiyaya yollandıq. Bizi çox yaxşı qarşıladılar. Gözəl mehmanxada yerləşdik.
Finlandiyadakı oyunun son saniyələrinə qədər hesabda öndə idik. Rəqib 120-ci dəqiqədə bizə ofsaytdan qol vurdu. Bunu hər kəs bilir ki, həmin qol qaydalar çərçivəsində vurulmamışdı. Qolu vuran futbolçu 5-6 metr oyundankənar vəziyyətdə idi. Bununla belə, “Qarabağ” Azərbaycana ilk səfər xalı qazandıran komanda oldu.
Elbrus Abbasov
“Alim Qasımov stadionu susdurdu”
Elbrus Abbasov söhbət əsnasında maraqlı bir faktı da danışdı: “Klub rəhbəri Nazim Abdullayev səfər oyununa Azərbaycanın xalq artisti Alim Qasımovu da aparmışdı. 50 min azarkeş tutumu olan stadion dolu idi. Fasiləyə 1:0 öndə yollanmışdıq. İkinci hissə başlayanda azarkeşlər az qala stadionu dağıdırdılar. Çünki komandaları məğlub olurdu. Belə bir məqamda Alim Qasımov tribunanın 1-ci sırasına düşdü və əlini qulağının dibinə qoyub Qarabağ şikəstəsi oxudu. Onun səsi stadiona necə yayıldısa, bütün stadion susdu. Elə bil qurbağa gölünə daş atdılar”.
E.Abbasov Finlandiyaya səfər zamanı Qarabağın tarixi Azərbaycan torpağı olması ilə bağlı təbliğat apardıqlarını da deyir: “Finlandiyada “Qarabağ”ı tanımırdılar, bilmirdilər ki, hansı ölkənin komandasıdır. Biz ora broşurlar aparmışdıq. Qarabağın, Ağdamın harda yerləşdiyini onlara başa salırdıq. Bunların hamısını Nazim müəllim təşkil eləmişdi. Yəni biz Qarabağın Azərbaycana məxsus olmasının ilk təbliğatçılarından olmuşuq. İndi bəziləri bilmir ki, komandaya “Qarabağ” adının verilməsi üçün mən nə qədər əziyyət çəkmişəm”.
Növbəti həmsöhbətimiz tarixi oyunun qəhrəmanı Bəxtiyar Musayev oldu. “Qarabağ”ın avrokuboklarda ilk qolunun müəllifi olan Musayev.
- Bakıda o qədər də yaxşı oynamadıq. Komandamızda xeyli yeni oyunçu var idi. Ona gorə də oyunumuz tədricən yaxşılaşırdı. Mən də komandaya yeni gəlmişdim. İlk oyunda çox qol epizodumuz olmadı. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Əslində hazırlığımız normal keçmiçdi. Klub rəhbəri Nazim Abdullayev hazırlıq baxımından hər cür şərait yaratmışdı. Ancaq beynəlxalq oyun təcrübəmiz az idi.
Finlandiyadakı oyunu qalib başa vurmağa çox yaxın idik. Matçın bitməyinə saniyələr qalmış qol buraxdıq. Ancaq oyunumuz Bakıdakından daha yaxşı alınmışdı. Sona qədər ərazi üstünlüyü bizdə oldu. Rəqibə oynamağa imkan vermirdik”.
Bəxtiyar Musayev
B.Musayev vurduğu qolu da yaxşı xatırlayır: “Mais Əzimov qapı qarşısına hava ötürməsi etdi. Qapıçı topu çətinliklə qaytardı. Hücumçuların arxasında oynayan futbolçu bu cür vəziyyətlərə hazır olmalı idi. Mən də mövqeyimə uyğun olaraq cərimə meydançasına daxil olmuşdum. Qapıçının kobud səhvindən sonra önümə düşən topu gövdəmlə saxlayıb bir toxunuşla qapıya göndərdim. Yəni yaxın məsafədən vurulan qol idi. Təbii ki, bu qol bizim üçün çox vacib idi. Bu cür oyunda qol vurduğum üçün qürur duyuram. Təəssüf ki, həmin oyunda mərhələni keçə bilmədik. Axıra qədər üstünlük bizdə oldu. Ancaq rəqib son hücumda qapımıza yol tapdı. Oyunun əsas vaxtı da başa çatmışdı. Adətən hakimlərin belə vəziyyətlərdə meydan sahiblərinə simpatiyası olur. Məncə, həmin epizodda oyundankənar vəziyyət də var idi.
Oyun bitəndən sonra çox məyus olmuşduq. Yerdə qalmışdıq. Rəqib futbolçuları gəlib bizi qaldırıb, qucaqlayırdılar. Azarkeşlər öz komandaları ilə bərabər bizi də alqışladılar. Təbii ki, komandalarının uğuruna sevinirdilər, ancaq bizi də alqışlarla yola saldılar”.
Millimizin sabiq üzvü “Liverpul”a rəqib ola bilmədikləri üçün təəssüf hissi keçirir:
“Mərhələni keçsəydik, “Liverpul”la qarşılaşacaqdıq. Təəssüf ki, bu şansı əldən buraxdıq. Təbii ki, mübarizəni dayandırdığımız üçün nə mənə, nə də komanda yoldaşlarıma mükafat verildi. Yəqin ki, yaxşı mükafat nəzərdə tutulmuşdu”.
Ramiq AĞAMƏMMƏDOV /qol.az/
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM