“Qabağımızı kəsirlər, çağırış yerinə çatanda da bizi söyürlər, döyürlər”
Səhhətimizdə hər hansı bir problem yaşandıqda onlara müraciət edirik. Söhbət təcili tibbi yardım stansiyasından gedir. İlk olaraq məhz onlar bizə təcili yardım göstərirlər.
Mirzakir Əmirov düz 30 ildir təcili tibbi yardım stansiyasında sürücü vəzifəsində çalışır.
Onun sözlərinə görə, təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb, eyni zamanda çox maraqlı peşədir.
Mirzakir Əmirov (Sürücü): “Arxadan necə qoşa təpiklə vurmuşduslarsa beynim tökülmüşdü az qala. İnan yaxki ki, bizdə o şüşələr qalındı deyə o bir az mənə kömək oldu. Yoxsa o qoşa təpik kimə dəysə... Olur belə şeylər. Bu yaxınlarda 5-ci mikrorayonda çağırışa gedirəm, maşın saxlayıb yolun ortasında. Deyirəm ay qardaş yol ver də, tələsirik, xəstədi, özü də ürəy maşınıdı bu, mütləq biz tez çatmalıyıq. Deyir sən ver dala mən keçim, sonra sən”.
Elməddin Muradlı (Ekspert): “Bizim sürücülərin psixologiyasında belə bir şey yaranıb ki, ancaq polis maşınına yol verirlər. Yol polisi maşınından qorxurlar ki, saxlayıb cərimə yazacaqlar. 10 avtomobildən 8-i isə təcili yardım və FHN maşınlarına yol vermirlər, buna əməl etmirlər. Çox biyabırçı bir vəziyyətdir”.
Mirzakir Əmirovun bir nömrəli məqsədi həkim personalını təyin olunan məntəqəyə vaxtında çatdırmaqdır. O, yollardakı süni əngəllərdən də söz açdı.
Mirzakir Əmirov (Sürücü): “Maşınlar qabağımızı kəsirlər. İmkan vermirlər ki, keçək. İşığı yandırırıq, biz keçə bilmirik. Sonra da çağırış yerinə çatanda döyüllər də bizi, söyürlər də bizi. Çox elə hadisələrimiz olur. Gedirik çağırış yerinə girə bilmirik içəri. Budanmayan ağaclar var”.
Kərim Əliyev də sürücüdür. O, isə bəzi məhəllələrdə düzgün park edilməyən avtomobillərdən, budanmayan ağaclardan və təbii ki, qanunsuz olaraq qoyulan şlaqbaunlardan narazıdır. Sadalanan bu faktlar çox vaxt onların mənzilbaşına vaxtında çatmasına mane olur.
Kərim Əliyev (Sürücü): “Düzdü xəstə yiyəsi cumur üstümüzə. Birinci elə sürücünün üstünə. Eləsi olur söyür, ona sakit dururuq ki, taktika belədir. Çünki xəstə sağalandan sonra gəlib üzr istəyirlər. O uje əvəz-əvəz olur. Yəni insandır da, olur belə şeylər”.
Elvin Əmrahov (Sürücü): “Onlar hadisə yerinə tələsəndə, sayrışan işıqları yandıranda məcburi olaraq sürücülər ona yol verməlidirlər. Çünki onlar hadisə yerinə tələsirlər”.
Telman Həmzəyev (Sürücü): “Nə vaxt ki, təcili yardım işıqlarını yandırıb gedirsə, yol vermək lazımdır
Maraq üçün bildirək ki, qanunvericiliyə əsasən təcili tibbi yardım maşınlarına yol verməyən sürücünu 100 manat cərimə və 3 bal gözləyir. Ancaq bu qanunun tətbiqiylə bağlı müəyyən problemlər var.
Elməddin Muradlı (Ekspert): “Operativ nəqliyyat vasitələrindən yalnız yol polisinin və ya ola bilər PPX-nın xidməti avtomobiloində müşahidə kamerası var ki, müşahidə edir hansı avtomobil yol vermədi. Bu da elektron qaydada qeydə alınan inzibati xəta deyil. Buna görə boşluq yaranıb.
İyirmi beş ilə yaxındır ki, biliyini və əməyini bu sahəyə həsr edən stansiyanın çağırışçı-həkimi Kamal Rzayev düşünürkü, bütün bu və digər problemlər tezliklə öz həllini tapacaq. Onun sözlərinə görə, təcili tibbi yardım sahəsində çalışan şəxs güclü savadı olmalıdır. Çünki onlar 5-10 dəqiqə içərisində xəstəyə düzgün diaqnoz qoyaraq vaxtında yardım göstərməlidilər.
Kamal Rzayev (Çağırışçı həkim): “Mən həmişə çağırışda olanda əhəliylə münasibət yaradıram və bildirirəm ki, heç bir həkimin, heç bir tib briqadasının məqsədi deyil ki, çağırışa gec gəlsin. Bu müəyyən səbəbdən olur. Əsas məqsəd odur ki, xəstəyə vaxtında, düzgün yardım göstərsin. Xəstənin vəziyyəti yaxşılaşsın”.
Gəlin onların bu çətin və məsuliyyətli işlərində maneə yaradanlardan deyil, kömək edənlərdən olaq. Unutmayaq ki, qırmızı və ya göy sayrışan işığı olan maşınlardakı şəxslər yaralı və ya xəstə insanlara şəfa vermək üçün tələsirlər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM