Folat və ya fol turşusunun DNT quruluşunda böyük rolu var

16:02 / 25.07.2017

B qrupuna daxil olan, suda həll olunan bu vitamin əksər hallarda fol turşusu və ya folat adlandırılır. Halbuki bu iki termin bir-birindən fərqlənir. Fol turşusu vitaminin ən sabit formasını göstərir və qida maddələrində nadir hallarda rast gəlinir. Fol turşusu vitaminin dərmanlarda və emal olunmuş qidalarda tapılan, folat isə təbii maddələrdə movcud olan formasıdır.

Bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Folat və ya fol turşusunun bədəndə, xüsusilə DNT quruluşunda böyük rolu olduğunu diqqətə çatdıran T.Canbaxışov bildirib ki, bununla yanaşı, bəzi amin turşularının metabolizmdə də rol oynadığı məlumdur. Bəzi hallarda bədəndə folat çatışmazlığına rast gəlinir. Bu halların ən çox təsadüf olunan forması alkoqolizmdir. Etil spirti folatın sorulmasının qarşısını alaraq bu maddənin çatışmazlığına səbəb olur. Çatışmazlığın səbəblərindən biri də qida vasitəsilə kifayət qədər qəbul olunmamasıdır. Hamiləlik və xərçəng kimi hüceyrənin bölünmə sürətinin yüksək olduğu hallarda da bədənin folata olan tələbatı artdığı üçün fol turşusu çatışmazlığı yarana bilər.

Həkim deyib: “İlkin dövrlərdə folat turşusu çatışmazlığının əlamətləri özünü çox da büruzə vermir. Qanda homosistein səviyyəsinin artması ən erkən simptomdur. Folat çatışmazlığına ən tez reaksiya verən sürətli bölünən hüceyrələrdir. Folatın səviyyəsi azaldığı zaman sümük iliyində hüceyrə bölünməsi pozulur və az miqdarda, amma böyük ölçüdə qan hüceyrələri yaranır. Bunun nəticəsində qan azlığının bir növü olan “meqaloblastik anemiya” meydana çıxır. Bu hüceyrələrin oksigen daşıma həcmi azaldığı üçün qan azlığının tipik əlamətləri olan halsızlıq, yorğunluq, ürəkdöyünməsi kimi şikayətlər yaranır”.

Qeyd edilib ki, dölün böyüməsi və inkişafı sürətli hüceyrə bölünməsi ilə xarakterizə olunan dövrdür. DNT və RNT-nin sintezində kritik rolu olduğu üçün bu dövrdə kifayət qədər folat qəbulu çox əhəmiyyətlidir. Aparılan tədqiqatlar göstərir ki, hamiləlikdə fol turşusunun kifayət qədər qəbulu körpədə mərkəzi sinir sistemi anomaliyalarının rastgəlmə ehtimalını mühüm dərəcədə azaldır. Sinir borusu defekti adı verilən bu mərkəzi sinir sistemi anomaliyaları müxtəlif formalarda və dərəcələrdə ola bilər. Ən sadə forması olan “spina bifida”da onurğada kiçik bir açıqlıq olduğu halda, ən ağır forması olan “anensefaliyada” körpənin kəllə qapağı və beyni inkişaf etmir.

Sinir borusu defektləri mayalanmadan sonrakı 21-ci və 27-ci günlər arasında meydana çıxır. Bu dövrdə qadınların əksər hissəsi hamilə qalmalarından xəbərdar olmaya bilərlər. Fol turşusu qəbul edilmədikdə sinir borusu defeketinin olma ehtimalı təxminən hər 2 min doğuşdan birində rast gəlinir. Fol turşusunun qəbulu ilə bu nisbət 50 faizə qədər azaldıla bilir. Bu effektin ortaya çıxması üçün hamilə qalmazdan bir ay əvvəl fol turşusunun qəbuluna başlanılmalıdır. Həmçinin yarıq damaq və bəzi ürək qüsurları kimi anomaliyaların da folatın az qəbul edilməsli ilə bağlı olduğu irəli sürülür.

Amerika Xalq Sağlamlığı İdarəsi və digər müvafiq təşkilatlar hamilə qalma ehtimalı olan hər qadının mütləq fol turşusunu qəbul etməsi və fol turşusu dərmanlarının qəbulunu tövsiyə edir. Bununla birlikdə ABŞ-da hamilə qadınların yalnız yarısı bu tövsiyəyə riayət edir. Bununla əlaqədar olaraq, ABŞ-da bəzi qida maddələrinin fol turşusu ilə zənginləşdirilməsi müzakirə olunur.

“Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Hamilələrin böyük qismi hamilə qalmazdan əvvəl məsləhət almadığı üçün bundan xəbərsizdir. Fol səviyyəsinin kifayət qədər olmasının bəzi ürək və ətraf anomaliyalarını da azaltdığı irəli sürülür. Lakin bu mövzuda kifayət qədər sübut yoxdur. Bəzi başqa məqalələrdə isə folun kifayət qədər qəbul olunmamasının vaxtından qabaq doğuşa, yenidoğulmuşun aşağı çəkili olmasına və ciftin vaxtından qabaq ayrılmasına səbəb ola biləcəyi göstərilib. Buna görə sinir borusu defektinin inkişafetmə riski aradan qalxdıqdan sonra da fol turşusunun qəbuluna davam edilməlidir. Təbii yolla fol turşusunu bəzi qida məhsullarından almaq olar. Bunlar portağal, mandalin, qreyfurt, yemiş, qarpız, lobya, brokoli, ispanaq, fındıqdır. Hazırda marketlərdə satılan bəzi qida maddələri fol turşusu ilə zənginləşdirilib. Bu turşuya olan tələbatı həmçinin multi-vitamin preperatlarla da ödəmək olar.

Onu da qeyd edim ki, fol turşusunun qəbul olunma miqdarı müxtəlifdir. 12 yaşından başlayaraq həm kişi, həm də qadın üçün gündəlik fol turşusu ehtiyacı 0.4 milliqramdır. Bu xüsusilə fertil qadınlarda əhəmiyyətlidir. Hamilə qadınlar gündə 400-800 mikroqram fol turşusu qəbul etməlidirlər. Hər hansı bir toksik təsiri olmamasına baxmayaraq, gündə 1 milliqramdan artıq fol turşusunun qəbul edilməsi tövsiyə olunmur”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM