“Yeni Azərbaycan” qəzetinin redaksiyasında fransız yazıçısı Jerar Kardon ilə görüş olub

14:57 / 27.07.2017

 

 

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin dəvəti ilə  Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi  Jerar Kardon və köməkçisi Fransua Nicolas “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olublar.

 

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində rallaşır.

 

Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan ilə Fransa dost və tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini söyləyən millət vəkili ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. Hikmət Babaoğlu iki ölkə mediası arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin aktuallıq kəsb etdiyini və dünya mediasının gündəmində yer aldığını deyən Hikmət Babaoğlu Azərbaycanın problemin həlli istiqamətində qətiyyətli mövqeyindən bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə danışıqlar prosesini pozmağa çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu istiqamətdə fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran baş redaktor əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti region üçün ciddi təhdid mənbəyidir.

Millət vəkili Hikmət Babaoğlu həmçinin xatırladıb ki, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması nəticəsində kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva (Allahverdiyeva) qətlə yetirilib. Bütün beynəlxalq ictimaiyyət tərəfindən də qətiyyətlə pislənilən bu hadisə erməni faşizminin, vandalizminin növbəti təsdiqidir. Baş redaktorun sözlərinə görə, insanlığa sığmayan bu hərəkəti Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ifşa edir.

Jerar Kardon səmimi görüşə görə minnətdarlığını ifadə edib. Azərbaycanda olmaqdan məmnunluq duyduğunu diqqətə çatdıran Jerar Kardon bildirib ki, ölkəmizə səfərinin məqsədi Azərbaycan mədəniyyəti, adət-ənənələri, multikulturalizm və tolerantlıq mühiti ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq niyyətini reallaşdırmaqdır. Jerar Kardon diqqətə çatdırıb ki, Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaxınları, ailə üzvləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.

 

Azərbaycanın böyük iqtisadi və hərbi potensiala sahib olduğunu deyən Jerar Kardon Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyindən bəhs edib.

 

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov səfər çərçivəsində keçirilən və planlaşdırılan görüşlər haqqında məlumat verərək, səfərin əsas məqsədinin Azərbaycan həqiqətlərinin:  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlərin, Xocalı soyqırımının, Azərbaycanda multikulturalizm, tolerantlıq və birgə yaşayışın öyrənilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafı və digər məsələlər ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırlmasından ibarət olduğunu bildirb.

 

  Jerar Kardon ölkəmizə səfəri çərçivəsində Füzuli rayonunun Alxanlı kəndinə gedəcəyini, orada Zəhra Quliyevanın ailəsi ilə görüşəcəyini bildirib. Mülki şəxslərin, o cümlədən, körpələrin, yaşlı insanların qətlə yetirilməsinin insanlığa yaraşmayan hərəkət olduğunu bildirən J.Kardon faşizmin təzahürü olan bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün işğal faktının aradan qaldırılmasının vacibliyini vurğulayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM