Farslar törədilən cinayətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün məhbusları çox sərt cəzalandırırdılar ki, digərlərinə ibrət olsun.
Onlar cəza verərkən çox zaman insanların mənsub olduqları zümrələri nəzərə almırdılar. Lakin bəzən qaydaları pozurdular.
Qədim farsların məhbuslara tətbiq etdikləri 10 tükürpədici işgəncənin siyahısını diqqətinizə çatdırırıq:
Məhbusların dərisindən kürsü üzlüyü hazırlamaq
Əslində bu günahkardan çox ondan sonra gələnlər üçün gözdağı idi. Mənbələrə görə, Siamnes adlı bir hakim rüşvət alarkən yaxalanır. Hökmdar onu cəzalandırmaq üçün Sisamnesin dərisini soydurub, kürsü üzlüyü hazırlatdırır və ondan sonra vəzifəyə təyin olunan hakimin istifadəsinə verir. Ən qorxulusu isə o idi ki, ölkənin yeni hakimi Sisamnesin doğma oğlu idi.
Kül hovuzunda boğmaq
Fars İmperiyasında ən böyük cinayət vətənə və tanrılara qarşı xainlik sayılırdı. Bu günahların cəzasi isə kül hovuzunda boğmaq idi. Farslar bu işgəncəni həyata keçirmək üçün 25 metr hündürlüyündə kül qülləsi tikmişdilər. Məhbusu qüllənin içərisinə saldıqdan sonra cəlladlar çarxı hərəkətə gətirirdilər. Bu zaman içəridəki küllər hərəkətə gəlir, məhbusu lap dərinə çəkirdi. Qüllənin dibində tozla nəfəs aldıqdan sonra insan boğulub, ölürdü.
Boğazına ərimiş qızıl tökmək
Roma imperatoru Valerian farslara əsir düşən zaman onu həmin an öldürmədilər. Valerian öncə imperator Şapurun nökərinə çevrilir. Şapur ona it kimi davranır, hətta it adı verir, 4 ayaq üzərində gəzməsini əmr edirdi. Atına minəndə isə, Valeriandan kətil əvəzi istifadə edirdi. Tezliklə Şapur öz nökərindən bezir və onun boğazına ərinmiş qızıl töküb, edam etdirir. Sonra isə dərisini üzüb, içərisinə saman doldurmağı əmr verir. Valerianın dərisi uzun müddət mərkəzi meydanda nümayiş olunur.
Ağaclardan istifadə edərək, insanları parçalamaq
Bu cəza çox vaxt yol kəsib, insanları soyan oğru və əlizorbalılara tətbiq edilirdi. İki böyük ağacın ucları mümkün olduğu qədər yaxınlaşdırılaraq, iplə bağlanır, sonra isə, cəzalının bir ayağı bir ağacın ucuna, digər ayağı isə ikinci ağacın ucuna bağlanırdı. Nəhayət, ağacları bir-birinə birləşdirən ip kəsilir, beləcə məhbus da iki hissəyə parçalanırdı.
Xidmətçilərin başını daşla əzmək
Kral Artaxerxesin anası və arvadı bir-birinə nifrət edirdilər. Onların həyatdakı yeganə məqsədləri bir-birini öldürmək idi. Sonda qayınana öz arzusuna çatır, gəlinini öldürüb, bu işdə ona kömək edən, xidmətçilərin daşqalaq edir.
Parçalanmış üsyançıları qapılara zəncirləmək
Hakimiyyəti devirməyə cəhd edən üsyanı yatırdıqdan sonra Kral Dari hərəkatın liderlərinin qulaqlarını və burunlarını kəsdirib, bir gözlərini çıxartdırır. Digər gözlərini isə saxlayır ki, öz cəzalarını gözlərilə görsünlər. Sonra onları sarayın qala qapısına zəncirlətdirir. Yoldan keçən hər kəs üsyançıları döyür, təhqir edirdi. Bir həftə sonra isə, Kralın ordusu əsirləri edamla öldürür.
Cinayətkarla eyni xalqdan olan hərkəsi öldürmək
Fars imperatorluğunda zərdüşt rahiblər maq adlandırılırdı. Maqlar dini liderlər idilər. Bir gün Smerdis adlı bir maq hakimiyyət sevdasına düşür. Xalqı Böyük Sirusun oğlu olduğuna inandırıb, Fars hökmdarınadək yüksəlir. Vergiləri azladıb, ölkəni müdrik şəkildə idarə etdiyi üçün hər kəs onu sevirdi, ta ki, həqiqəti öyrənənədək. Gerçəyi öyrənən xalq onu bağışlamadı. Öncə Smerdisin ailəsinin üzvlərini, daha sonra isə, bütün maqları edam etdilər.
Cəzalıları diri-diri böcəklərə yedirmək
Bu cəza kralın həddən artıq çox nifrət etdiyi düşmənlərinə tətbiq olunurdu. Edam ediləcək insanın bədəninə öncə bal sürtülür, üzərinə süd tökülüb, sadəcə qolları, ayaqları və başı açıq qalacaq şəkildə qayığa mindirilirdi. Qayıq sürünən zəhərli heyvanların və böcəklərin bol olduğu bataqlıqlara buraxılırdı. Cinayərkarın ətrafları böcəklərə yem edilirdi. Özünün rahat ölməməsi üçün isə, az miqdarda süd və bal yedirilirdi. Bu işgəncə bəzən 20 günədək davam edirdi.
İnsanlara öz övladlarını yedirmək
Günlərin bir günü Kral Astyages yuxuda görür ki, nəvəsi hakimiyyətə gəlib, onun taxtını əlindən alır. Kral öz sərkərdəsi Harpaqusa körpə nəvəsini edam etməyi tapşırır. Körpəni öldürməyə qıymayan Harpaqus onu gizli şəkildə bir çobanın tərbiyəsinə verir. Hadisənin üstündən 10 il keçəndən sonra sirrin üstü açılır. Kral Harpaqusun oğlunu öldürüb, ətindən yemək hazırlatdırır. Yeməyi hər şeydən xəbərsiz Harpaqusa yedirir. Hadisədən xəbər tutan zavallı sərkərdə: "Hər şeyin ən yaxşısını kralım bilər” deyib, yeməyin geri qalanını istəyir. Kral bütün qazanı ona verir. Harpaqus kor peşman oğlunun bişmiş ətini qəbristanlıqda basdırır.
Üç dəfə öldürmək
Farslar cinayətkarların bir dəfə edam edilməsinə icazə vermirdilər. Dərisini üzüb sağaldır, yenidən eyni cəzanı verirdilər. Sonda isə, sağaldıb, dar ağacından asırdılar.
Şeytanın belə ağlına gəlməyən bu cəza növləri vaxtı ilə farsların həyat tərzi olub. Bu gün isə belə qəddar adətlərə sivilizasiyadan kənar qəbililərin gündəlik həyatında rast gələ bilərik./publika.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM