Dollar indeksinin aşağı düşməsi belə dəməyə əsas verir.
Dünən, ticarət həftəsinin son günündə beynəlxalq əmtəə bazarlarında qızıl bir qədər də bahalaşaraq, 1275 dollar\unsiya həddinə çatıb. Bu, son ay yarım ərzində ən yüksək göstəricidir. Ekspertlər qiymətli metalın bahalaşmasını dolların əsas valyutalara nisbətdə ucuzlaşması ilə əlaqələndirir və bu trendin hələ bir müddət davam edəcəyi proqnozlaşdırırlar. Lakin həmin müddətinin nə qədər olacağı və qızılın hansı həddədək bahalaşacağı mübahisə doğurur.
Məlumat üçün bildirək ki, son 5 ildə qızılın ən yüksək qiyməti 1780 dollar\unsiya olmaqla, hələ 2012-ci ilin oktyabrın 5-də qeydə alınıb. Bundan sonra ucuzlaşmağa başlayan metalın ən aşağı qıyməti isə 2015-ci ilin noyabrın 27-də müşahidə edilib - 1056 dollar\unsiya. Elə həmin gündən etibarən qızıl fasilələrlə bahalaşmaqda davam edir. Lakin 1300 dollar\unsiya sərhəddini keçməkdə çətinlik çəkir. Ötən ildə qızılın qiyməti yalnız bir dəfə psixoloji baryerini aşa bilsə də, burada uzun müddət möhkəmlənmək mümkün olmayıb. Cari ildə də qızılın qiyməti bir neçə dəfə 1300 dollar\unsiyaya yaxınlaşıb, amma güclü müqavimət xəttini qırmaq cəhdləri uğursuz olub.
Strategiya.az oxu.az-a istinadən bildirir ki, indi isə keçək detallara. Bildiyiniz kimi, artıq xeyli müddətdir ölkəmizdə dolların bahalaşacağı ilə bağlı gəzən şayiələr səngimək bilmir. Bir çoxları məhz elə bu səbəbdən pullarını dollarda saxlamağa üstünlük verir. Bu yaxınlaradək şayiələr heç də əsassız deyildi. Belə ki, ABŞ Federal Rezerv Sisteminin (FED) faiz dərəcələrini artırmaq siyasəti hər kəsdə bahalaşmaya qəti inam yaratmışdı. Amma son zamanlar Birləşmiş Ştatlarda makroiqtisadi göstəricilərin gözləntilərə uyğun olmaması FED-in faiz dərəcələrini artırmasını əngəlləyir. İyulun ortalarında dərc olunmuş istehlakçı qiymətləri indeksi və işsizliyə görə müavinət almaq üçün ilk dəfə müraciət edənlərin sayı kimi göstəricilər buna misal ola bilər. FED rəsmiləri ölkədə inflyasiyanın 2%-dək sürətləndirilməsinin vacibliyini dəfələrlə vurğulasalar da, iyun ayı üzrə inflyasiya (istehlakçı qiymətləri indeksi) gözləniləndən xeyli az - yalnız 1,6% olub. İşsizliyə görə müavinət almaq üçün ilk dəfə müraciət edənlərin sayında artım isə əksinə, gözləniləndən daha yüksək olub. FED-in pul siyasətini şərtləndirən bu kimi göstəricilərin proqnozlara uyğun olmadığını görən bazar iştirakçıları dollar üzrə faiz dərəcəsinin yaxın vaxtlarda artırılmasının mümkün olmayacağını anlayıblar. Və həqiqətən də, iyulun 25-26-da FED-in müşavirəsində faiz dərəcəsinin olduğu kimi (1-1,25%) saxlanılması ilə bağlı qərar qəbul edilib. Məhz bu qərarın ardından dollar indeksi (dolların ABŞ-ın 6 ən böyük ticarət tərəfdaşı olan ölkələrin valyuta səbətinə nisbəti) 0.66% ucuzlaşaraq 93.58 səviyyəsinə enib. Qızıl isə son ay yarım ərzində öz maksimum qiymətinə çatıb.
Dollar indeksindən söz düşmüşkən, qeyd edək ki, onun göstəricisi son bir ildə 9% azalıb. FED-in qərarından sonra isə indeks 13 aylıq minimum həddinə yaxınlaşıb. Bunu əsas gətirən bir sıra maliyyə ekspertləri yaxın həftələr, hətta aylar ərzində qızılın bahalaşmaqda davam edəcəyi və 1300 dollar\unsiya sərhəddini keçə biləcəyini söyləyirlər. Bu fikirlə razı olmayanlar isə qiymətin 1300 dollar\unsiya səviyyəsinə çatdıqda əksər treyderlərin satış əməliyatlarını dayandırıb, mövcud gəlirlərini riskə atmayacaqlarını bildirir, bununla da qızılın qeyd olunan psixoloji baryeri keçə bilməyəcəyini qeyd edirlər.
Sonda bir maraqlı fakti da diqqətinizə çatdıraq. İsveçrənin investisiya bankı "Credit Suisse" cari ilin ikinci yarısı üçün qızılın qiymətilə bağlı proqnozunu azaldıb. Belə ki, əvvəllər bankın analitikləri qiymətli metalın 1388 dollar\unsiyayadək bahalaşa biləcəyini bildirirdilərsə, indi bu ehtimalı 1318 dollar\unsiyayadək azaldıblar. Bu isə o deməkdir ki, isveçrəli mütəxəssislər qızılın bahalaşmasının davam edəcəyini gözləsələr də, bahalaşmanın ciddi olmayacağını və uzun sürməyəcəyini düşünürlər.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM