Strategiya.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə Güney Azərbaycanın tanınmış mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm!” adlı kitabının təqdimatı keçirilib.
Kitabın “Mutluluq Azadlıq heykəlinə tapınmaqdır!”başlıqlı ön sözün yazıb nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, o taylı-bu taylı Azərbaycan ədəbiyyatının, xüsusilə də Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının araşdırıcısı, 100-ə yaxın elmi-ədəbi və publisistik məqalənin, 14 kitabın müəllifi, respublikanın və xarici ölkələrin müxtəlif elmi qurumlarının üzvü Esmira Fuaddır. Öncə müəllif haqqında geniş məlumat verən E.Fuad, Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı, modern şeirin ustadı kimi xarakterizə edərək deyib: “Hadi üçün ən önəmlisi ana dilində düşünmək, bu dildə danışmaq və yazmaqdır. Dilimizə, əlifbamıza bu qədər önəm verib üstündə əsməsi, bəlkə də dilin bir xalq kimi varolmanın, millətləşmənin çox mühüm amili olduğunu yaxşı anladığındandır. Bu dil yanıqlısının haqq qənaətincə, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq öz-özlüyündə siyasi fəaliyyətdir. Eyni zamanda siyasi görüş və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını da vurğulayan şair əsərlərində siyasi mövzulara toxunmağı pis və ya yaxşı bir hal kimi qabartmır, ancaq siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlimələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Yaranmış vəziyyətdən çıxış yolunu isə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik çəkməyəcəyi ortaq türkcənin yaradılmasında görür”.
İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresi (GAK) başqanı Abdulla Amir Haşimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Cavanşir Yusifli, Qürbət Mirzəzadə, Aygün Bağırlı, Folklor İnstitutunun elmi işçisi Qumru Şəhriyar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi Sakibə Ələsgərova, şairlərdən Zəkulla Bayram, Mənzər Niyarlı, Kəmalə Abıyeva müəllif və kitab haqqında düşüncələrini bölüşüb, onu çağdaş dövrün dəyərli qələm sahibi, ağ, modern şeirin ustadı adlandırıblar. Çıxış edənlər Çağdaş Güney Azərbaycan poeziyasını yaradanlardan, ədəbiyyatımızın qüdrətli nümayəndələrindən biri kimi, dərin poetik duyuma, intellektə sahib olan Hadi Qaraçaya gələcək yaradıcılığında uğurlar diləyiblər.
Sonda “Barışa inanma, Fərihcəm!” adlı kitabında toplanmış şeirlərin müəllifi Hadi Qaraçay çıxış edib. O, doğma vətənin gələcəyi ilə bağlı nikbin düşüncələrini səsləndirib, kitabın ərsəyə gəlməsində əməyi keçən E.Fuada və tədbirdə iştirak edən alimlərə, poeziyasevərlərə təşəkkürlərini bildirib.
Qeyd edək ki, taleyinə mühacirlik həyatı yazılan Hadi Qaraçay 1966-cı ildə Güney Azərbaycanın Suyari kəndində doğulub. İlk və orta təhsilini Ələmdar şəhərində fars dilində alıb. Ali təhsil almaq məqsədi ilə öncə Təbrizə, daha sonra vətənin bu tayına Quzey Azərbaycana üz tutan şair hal-hazırda Norveçin Sandnes şəhərində yaşayır. “Barışa inanma Fərihcəm!” kitabı yaradıcılığını ana vətəninə, ana dilinə, xalqın taleyinə kökləyən müəllifin sayca 4-cü kitabıdır. Kitabda Hadi Qaraçayın “Mənim otuz yaşıma, yurdumun bayraqsız başına şeir”, “And”, “Sürülmüş torpağın nağılı”, “Sonuncu boy”, “Sürgünlük” kimi ən son şeirləri və Azərbaycan tarixinə poetik baxış sərgiləyən “Sonsuzluq” poeması yer alıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM