Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 31-də saat 19 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini Zamiq İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı və Kijəbə qəsəbə sakini Yaşar Xanmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Qəzada Z.İsmayılovun 3 sərnişini, Y.Xanmədovun isə 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Astara RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.