Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

08:57 / 02.08.2017

Bu gün Azərbaycan Kinosu Günüdür.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Son bir neçə il kino sənayemiz üçün uğurlu olub. “Azərbaycanfilm” kinostudiyası tərəfindən 2016-cı ildə “İçəri şəhər”, “Qırmızı bağ” və “Xeyirlə Şərin rəqsi”, “Həddən artıq uyğunluq” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub. Həmçinin “Postskriptum”, “Onun atası”, “Hədiyyə”, “Qara bağ” qısametrajlı filmlərindən ibarət “40-cı paraleldə” kinoalmanaxı təqdim edilib. 2017-ci ildə Babək Şirinsifətin “Üçüncü günün adamı” və İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmlərinin istehsalı tamamlanıb. Bu filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. “Üçüncü günün adamı” filminin artıq təqdimatı olub. İlqar Nəcəfin “Nar bağı” bədii filmi isə Milli Kino Günündə təqdim ediləcək.

Hazırda Rüfət Həsənovun “Xoşbəxt təsadüf” və Mirsadıq Ağazadənin “Köşk” filmlərinin istehsalı tamamlanmaq üzrədir. “Xoşbəxt təsadüf” romantik komediya janrındadır. Filmdə hadisələr yeni il ərəfəsində baş verir. Filmin də yeni il ərəfəsində kinoteatrlarda təqdimatı planlaşdırılır.

2017-ci ildə həmçinin, Elçin Musaoğlunun Natiq Qasımovdan bəhs edən “İgid” sənədli filmi təqdim olunub. Bundan əlavə, Ayaz Salayevin müəllifi olduğu “Qarabağın səsi” ümummilli layihəsi üzərində iş davam edir və çəkilişlər ölkəmizin müxtəlif regionlarında aparılır.

“Azərbaycanfilm” kinostudiyası 2017-ci ildə də beynəlxalq fəaliyyətini uğurla davam etdirir. Filmlərimiz yarım il ərzində 30 dəfədən artıq beynəlxalq festivallarda nümayiş olunub, müxtəlif nominasiyalara təqdim edilib, bir sıra mükafatlara layiq görülüb. “Qırmızı bağ” filmi Rusiyada “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” kateqoriyasında 30-cu “Nika” mükafatına nominant elan olunub. Bu ekran əsəri, həmçinin Dəkkə Beynəlxalq Film Festivalında “Ən yaxşı bədii mənəvi film” mükafatı ilə təltif olunub. “İçəri şəhər” 5 ay müddətində Hindistanın beynəlxalq film festivalları çərçivəsində müxtəlif şəhərlərində nümayiş etdirilib. Bu siyahıya Hindistanda keçirilən dünyanın ən nüfuzlu festivalları sırasında olan Qoadakı Hindistan BFF və Kerala film festivalı daxildir. “İçəri şəhər”, həmçinin ABŞ-da keçirilən WorldFest Hyuston film festivalının Qızıl Remi mükafatı ilə təltif olunub. Filmin baş rolun ifaçısı Təhminə Rafaella “Ən yaxşı qadın rolu”, aktyor Firdovsi Atakişiyev “Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına nominant elan olunub.

İlqar Nəcəfin “Nar bağı” filmi artıq beynəlxalq film festivallarında müsabiqə proqramlarında yer alır. Filmin dünya premyerası Çexiyanın “Karlovı Varı” Beynəlxalq Film Festivalında keçirilib. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş edilib və mükafatlarla təltif olunub. Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. Bundan əlavə, “Nar bağı” filmi 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.

Prezident İlham Əliyev cari il iyulun 31-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1 nəfər “Xalq Artisti”, 11 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülüb. Həmçinin dövlətimizin başçısının kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncamına görə 2 nəfərə Prezidentin fərdi təqaüdü verilib.

Bu il 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.//azertac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM