Tanınan aparıcı dağılmış ailəsindən yazdı: Ləyaqətli ata olmaq üçün…

08:34 / 03.08.2017

Tanınmış idman şərhçisi, teleaparıcı Asif Bağırov “Əhd” adlı yazı yazıb. Özünün şəxsi həyatı, iki qızı və onlarla bağlı planları haqqındadır. A.Bağırovun feyzbuk profilində paylaşdığı həmin yazını təqdim edirik:

ƏHD

İndi qələmə alacağım olaydan az qala 30 il keçir. Amma o vaxtkı uşaq xatirələrimdən hələ də silinməmiş hadisənin təəssüratındayam.

1988-ci ilin mayı idi. Aydın dayımın oğlu Bayramı əsgərliyə yola salmağa hazırlaşırdıq. “Kişilik məktəbi”nə gedəcək dayıoğlunun şərəfinə İsmayıllıda qəşəng süfrə açmışdı. Həmin yolasalma mərasimində yaddaqalan şeylərdən ən yaddaqalanı dayıoğlunun tay-tuşlarının doyunca yeyib-içməsi, 15 yaşı təzəcə olmuş mənim kimisinin də onlara qoşulub başı xamırlı araqdan dadması (bu, mənim həyatımda ilk və yeganə alkoqolum oldu), bir də “Vesna” maqnitofonunda Baloğlan Əşrəfovun “Çevrilib dumana, çənə qayıtma!”, Açılma sabahım, açılma!” xitablı mahnıları idi.

O yeni ilimiz qara gəldi. Hər il yolkaları bəzəmək üçün dekabrın 30-u səbirsizliklə gözlədiyimiz halda rayonda yaşayan ana nənəm məhz o gün rəhmətə getdi. “Dərd gələndə batmanla gələr” deyiblər. Nənəmin 40-ı günü Bayram da əsgərlikdən gəldi. Uşaq təfəkkürü ilə düşünürdüm ki, əla xidmətə görə onu məzuniyyətə buraxıblar. Sonradan vəziyyətin tam fərqli olduğunu öyrəndim. Bildik ki, gecə yuxuda ikən onu əməllicə çırpmış və səhhətinə ciddi xəsarət yetirmişdilər. Bir sözlə, Bayramın gələcək hərbi xidmətə yararlı olmadığı üzə çıxmış və müalicə üçün Bakıya göndərilmişdi.

Müalicəyə aylar, pullar və əsəblər getdi. İlk dəfə onda anamın ƏHD etdiyini bildim. ƏHD etmişdi ki, Bayram sağalan kimi 7 qapıdan yağ dilənərək halva çalıb, yetim-yesirə paylayacaq. Allah onun ƏHDini qəbul elədi. Anam da kişi qızı kimi qapılara düşüb-qaşıq yağ diləndi və ƏHDinə sadiq qalaraq o halvanı çaldı…

… 2015-ci ilin yazı idi. Artıq yay tətili yaxınlaşır və dərslərini əla oxumuş iki qız(ıl)ım bunun mükafatı kimi Antalyaya dincəlməyə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Kiçik qızım Leylanın qəfil xəstələnməsi bütün işləri korladı. Səfərin təxirə salındığını bu uşaqlara izah edənə kimi nələr çəkdiyimi, bəlkə də onlar qarşısında alçaldım demək məncə yersizdir. Gözləri dolmuş nəzərlərlə uşaqlara baxdıqda əgər böyük qızım Ləman başını təəssüflə aşağı saldısa, Leyla boynuma sarılıb “Eybi yox, onsuz da sən dünyanın ən yaxşı atasısan” dedi. Və mən çox sonradan başa düşdüm ki, bu, sadəcə sözlər yox, həm də mənim gələcək atalıq addımlarım üçün övladlarım tərəfimdən mənə verilmiş beh, divident idi.

2 il ərzində aparılmış uzun-uzadı müalicələr bəhrəsini vermədi. Bu illərdə Leyla məktəbdən kənarda qaldı, təhsilini distant üsulu ilə evdə davam etdirdi. Ötən ilin yayında həkim komissiyasının rəhbərinin dizinə düşərək ağlaması, məktəbə getmək üçün ondan icazə istəyərək saatlarla yalvarması hələ də gözümün qabağındadır. Yenə də komissiya qızıma “veto” qoydu və daha bir il təhsilini evdə davam etdirməyi məqsədəuyğun saydı. 2 il ardıcıl sentyabrın 15-də göz yaşımız dayanmadı. Qızım evdə, mənsə maşında ağladıq. Hamıdan xəbərsiz. Və onda ilk dəfə mən də ƏHD elədim. ƏHD elədim ki, qızımın məktəbə getməsi üçün tibbi komissiyanın qərarı müsbət olarsa, Leylanın dərs ləvazimatı və geyimi üçün lazım olan vəsaiti…

Uzun vaxtdır dostlarımdan ayrı düşmüşəm. Əslində ailə qurulması dostlar arasında münasibətləri çox vaxt yumşaldır və unutqanlığa gətirib çıxarır. Ara-sıra görüşərkən “SƏN KİŞİ DEYİLSƏN” kimi zarafatyana, lap elə ciddiyə varan eyhamlar da eşitmək olur. Əmin olun ki, bu, mənim vecimə deyil.

10 ilə yaxındır ailəm də dağılıb. Keçmişimin mənim barəmdə nə düşündüyünün fərqinə varmıram. Hətta “SƏN LƏYAQƏTLİ ƏR OLMADIN” xitabını da göz önünə gətirərəm. Olsun. Təkcə göz önünə gətirərəm, amma ürəyimə almaram.

Hər gün oturub-durub “İki qızım, iki qızılım var” deyirəm. Tanrı payı kimi gecə-gündüz onlara görə Allahıma şükür edirəm. Bir gün “SƏN ATA KİMİ BİZİM ÜÇÜN HEÇ NƏ ETMƏDİN” sözünün üzümə vurulacağından qorxuram. Yaman qorxuram. Məhz buna görə kişiliyimi də, ərliyimi də atalığıma qurban vermişəm. Odur ki…

Əgər sabah təsadüfən qarşınıza çıxıb əl açsam və yaxud qapınızı döyüb boynumu büksəm, bilin ki, həqiqətdə də dilənirəm. ƏHDimə sadiq qalmaq üçün Sizə əl açıram. Bəlkə də vaxtilə televizorda gördüyünüz bu adamın artıq ağlını itirdiyini zənn edəcəksiniz. İnanın ki, mənim üçün bu fikriniz də maraqlı deyil. Vacib olanı qızımın məktəbə getmək dərəcəsində tam sağalması və dərs ləvazimatı ilə geyim dəstini dilənib almaq ƏHDimdir. Çünki MƏN LƏYAQƏTLİ ATA OLMAQ İSTƏYİRƏM…


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM