Nazirliklərin buza dönmüş “qaynar xətt”ləri

08:46 / 03.08.2017

“Qaynar xətt” ona görə “qaynar”dır ki, ona “əlimyandı”da zəng edəsən və operativ cavab alasan. Yəni “qaynar xətt”lər vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab vermək məqsədilə yaradılıb. Amma Azərbaycanda dövlət idarələrinin, nazirlik və təşkilatların adı qaynar olsa da, çoxdan buza dönmüş telefon nömrələri var. Bu nömrələrin nə vaxtsa zənglərə operativ cavab verdiyini isə artıq heç kim xatırlamır.

Dövlət idarələrində şikayətlər üçün yaradılmış “qaynar xətt”lərdən virtualaz.org-a dəfələrlə şikayətlər daxil olub. Şikayətçi Pərviz Muradov deyir ki, dövlət orqanlarının “qaynar xətt”lərinin yarıtmazlığından əziyyət çəkir. “Biz adi şikayətimizi çatdırmaq üçün heç bir dövlət orqanlarının “qaynar xətt”inə düşə bilmirik. Xüsusən də, “Azəriqaz”-ın, Bakı Şəhər İcra Hakimiyyətinin və digər orqanların “qaynar xətt”inə etdiyimiz müraciətlərə cavab ala bilmirik. Yaxşı, bəs necə edək, hər şikayətdən ötrü dövlət başçısına məktub yazaq? Niyə hər kəs öz üzərinə düşən işi görmür?”, – deyə şikayətçi haqlı olaraq soruşur.

Bölgələrdə yaşayan sakinlər “qaynar xətt”lərdən daha çox narazılıq edirlər. Onlardan biri deyir ki, problemlərini həll etməmələri bir yana qalsın, mobil telefondan edilən zənglərə xeyli pul xərcləməli olurlar: “Ən çox pulumuzu tutan Təhsil Nazirliyinin “qaynar xətt”i – 146-dır. Hər dəfə ora zəng edəndə balansımı yoxlayıram, 5 manatdan azdırsa, artırıram. Yoxsa heç bir əlaqə alınmır. Nəticədə şikayətimizə çarə tapa bilmirik, arada konturumuz da gedir…”.

“Qaynar xətt”lərlə bağlı digər problem ondadır ki, telefon xəttinin o biri başında əyləşən şəxslər birbaşa problemin həllində vətəndaşa kömək edə bilmirlər. Onlar vətəndaşın müraciətini yalnız qeydə almaqla kifayətlənirlər…

Qurumların “qaynar xətt”ləri korrupsiya ilə bağlı anonim şikayətləri qeydə almırlar. Ekspertlər deyirlər ki, əslində “qaynar xətt” xidmətində peşəkar, vətəndaşların problemlərini dinləyib onları yönləndirmək qabiliyyəti olan şəxslər fəaliyyət göstərməlidir.

“Qaynar xətt”lərin necə işlədiyini müəyyənləşdirmək üçün özümüz araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də, Bakı Şəhər İcra Hakimiyyətinin 492-63-11, Təhsil Nazirliyinin 496-34-82; 496-37-61 nömrələri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655, Səhiyyə Nazirliyinin 9103(0) “qaynar xətt”i, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 433 63 51 və 433 63 52, Bakı Hava Limanının 497-27-27, Əmanətlərin Sığortalanması Fondunun 941, Kənd Təsərrüfatı Nazirliyinin 1652 saylı “qaynar xətt”i zənglərə cavab vermir və ya əksər hallarda “məşğul” olur.

Ədliyyə Nazirliyinin 430 11 55 saylı nömrəsi “qaynar xətt” kimi fəaliyyət göstərsə də, bu nömrənin “təəssüf ki, daxil olan zəngləri qəbul etmədiyini” öyrəndik.

Ən çox şikayət olunan “Azəriqaz”ın 104 qəza xidmətidir ki, bu nömrə də sanki caz həvəskarları üçün nəzərdə tutulub. Çünki qəza xidmətinə zəng edən abonent üçün operatorla əlaqə yaranana qədər caz səsləndirirlər. Əlbəttə ki, sonda əlaqə yaranmır və problemi başından aşan şikayətçi neçə dəqiqə səbri çatırsa, musiqi dinləyir.

Zənglərə daha operativ cavab verən qurumlar isə güc strukturlarıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 161, Daxili İşlər Nazirliyinin 102, Vergilər Nazirliyinin 195, Fövqəladə Hallar Nazirliyinin 112, Yanğın xidmətinin 101, “Təcili Yardım”ın 103 “qaynar xətt”i həmişə işləyir. Bu nömrələrin xidmətindən sakinlər arasında hər hansı narazılıq yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və “Azərsu” ASC-nin 955 “qaynar xətt”ində problemi necə həll edəcəklərini bilməsələr də, heç olmasa dinləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168, Ombudsman Aparatının uşaq hüquq pozuntusu ilə bağlı 916, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 963 saylı “qaynar xətt”indən də zənglərimizə zavab aldıq.

Xatırladaq ki, “qaynar xətt” nömrələrinin yaradılması Azərbaycan Respublikası prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da təsdiq olunub. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına dövlət orqanlarında “qaynar xətt”lərin yaradılması, bu barədə ictimaiyyətin məlumatlandırılması və “qaynar xətt”lərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi daxildir. Amma…(Virtualaz.org)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM