XVIII əsrədək olan dövrdə ermənilər və Cənubi Qafqaz

13:01 / 03.08.2017

Müasir ermənilərin əcdadları e.ə. VII-VI əsrlər­də friqiyalıların bir qolu kimi Balkanlardan gələrək, əvvəlcə Fərat çayının yuxarılarında məskunlaşmış, sonradan isə şimala doğru hərəkət edərək Van gölü sahillərində özlərinə yeni vətən tapmışdılar.

Burada baş verən proseslərə ciddi təsir göstərmək imkanı­na malik olmayan ermənilər çox vaxt regiondakı iri dövlətlərin (Əhəmənilər, Roma, Sasanilər, Bizans və s.) tabeçiliyində olmuş, onların hərbi yürüşlərində işti­rak etmiş və məqam düşdükdə öz ağalarının yardı­mı ilə qonşu xalqlar üzərinə hücum edərək, onların torpaqlarında məskunlaşmağa can atmışlar. Ermə­nilərin Cənubi Qafqaza ilkin gəlişləri də məhz hər­bi yürüşlərlə bağlıdır. “Ermənilərin ilk dəfə Cənubi Qafqazda peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olma­ları ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır” (Mahmudov Y. Şükürov K. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, 2005. s. 18.) .

 “Ermənilər Zaqafqaziya vilayətlərində Artaksiya və Zariadriyanın işğalçılıq müharibələrindən tez olmayaraq, yəni e.ə. II əsrdən sonra meydana gələ bilərdilər…” ( Алиев И. Лжеистория – очередная попытка оправдать агрессию. Баку, 2003, с. 26.).

Erməni tarixçiləri (S.T.Yeremyan, B.A.Uluba­byan, A.Ş.Mnatsakanyan və başqaları) çox vaxt bu yürüşlər zamanı hücum obyekti olan əraziləri öz əcdadlarının əzəli torpaqları kimi qələmə ver­məyə, regionun avtoxton xalqlarının mədəniyyəti­ni və tarixini mənimsəməyə çalışır və həqiqi tarixi faktlara söykənmədikləri üçün uğursuzluğa düçar olurlar. Bu uğursuzluq həm də ermənilərin, yüz illər bundan əvvəl formalaşmış etno-psixoloji xa­rakteri ilə bağlıdır. Möhkəm dayaqlara malik olan sistem yaratmaq, dövlətçilik ənənələri formalaş­dırmaq qabiliyyəti, vətən hissi onlara yaddır. Bu məsələyə toxunan erməni tarixçisi Qevorq Aslan qeyd edir: “Ermənilərdə dovlətcilik olmamışdır. Onlar vətən hissi və siyasi bağlarla bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlıdır” (“Gəldim, gördüm,…mənimsədim” (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında).  Bakı, 2010, s.3 //http://www. azembassy.com.ua/docs/356_Geldim,%20gordum,%20menimsedim%20 (az,ru,eng).pdf)

Özləri Cənubi Qafqazın alloxtonları olduqla­rı halda, ermənilərin bu gün azərbaycanlılar və gürcülərin əzəli torpaqlarına iddia etmələri non­sensdir. Onların sahib çıxmaq istədikləri ərazilər arasında Qafqaz Albaniyası, xüsusilə onun Kür çayından cənubdakı əraziləri xüsusi yer tutur. Saxtakarlığı elmi metod səviyyəsinə qaldır­mış bəzi erməni tarixçiləri Kür və Araz çayla­rı arasındakı ərazilərin Ermənistan torpaqları olduğu, bu coğrafiyada indiki ermənilərin əc­dadlarının yaşadığı, Qafqaz Albaniyasının cə­nub sərhədlərinin isə Kür çayı boyunca keçdiyi haqda cəfəng fikirləri elmi dövriyyəyə daxil et­mişlər (Акопян А. А. Албания — Алуанк в греко-латинских и древнеар­мянских источниках. Ереван, 1987; Еремян С. Г. Раннефеодальные государства Закавказья в III—VII вв. Очерки истории СССР, (III—IX вв.), М., 1958,; Улубабян Б. Л. Очерки истории восточного края Ар­мении (V — VII вв.). Ереван, 1982; Мнацаканян А. Ш. О литературе Кавказской Албании. Ереван, 1969).

Z.Bünyadov, İ.Əliyev, F.Məmmədova, Q.Qeybullayev (Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989; Алиев И. На­горный Карабах: История. Факты. События. Баку, 1989; Мамедова Ф. ‘Политическая история и историческая география Албании. Баку, 1985; Гейбуллаев Г.А..К этногенезу азербайджанцев. Т.1,Баку, 1991) və başqaları antik dövr və orta əsr müəlliflərinin əsərlərinə əsaslanaraq bu fi­kirlərin uydurma olduğunu sübut etmişlər.

Şimalda Böyük Qafqaz dağlarının cənub ətək­lərindən cənubda Araz çayına qədər ərazini əhatə edən Qafqaz Albaniyası e.ə IV–III əsrlərin qovşağın­da meydana gəlmiş, mövcudluğu VIII əsrin əvvəllə­rinə, ərəb işğallarına qədər davam etmişdi. Etnik tər­kibinə gəldikdə, Qafqaz Albaniyası türk, qafqaz və iran dilli etnoslar tərəfindən məskunlaşmışdı. Ölkə­nin kifayət qədər rəngarəng olan etnik xəritəsində al­banlar, qarqarlar, maskutlar, saklar, kəngərlər, utilər, leqlər, lpinlər, basillər, xəzərlər, gellər və s. mühüm yer tuturdu (Гейбуллаев Г.А.. Указ. Соч., с. 71-245; Мамедов Т.М. Кавказская Албания. Баку, 1993, с. 32-43.).

Bu tayfaların içərisində albanlar daha üstün mövqedə olmuş, bu səbəbdən də alban etno­nimi ümumi şəkildə onların hamısına aid edilmişdi.

E.ə. II əsrdən Azərbaycan və Gürcüstan tor­paqları vaxtaşırı olaraq ermənilərin hücumlarına məruz qalır, onlar qısa müddətə olsa da, müəyyən əraziləri işğal edə bilirdilər. İ.Əliyev R.H.Hevse­nin fikirlərinə istinad edərək, ermənilərin ekspansiyasının genişlənməsini Əhəməni imperiyasının süquta uğraması ilə əlaqələndirir (Алиев И. Карабах в древности. // История Азербайджана по документам и публикациям. Баку, 1990, с. 25).

E.ə. II əsrdə erməni çarı I Artaşes Kür çayının sağ sahilində yerləşən və sak, uti və qarqar alban tayfa­larına məxsus olan torpaqları işğal etmişdilər (Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. М.-Л., 1959, с. 58.).

Er­mənilərin işğalçılıq siyasətinin növbəti mərhələsi, uzun müddət Parfiya sarayında girov olmuş II Tiq­ranın Ermənistanda hakimiyyətə gəlməsi ilə baş­layır. E.ə. 95-ci ildə parfiyalılar tərəfindən erməni taxtına oturdulan II Tiqran işğalçılıq siyasəti həyata keçirmiş və Albaniyanın bir sıra sərhəd vilayətləri­ni ələ keçirmişdi (Армения в III-I вв. до н.э. //Всемирная история. Энциклопедия. Т.2., 1957 // http://interpretive.ru/dictionary/447/word/armenija-v-iii-i-v-do-n-ye).

Erməni işğallarına toxunan Stra­bon qeyd edirdi ki, “…Əvvəllər kiçik bir ölkə olan Ermənistan Artaksiya və Zariadriyanın müharibələ­ri nəticəsində böyümüşdür… Onlar ətrafdakı xalq­ların vilayətlərinin bir hissəsini qopararaq birlikdə öz ərazilərini genişləndirmişlər, konkret olaraq, onlar midiyalılardan Kaspiana, Favnitida və Baso­ropedanı, iberlərdən Pariadranın dağətəyini, Xor­zen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mossiniklərdən Karenitida və Kiçik Ermənistanla həmsərhəd və ya onun bir hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti və nəhayət, suriyalılardan Taro­nitidanı qoparmışdılar” (Алиев И. Указ. Соч., с. 25. ) Bu işğallar qısa müddətli olmuş və bütün cəhdlərinə baxmayaraq ermənilər ələ keçirdikləri ərazilərdə möhkəmlənə bilməmiş­dilər. Başqa sözlə, albanlar öz etnik indentikliyini qoruyub saxlaya bilmişdilər.

Rus müəllifi V.L. Veliçko da Qafqaz Albaniyasının ermənilərlə məskunlaşmadığı fikrini müdafiə edir. O, birmənalı şəkildə qeyd edir ki, “Qafqaz Albaniya­sı qeyri-erməni mənşəli xalqlar tərəfindən məskun­laşmışdır” (Величко В.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку, 1990, с. 66.).

IV əsrin əvvəllərində ermənilər xristianlığı qə­bul etdilər. Bu zamandan başlayaraq kilsə ermə­nilərin həm dini, həm siyasi, həm iqtisadi, həm də mədəni həyatının mərkəzinə çevrildi. Dövlətçilik ənənələri zəif olan ermənilər bunu kilsənin ətrafın­da birləşməklə kompensasiya etməyə çalışırdılar. Öz növbəsində, erməni kilsəsi də tez bir zamanda siya­si mərkəzə çevrilmiş, dini işlərdən daha çox siyasi işlərlə məşğul olmağa başlamışdı. Erməni kilsəsinin fəaliyyət istiqamətlərindən birini qonşu xalqları dini təsir altına salaraq, assimilyasiyaya uğratmaq, başqa sözlə erməniləşdirmək təşkil edirdi. Onun hədəf kimi götürdüyü etnoslardan biri də albanlar idi. IV əsrdən başlayaraq Qafqaz Albaniyasının ərazisində də xristianlığın yayılmağa başlaması bunun üçün müəyyən şərait də yaradırdı.

VII-VIII əsrlərdə Qafqaz Albaniyasının ərəblər tərəfindən işğal edilməsi onun əhalisinin bir his­səsinin erməniləşdirilməsi üçün əlavə imkanlar meydana gətirdi. Bir tərəfdən, vahid dövlətin ləğv edilməsi, onun vilayətlərinin yeni, yerli əhali üçün yad olan dini-siyasi sistemin tərkib hissəsinə çev­rilməsi əhalinin müqavimət imkanlarını zəiflədir­di. Digər tərəfdən, gənc imperiya olan Ərəb Xilafəti düzən ərazilərdə işğalları çox sürətlə həyata keçirsə də, dağlıq ərazilərdə ciddi çətinliklərlə, çox vaxt isə uğursuzluqlarla üzləşirdi. Eyni vəziyyət Qafqazda da təkrarlanırdı. Xəzərlərlə yüz ildən çox müharibə aparmasına baxmayaraq, ərəblər Dərbənd keçidin­dən şimalda nəzərəcarpacaq hərbi uğurlara imza ata bilməmişdilər. Qafqaz Albaniyasında da, ərazinin çox hissəsi asanlıqla islamlaşmaya məruz qalsa da, Qarabağın dağlıq hissəsi bu mənada istisna təşkil edirdi.

Bundan başqa, alban xristian kilsəsinin Bizansla olan əlaqələri, ikiüzlü və xain erməni keşişlərinin bundan ərəblərə yarınmaq üçün istifadə etmələri, erməni katolikosu İlyanın Əbd ül-Malik Əmir Mömi­ninə məktub göndərərək, alban katolikosu Nersesi gözdən salması, sonda Nersesin tutduğu vəzifə­dən uzaqlaşdırılmasına və alban kilsəsinin erməni qriqorian kilsəsinin təsiri altına düşməsinə gətirib çıxarmışdı. Nəticədə, Qarabağın dağlıq hissəsinin alban əhalisi qriqorianlaşmaya məruz qalmışdı ( Bünyadov Z.M. Göstərilən əsəri, s. 85-100. ).

Dağlıq Qarabağda yaşayan albanlar erməni ka­tolik kilsəsinin təsirinə düşdükdən sonra getdikcə öz etnik identikliyini itirmiş və erməniləşmişlər. Bu məqam regionun tarixi ilə yaxından məşğul olan tədqiqatçıların diqqətindən yayınmamışdır. Məsələn, V.L.Veliçko hələ XX əsrin əvvəllərində bu barədə yazırdı: “Hal-hazırda, nə vaxtsa Aqvan katolikosuna aid olan xristianlar erməni hesab edi­lir, onlarla qaynayıb qarışaraq, onların xarakterini mənimsəmişlər” (Величко В.Л. Указ. Соч., с. 66.).

Albaniyada erməni təsirinin yayılmasına A.P.No­voseltsev də münasibət bildirmişdi. Hunlar, savirlər, bulqarlar, xəzərlər “dəfələrlə Cənubi Qafqaza, hər şeydən əvvəl Qafqaz Albaniyasına hücum etmişlər. Sonuncuların yazısının və yerli dillərdən birində ədəbiyyatının olmasına baxmayaraq, tarixşünaslıq, görünür, yalnız qədim erməni dilində mövcud olmuşdur və ümumiyyətlə VII-VIII əsrlərdə Alba­niyada erməni mədəni təsiri çox böyük olmuşdur, alban süjetləri erkən orta əsrlərdə qədim erməni ədəbiyyatına möhkəm daxil olmuşdu”( Новосельцев А.П. Хазарское государство и его роль в истории Восточной Европы и Кавказа // http://gumilevica.kulichki.net/NAP/ nap0114.htm#nap011text323).

Beləliklə, albanların bir hissəsinin əvvəlcə qriqo­rianlaşması, bunun təsiri altında isə erməniləşməsi nəticəsində Cənubi Qafqazda alban mənşəli erməni icması formalaşdı. Sonrakı əsrlərdə, ticarət iqtisadi əlaqələrin genişlənməsi, Qarabağ erməniləri ilə Göy­cə gölündən şərqdə məskunlaşmış ermənilər ara­sında əlaqələrin davam etməsi, həmçinin regionda cərəyan edən hərbi-siyasi proseslər nəticəsində er­məni elementi Cənubi Qafqazın müxtəlif yerlərində, əsasən də Qərbi Azərbaycan torpaqlarında, Göyçə gölü ətrafında görünməyə başlamışdı. Buna baxma­yaraq, ermənilər, əzəli sakinləri müsəlman-türklər olan bu ərazilərdə əhalinin cüzi bir hissəsini təşkil edirdilər.

Alban mənşəli ermənilərin Balkan mənşəli er­mənilər (haylar) ilə heç bir genetik əlaqəsi yox idi.

Onların qeyri-identik olmalarını sübut edən kifayət qədər fakt mövcuddur. Bu, onların antropoloji xüsu­siyyətləri ilə də sübut olunur. Aparılmış tədqiqatlar göstərir ki, ermənilərlə onların indi yaşadıqları ərazilərin qədim əhalisi arasında əhəmiyyətli ant­ropoloji fərqlər mövcuddur (Пиотровский Б.Б. Ванское царство (Урарту), М., 1959, с. 14.)

 Qarabağ erməniləri diş sisteminin quruluşuna görə daha çox azərbaycanlılara və ləzgilərə, az dərəcədə isə adıgeylərə oxşayırlar. Bu göstəri­ciyə görə onlar, əcdadları, hal-hazırda Türkiyə və İranın tərkibinə daxil olan cənub vilayətlərindən (qədim Urartu ərazisindən) gələn və müasir Ermə­nistan ərazisində məskunlaşan ermənilərdən çox uzaqdırlar (Этническая одонтология СССР. М., 1979, с. 135).

Bütün bunlar, özlərini Cənubi Qafqaz avtoxton­ları sırasına aid edən ermənilərin azərbaycanlılara və gürcülərə qarşı irəli sürdükləri ərazi iddiaları­nın əsassız olduğunu sübut edir.

XVII əsr – XVIII əsrin əvvəllərində onların bir hissəsi Dağlıq Qarabağa gəlmiş və nəticədə bura­da, sonradan “Xəmsə məlikləri” adını almış beş məliklik – Vərəndə, Giləbörd, Xaçın, Dizaq, Gü­lüstan – meydana gəlmişdi.

Vərəndə məlikliyi 1603-cü ildə Göyçə mahalın­dan gələnlər, Giləbörd məlikliyi 1637-ci ildə Zən­gəzur mahalından gələnlər, Dizaq məlikliyi XVIII əsrin əvvəllərində Loridən gələnlər, Gülüstan mə­likliyi yenə həmin dövrdə Şirvandan, Qəbələnin Nic kəndindən gələnlər tərəfindən yaradılmışdı. Yerli ermənilər isə XVIII əsrin əvvəllərində Xaçın məlikliyini təşkil etmişdilər (Mahmudov Y. Şükürov K. Göstərilən əsəri, s. 28-29.)

 Göründüyü kimi, Dağlıq Qarabağda təşəkkül tapmış beş məliklik­dən yalnız biri, Xaçın məlikliyi yerli əhali tərəfin­dən yaradılmışdı, digərlərinin sakinləri isə bura ətraf rayonlardan gəlmişdilər. Bu qədim albanlar zaman keçdikcə tamamilə erməniləşmiş, “bizdə riyakarlıq ana bətnində olarkən yaranır” (“Gəldim, gördüm,…mənimsədim”, s. 3.) deyən erməni şairi Yeqişe Çarensin mənsub olduğu xalqa məxsus xüsusiyyətləri (riyakarlıq, xəyanət, satqınlıq, mütilik və s.) mənimsəmiş, qonşuluqda yaşayan müsəlman əhalinin torpaqlarına, əmlakı­na, hətta mədəniyyətinə göz dikmiş və regionda cərəyan edən bir çox faciəli hadisələrin səbəbkarı olmuşlar.

Ermənilərin Gürcüstan ərazisində məskun­laşmaları da e.ə. II əsrə gedib çıxır. VII əsrdən, ərəb işğalları zamanından başlayaraq, bu proses daha intensiv xarakter almışdı. Ərəblərin regiona gəlməsi ilə xalkedonçu ermənilər təqiblərə mə­ruz qalmış, onların bir hissəsi Kvemo-Kartli və Xereqidə məskunlaşmış və tezliklə gürcüləşmiş­dilər (Тетвадзе Ш., Тетвадзе О. Армяне в Грузии (с древних времен до сегодняшнего дня). Тбилиси, 2008, с. 12-13).

Gürcü müəlliflər Ş.Tetvadze və O.Tetvadze haqlı olaraq, Cənubi Qafqazda ərəblərin ermə­nilərə daha çox etibar etdiklərini vurğulayırlar. Bundan istifadə edən ermənilər bütövlükdə Kart­liyə iddia edirdilər. IX-X əsrlərdə onların yeni dəstələri, ərəblərin yardımı ilə Kartlidə məskən salmış və bu proses sonrakı əsrlərdə də davam etmişdi (Yenə orada, s. 15.).

Aqil Şahmuradov

1905.az

 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM