Son zamanlar erməni KİV-i əcaib məntiqlə rəsmi İrəvanın yeritdiyi siyasəti izah etməyə çalışır. Əsasən Azərbaycanla bağlı məsələləri qabartmağa cəhdlər edilir. Onlar bir tərəfdən Azərbaycan Ordusunun endirdiyi güclü cavab zərbələri haqqında yanlış informasiyalar yayır, digər tərəfdən isə Kremli Bakıya yeni silah satmaqda ittiham etməyə çalışırlar. Hər iki istiqamətdə real arqument irəli sürə bilməyən Ermənistan adəti üzrə şər-böhtana əl atır. Aydın görünür ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür. Ermənilərin hər bir təxribatçı hərəkətinə güclü cavab verilir. Bununla yanaşı, Azərbaycan öz müdafiə qabiliyyətini durmadan artırır. O cümlədən, Rusiyadan müasir silahlar almaqda davam edir. İki ölkənin siyasi liderləri də müntəzəm əlaqə saxlayırlar. Onlar regional və qlobal miqyasda aktual olan geosiyasi problemləri müzakirə edir, birgə çıxış yolları axtarırlar. Bunlara İrəvan çox qısqanc reaksiya verməkdədir. Lakin reallığı gizlətmək mümkün deyil – Ermənistanda sosial, siyasi, iqtisadi və mənəvi-əxlaqi böhran daha da dərinləşir.
Güclü ordu: rəsmi Bakının uğurları
Azərbaycan diplomatiyasının fəallığı Ermənistan hakimiyyətini çaşqınlıq vəziyyətinə salmaqdadır. Ədalətsiz, haqsız və qərəzli mövqedə olduğundan Ermənistan rəhbərliyi müxtəlif uydurma fikirlər ortaya atır. Erməni ekspertlər olduqca süni məntiqlə rəsmi İrəvanın mövqeyini izah etməyə cəhdlər göstərir. Lakin reallıq hər şeyi öz yerinə qoyur. Böhtan havaya atılmış boş güllə kimi hədəfə çatmır.
Son vaxtlar ermənilər iki məsələdən bərk narahat olduqlarını büruzə verirlər. Onlardan birincisi Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına sərt və güclü cavab verməsi ilə əlaqəlidir. İkincisi isə Azərbaycan rəhbərliyinin müstəqil və təmkinli xarici siyasəti sayəsində Bakının Moskva ilə münasibətləri uğurla inkişaf etdirməsinə bağlıdır. Hər iki məsələ faktiki olaraq erməni diplomatiyası və hərbi siyasətinin iflasını açıq surətdə göstərir.
Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun cavab zərbələrini təhrif etməyə çalışır. Sarkisyanın cinayətkar oliqarx rejiminin nəzarətində olan KİV orqanları bunun üçün gah erməni siyasi liderlərin dolaşıq geosiyasi düşüncələrini qabartmağa çalışır, gah da "İsgəndər" raketlərini ortaya atırlar. Azərbaycan müdafiə naziri "İsgəndər"lərə qarşı kifayət qədər səmərəli silahların olduğunu bəyan etdikdən sonra isə ermənilər sözün həqiqi mənasında deməyə söz tapmırlar. Çünki öz ordularındakı bərbad vəziyyəti artıq gizlədə bilmirlər. Dalbadal erməni əsgərlərinin intiharı, öz silah yoldaşlarını qətlə yetirmələri, fərarilik, müxtəlif cinayətləri törətmələri KİV-də geniş işıqlandırılır.
Bunları ört-basdır etmək üçün sosial şəbəkələrdə süni bir ünvan yaradıb, Azərbaycan Ordusuna qarşı təxribatçı informasiyalar yaymaq kimi fəndləri də boşa çıxdı. Azərbaycan Müdafiə Nazirliyi bu barədə geniş informasiya verərək, "Tofiq İbrahimov" adlı ünvanın ermənilərə aidliyini göstərdi. Bununla informasiya sahəsində İrəvan ciddi bir zərbə almış oldu. Məlum oldu ki, Azərbaycan Silahlı Qüvvələri barədə yazılan yalanların böyük əksəriyyəti Ermənistan xüsusi xidmət orqanlarının mətbəxində hazırlanır. Onlara inanmağın heç bir əsası yoxdur.
Rəsmi İrəvanın ağlını çaşdıran digər məqam Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın getdikcə inkişaf etməsi ilə əlaqəlidir. Moskva Bakıya müasir silahlar satır. Beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilən bu ticarət üçüncü ölkəyə qarşı yönəlməyib.
Azərbaycan öz müdafiə qabiliyyətini artırır, Rusiya isə milli maraqları çərçivəsində bu prosesdə iştirak edir. Moskvanın satdığı silahların heç biri Ermənistana qarşı hücumda istifadə olunmayıb. Lakin zərurət yaranarsa, Bakı bütün imkanlarından istifadə edərək müdafiə olunacaq və düşmənin layiqli cavabını verəcək.
Bunları erməni apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və "vətənpərvərlər" dərk etmək iqtidarında deyil. Onlara elə gəlir ki, işğalçı ola-ola dünya ictimaiyyəti Azərbaycanı aqressor kimi tanımalıdır. İrəvan gülünc formada hesab edir ki, bütün Qərb ölkələri və Rusiya Azərbaycana təzyiq etməlidir ki, işğal faktı ilə barışsın və ermənilərə Cənubi Qafqazda ikinci bir qondarma dövlət yaratmağa imkan versin.
Ancaq bu, heç zaman olmayacaq və hətta ermənilər işğal etdikləri İrəvan quberniyasının ərazisində yaradılmış dövlətin nə dərəcədə hüquqi olduğunu sübut etməyə məcbur qalacaqlar. Tarix və ədalət bunu tələb edir.
Bütün bunlar Azərbaycan diplomatiyasının uğurları fonunda başqa bir məsələyə də öz təsirini göstərir. Sarkisyan rejimi nəzarəti altında olan KİV orqanları vasitəsilə Kremli ittiham edir. Xüsusilə, Soçidə Vladimir Putinin Azərbaycan Prezidenti ilə məsləhətləşmələr aparmasına Ermənistan hakimiyyəti həqiqi mənada əcaib reaksiya verib.
Erməni analitik və ekspert dairəsi biabırçı izah verirlər – Putin guya deyib ki, Azərbaycan Prezidenti ilə görüşmək problemdir!
Baş tutmayan böhtan: Bakı-Moskva münasibətləri inkişaf etməkdədir
Əslində isə "Sirius" təhsil mərkəzində verilən suala cavabında Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı ilə əsl geosiyasi problemləri müzakirə edəcəyini ifadə edib. Həmin məsələləri Vladimir Putin çox aktual hesab edib və onun regional ilə yanaşı, qlobal miqyas üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Ermənilərin "düşünən" başları isə o dərəcədə sadəlövh və süni izah verməyə çalışırlar ki, onların primitiv təhlil səviyyəsində olduğu qənaəti yaranır. Ən azından Rusiya Prezidentini səviyyəsiz diplomat kimi qələmə vermək cəhdləri heç bir ölçüyə sığmır!
Təbii ki, burada real vəziyyət tamamilə başqa cürdür. V.Putin region üçün aktual olan məsələləri Ermənistan prezidenti ilə deyil, məhz Azərbaycan Prezidenti ilə müzakirə etməyə üstünlük verib. Və o, yanılmayıb. İlham Əliyev uzun illərdir aktiv və konstruktiv fəaliyyəti ilə regional əməkdaşlığa, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Rəsmi İrəvanın isə təcavüzkarılığına haqq qazandırmaq üçün müxtəlif uydurma işlərdən başqa bir addım atdığını görən yoxdur.
Bunlar Ermənistandakı sosial-siyasi və iqtisadi vəziyyət baxımından nələri ortaya qoyur? Aydın görünür ki, yeni erməni hökuməti də heç bir tutarlı proqram-islahat həyata keçirə bilmir. Ölkədən insanlar kütləvi surətdə köç edirlər. Bu yaxınlarda erməni saytları rayonların birinin kəndindəki demoqrafik və sosial vəziyyət haqqında yazı hazırlamışdı. Həmin yazıda göstərilirdi ki, kənd camaatı kütləvi şəkildə yurdlarını tərk edib, Rusiyaya gedirlər. Boşanmaların sayı sürətlə artır. Təkcə bir kənddə bu rəqəm 10% təşkil edir.
Erməni oğlanları ailələrini dağıdıb, Rusiyada yenidən evlənirlər. Səbəbi ondan ibarətdir ki, onların Ermənistanda iş tapmaları, hüquqlarını qorumaları və normal yaşamaları imkansızdır. Əsas səbəblərdən biri isə onların Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı işğalçı erməni ordusunda əsgər olmaq istəməməsi ilə bağlıdır.
Ermənistan iqtidarı seçicilərə verdiyi heç bir vədinə əməl edə bilmir. O cümlədən, hökumətin səmərəli işləməsi alınmır. Bunun əsas səbəbi kimi isə bir sıra erməni ekspertlər İrəvanın Moskvadan tam asılı olmasını göstərirlər. Belə ki, Ermənistanın iqtisadi və energetik sisteminə tam olaraq Rusiya nəzarət edir. Bu proses nəinki səngiyir, hətta daha da inkişaf edir.
Deyək ki, erməni KİV-də ABŞ-Ermənistan münasibətlərinin aşağı səviyyədə olmasını izah edərkən, Vaşinqtonun heç olmasa müdafiə siyasətində İrəvanın müstəqil olmasını tələb etdiyi yazılır. Lakin görünür, okeanın o tayında da anlaya bilmirlər ki, bu, mümkün deyil. Çünki real olaraq müstəqil Ermənistan mövcud deyil. İndi Rusiyanın süni olaraq qondardığı bir kiçik ölkə var və o, Kremldən idarə olunur. Rusiyanın siyasi dairələri dəfələrlə bəyan ediblər ki, Rusiyasız "Ermənistan" adlanan yer bir heçdir. Vaşinqton bunu anlamırsa, öz günahıdır. Belə bir vəziyyətdə İrəvandan müstəqil addım tələb etmək, sözü küləyə vermək deməkdir.
Bütün bu reallıqlar onu təsdiqləyir ki, Ermənistanın müstəqil dövlət olması hələ mümkün deyil. Ermənistanla deyil, onun ağaları ilə danışmaq lazımdır. Erməni KİV-in saldığı hay-küy isə daxili auditoriya üçündür. Bununla sadə vətəndaşları aldadır və onlardan həqiqətləri gizlədirlər.
Lakin tarix göstərir ki, belə vəziyyət uzun müddət davam etmir. Haradasa qırılma nöqtəsi vardır. Ermənistan da bir dövlət kimi yaxın perspektivdə ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa dövlətçiliyin taleyinə təsir edəcək. Bu acı taleyi yaşamamaq üçün yeganə çıxış yolu erməni silahlı quldur dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir.
Eyni zamanda, erməni siyasətçiləri dialoq mədəniyyətinə yiyələnməlidirlər. Onların kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa heç nəyə xidmət etmir. Qəribədir ki, erməni xalqı qəflət yuxusundan ayılmaq istəmir. Bununla o da özünü bütövlükdə fəlakətə sürükləyir. Ancaq misal var – "özü yıxılan ağlamaz"!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM