Çin dünya hegemonu olmaq istəyir – strateji planlar, gerçək iddialar

09:41 / 06.08.2017

Minillik tarixi qüdrətini bərpa edən Çin özünün hələlik ikinci də olsa iqtisadi qüdrətini möhkəmələndirmək və siyasi sisteminin möhkəmliyini təmin etmək üçün geniş proqram yürüdür.

Bununla bağlı Fransanın "Le Monde" qəzetinin Pekindəki müxbiri Bris Pedrolettinin "Yeni ipək yolları" adlı materiallar seriyası çərçivəsində yazdığı məqalə diqqəti cəlb edir.

Müəllif Çin Xalq Respublikasının sədri Si Tzinpinin qədim dövrlərin imperatorları kimi may ayında birinci "İpək yolu" sammitində 30-dan çox dövlətin rəhbərini qəbul etdiyini vurğulayır.

Day.Az musavat.com-a istinadən bildirir ki, yazıda Si Tzinpinin Çin Kommunist partiyasının baş katibi və ÇXR sədri olduğu müddətdə ingilscə "OBOR" ("One Belt and One Road " -"Bir kəmər və bir yol") adı verilən planetar miqyasda ekspansionist siyasət yürüdüldüyü bildrilir.

Bu strategiya bir tərəfdən Rusiya, Mərkəzi Asiya və Pakistandan Şərqi Avropaya keçən quru yollarından ibarət "quru iqtisadi kəməri"in, digər yandan isə Cənubi-Şərqi Asiyanin inkişaf etməkdə olan ölkələrini və Cənubi Amerikanı birləşdirən okeanlar vasitəsilə "dəniz ipək yolunun" qurulmasını nəzərdə tutur.

"Bu yeni ipək yolları hər şeydən öncə Çinin dünyada ABŞ-dan sonra ikinci olan iqtisadi qüdrətinə əsaslanır. Dünyanın bütün qitələrində ən az 65 dövlət burada iştirak etmək niyyətindədir. Bu siyahını hələ uzatmaq da mümkündür", - jurnalist qeyd edir.

"Lakin iqtisadi məntiq həm də geopolitik və siyasi ambisiyalara da xidmət etməlidir. Asiyada Çin ABŞ-a meylli alyansların əhatəsindərir və onun hələ ki buna qarşı dayan bilmək gücü yoxdur", - yazıda bildirilir.

"Bu səbəbdən "ipək yolları" planının əsas hədəfi əslində ABŞ-la strateji paritetin əldə olunmasıdır", - Fransaının Honkonqda yerləşən "Müasir Çini araşdırma mərkəzi"nin eksperti, coğrafiyaşünas Sebastyan Kolen müəllifə rəyini bildirib.

Məqalədə Çini öz ticari fəthlərini hərbi gücünü, xüsusilə dəniz gücünü artırmaqla həyata keçirdiyi vurğulanır:

"Çin bu yaxınlarda özünün ikinci aviadaşıyıcısını dənizə buraxaraq və Cibutidə olmaqla xaricdə yerləşən ilk hərbi-dəniz bazasını açaraq böyük dəniz dövləti olmaq niyyətini ortaya qoydu. Belə bir potensial dayaq məntəqələri ekspertlər tərəfindən "mirvari muncuğu" olaraq təsvir edilir. Çinin dəniz limanlarını hərbi bazalara çevirmək niyyəti onun əzəli rəqibi Hindistan tərəfindən on illər bundan öncə ifşa edilmişdi".

Yazıda Çinin Afrika siyasətinə xüsusi yer ayrılıb.

 
The video could not be loaded, either because the server or network failed or because the format is not supported.

Müəllif 2017-ci ildə Çinin Afrikada, Mombasa-Nayrobi (Keniya) və Cibuti-Əddis-Əbəbə (Efiopiya) arası iki sürətli dəmir yol magistralını yenilədiyinə diqqət çəkərək adı çəkilən yolların hələ ingilis və fransızların müstəmləkə dövrlərindən qaldığını vurğulayır.

"Avropalılar da eyni cür hərəkət etmişdi. Öncə onlar xaricdə kommersiya agentliyi yaratdılar, daha sonra işğalı asanlaşdıracaq yolları tikməyə başladılar", - məqalədə qeyd olunur.

"Çinin böyüyən qüdrətini siyasi rıçaqa da çevirməyi bacarır", - müəllif yazır.

Pekin sərmayə və turistlərlə bağlı boykot və şantaj siyasətini Asiyanın qüdrətli ölkələrinə tətbiq edir. Yaponiya ölkədə nadir yer elementlərinin çıxarılmasından məhrum olunub, Cənubi Koreya isə ABŞ-ın HHM sistemlərini quraşdırılmasına icazə verdiyi üçün cəzalandırılıb,

Avropada Norveç sürgündə olan hüquq müdafiəşisi Lyu Syaobonun Nobel mükafatına layiq görülməsi səbəbindən Çinə mal ixrac etməkdən məhrum edilib.

Siyasi ekspertlər Çinin ambisiyalı planlarının yolunda ən böyük rəqibinin Hindistanın olduğunu vurğulayırlar.

Lakin Pekin Asiyada hegemonluq uğrunda əsas rəqibi ilə artıq diplomatiya dili ilə yox, hərbi jestlərlə danışmağa üstünlük verir.

Çinin Butanla sərhəddə Doklan yaylasına görə Hindistanla hərbi münaqişəni gözə alması bunu göstərir. Çin müdafiə naziri həmin yaylada olan Hindistan əsgərlərini ərazini dərhal tərk etməyə çağırıb, əks təqdirdə hərbi yola əl ata biləcəkləri ilə hədələyb. Qeyd edək ki, həmin əraziyə həm Çin, həm də Butan iddia edir. Hindistan isə öz strateji maraqları naminə Butanı müdafiə edir.

Çin qəzetləri Hindistana tez-tez 1962-ci ildə Aksay-Çin və Arunaşal-Pradeş sərhəd bölglərində Hindistanı ağır məğlubiyyətə uğratdıqlarını xatırladırlar.

Çinin qonşuları ilə silah dilində danışmağa keçməsi Pekinin gələcəkdə daha geniş miqyasda, həm də daha böyük oyunçularla (məsələn, ABŞ və Rusiya kimi-red.) eyni siyasəti yürüdəcəyini göstərir.//Day.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM