Ural Aküzüm: ""Qalatasaray" Azərbaycanla idman sahəsində daha sıx əməkdaşlıq edəcək"

09:38 / 14.08.2017

Strategiya.az Türkiyənin "Qalatasaray" idman klubunun İdarə Heyətinin üzvü, "Taç Spor" klubunun İdarə Heyətinin rəhbəri Ural Aküzümün Trend-ə müsahibəsini təqdim edir.

- "Qalatasaray" Azərbaycanda sevilən, çoxsaylı azarkeşi olan idman klublarından biridir. Bu baxımdan "Qalatasaray" klubunun qarşıdakı illərdə Azərbaycanda planlaşdırdığı hər hansı layihə varmı?

- Bildiyiniz kimi, mən əslən azərbaycanlıyam və buna görə də təbii ki, hər zaman Azərbaycanla bağlı mövzuları "Qalatasaray"ın İdarə Heyətində, eləcə də Türkiyə futbolu ilə əlaqədar müxtəlif toplantılarında dilə gətirirəm.

"Qalatasaray" idman klubu türk dünyasının önəmli klubu olaraq, Azərbaycan dövlətinin və Azərbaycanla qardaşlığın önəminin fərqindədir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, bizim can qardaşımız olan Azərbaycanla Türkiyə "bir millət, iki dövlət"dir. Azərbaycanda "Qalatasaray azarkeşləri dərnəyi"miz var. Bununla yanaşı, Bakının mərkəzində "Galatasaray Store" adlı mağazamız da fəaliyyət göstərir.

"Qəbələ" futbol klubunun prezidenti Tale Heydərovla görüşüm zamanı "Qəbələ" ilə yoldaşlıq oyununun keçirilməsi və birgə təlim-məşq toplanışının təşkili ilə bağlı fikirlərimi bildirmişəm.

Bilirik ki, Azərbaycanda, eyni zamanda Türkiyədə və qərb ölkələrində təhsil alan azərbaycanlı tələbələrdə "Qalatasaray"a sevgi və rəğbət var.

Bundan başqa, "Qalatasaray İş Adamları Dərnəyi"nin İdarə Heyətinin üzvləri arasında Azərbaycandan olan iş adamı da var. Təbii ki, bunlarla kifayətlənmək doğru olmaz və bu sahədə Azərbaycanla daha sıx əməkdaşlıq etməliyik və edəcəyik.

- "Qalatasaray"ın futbol məktəblərindən biri də Azərbaycanda fəaliyyət göstərir. Ümumiyyətlə, "Qalatasaray" idman klubunun Azərbaycandakı futbol məktəbini daha da genişləndirmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrində futbol məktəbi açmaq niyyəti varmı?

- "Qalatasaray" Çempionlar Liqasında ən çox iştirak edən 12 klubdan biridir. Bununla yanaşı, "Deloitte"in araşdırmalarına əsasən, "Qalatasaray" dünyanın ən böyük 20 futbol klubundan biridir.

"Qalatasaray" futbol klubu Türkiyədə futbol mədəniyyətini inkişaf etdirən və belə demək mümkünsə, türk-müsəlman dünyasının futboldakı göz bəbəyidir.

 

"Qalatasaray" futbol mədəniyyətinin dünyada yayılması məqsədilə idman məktəbləri layihəsinə start verdik. Bu baxımdan da təsis olunduğu gündən etibarən Bakıdakı "Qalatasaray" futbol məktəbinin fəaliyyətini yaxından izləyirik. Bakıda futbol məktəbimizdəki gənc, istedadlı futbolçuları Türkiyədə qiymətləndirmək istəyirik.

- Ural bəy, Azərbaycan futbolunu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, "Qalatasaray"a hər hansı azərbaycanlı futbolçunun transferi planlaşdırılırmı?

- Azərbaycan futbolunda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xeyli ciddi və önəmli işlər görülüb. Xüsusən də bu istiqamətdə atılan addımlara misal olaraq, Berti Foqts, Toni Adams kimi təcrübəli baş məşqçilərin Azərbaycan futbolunda çalışmalarını söyləmək olar. Bütün bunlarla yanaşı, Rasim Kara və Mustafa Dənizli kimi türk mütəxəssislərin də adımnı sadalamaq olar.

Azərbaycan idman mədəniyyətinin yüksək səviyyədə olduğu, idman sahəsinin inkişaf etdiyi bir ölkədir. "Qarabağ" və "Qəbələ" kimi futbol klubları avrokuboklarda yaxşı çıxış edirlər.

Lakin müasir dövrdə futbolun inkişafı, bu sahədə uğur əldə edilməsi üçün idman mədəniyyəti və heç şübhəsiz ki, bu sahəyə investisiya qoymaq lazımdır.

Bu gün "Qalatasaray"a Azərbaycandan hər hansı futbolçunun transfer edilməsi nəzərdən keçirilmir. Lakin şəxsən mən Qara Qarayevin ("Qarabağ"ın futbolçusu - red.) oyununu çox bəyənirəm. Gələcəkdə bir Azərbaycan futbolçusunu sarı-qırmızı formada görmək istərdim.

- Qarşıdakı illərdə "Qalatasaray"la Azərbaycanın hansısa futbol klubu arasında yoldaşlıq oyunu təşkil etməyi nəzərdə tutursunuzmu?

- Azərbaycanın Bakı və Qəbələ şəhərlərində mütləq yoldaşlıq görüşü təşkil edəcəyik. Bunun üçün Azərbaycan iş adamları və futbol klublarından təkliflər gözləyirik.

"Qalataray" klubunun rəhbəri, eyni zamanda, İdarə Heyətimiz Azərbaycanla yoldaşlıq oyununun keçirilməsinə çox müsbət baxırlar. Mən də bir Azərbaycan əsilli olaraq, bunu davamlı şəkildə təşviq edirəm.

Qeyd edək ki, "Qalatasaray" idman klubunun İdarə Heyətinin üzvü, Azərbaycan əsilli Ural Aküzüm ata tərəfdən Şuşa şəhərinin tanınmış şəxslərindən olan Hacı Əhməd Aküzümün, ana tərəfdən isə general Səməd bəy Mehmandarovun nəslindən olan hakim Tahir Mehmandarlının nəvəsidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM