İran-Ermənistan münasibətləri: andiçmə mərasimi və yeni geosiyasi reallıqlar fonunda

09:16 / 17.08.2017

Yenidən İran Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimində Serj Sarkisyan da iştirak edib. Siyasi etiket baxımından adi hadisə olan bu məqamı erməni ekspert dairələri ciddi geosiyasi faktor kimi təqdim etməyə çalışırlar. Maraqlıdır ki, onlar bunu Təl-Əvivlə İrəvan arasında olan münasibətlər kontekstində diqqətə çatdırmağa cəhd edir, özü də birmənalı olaraq S.Sarkisyanın İranın xeyrinə seçim etdiyindən bəhs edirlər. Məsələ ondan ibarətdir ki, S.Sarkisyan İrəvana gəlmiş İsrail naziri ilə görüşməyib, ancaq istirahətini yarımçıq qoyaraq İrana gedib. Erməni mətbuatı həmin hadisəni həm də anti-Azərbaycan mövqeyindən şərh etməyə çalışır. Bütün bunlar, ümumiyyətlə, İrəvanın xarici siyasəti haqqında bir daha fikir bildirməyə ehtiyac yaradır.

Dayaz siyasi məntiq: erməni rəhbərliyin sindromu

İran Prezidentinin andiçmə mərasimi keçirilib. Həsən Ruhaninin inauqurasiyasında Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edib. Ermənistanı dövlət başçısı Serj Sarkisyan təmsil edib. Erməni KİV-in yazdığına görə, S.Sarkisyan istirahətini yarımçıq qoyaraq Tehrana gedib. Əslində, bu, adi bir hadisədir.

İran böyük dövlətdir və Azərbaycana dostdur. İki xalqın əlaqələrinin kökləri qədimlərə gedib çıxır. Ulu öndər Heydər Əliyevin xüsusi fəaliyyəti sayəsində müstəqil dövlətlər kimi, İranla Azərbaycan Respublikası arasında əməkdaşlığın ciddi əsasları qoyulub. Prezident İlham Əliyev həmin xətti uğurla davam etdirir.

Dövlət başçısı dəfələrlə dost İrana səfərlər edib, eyni zamanda, qonşu dövlətin başçıları da Bakıya səfərlərə gəliblər. Onu qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı olduqca səmərəli nəticələr verməkdədir. Ticarət, iqtisadiyyat, nəqliyyat və başqa sahələrdə ölkələr arasında əlaqələr yeni səviyyəyə yüksəlir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində əhəmiyyətli işlər görülür.

Bunlarla yanaşı, təhlükəsizlik sahəsində də İranla Azərbaycan arasında faydalı əməkdaşlıq mövcuddur. Hər iki dövlət bu istiqamətdə bir-birinin maraqlarını gözləməkdədirlər. Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Bundan başqa, İran Azərbaycana müasir silahlar da satır. Yaxın Şərqdə geosiyasi vəziyyət gərginləşdikdən sonra isə iki ölkə arasında əlaqələr daha da genişlənməkdədir.

2016-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri münasibətlərin yeni inkişaf perspektivlərini müəyyənləşdirdi. Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 12 sənəd imzalandı. Həmin sənədlər hər iki ölkənin dünya miqyasında əhəmiyyətini vurğulamaqla yanaşı, qarşılıqlı əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində vacib rol oynayır.

Vurğulanan məqamlar və gətirilən faktlar onu göstərir ki, Azərbaycanla İran arasında əməkdaşlıq real təməl üzərində qurulub və konkret məzmun kəsb edir. Erməni mətbuatı isə S.Sarkisyanın inauqurasiyada iştirakından iki aspektdə şou düzəltməyə çalışır. Birincisi, bununla Ermənistanın region üçün geosiyasi əhəmiyyətini şişirtməyə cəhd edir. İkincisi isə guya İranla Azərbaycan arasında hansısa problemlər vardır. Hər iki istiqamət əsassız və süni fikirlərə dayanır.

Serj Sarkisyan iqtidarı bütövlükdə qeyri-müəyyən siyasət yeridir və orada hər hansı sistemlilikdən söhbət gedə bilməz. İran məsələsində də İrəvanın təsirli rol oynaya bilməsi istisnadır. Məsələ ondan ibarətdir ki, hazırda Ermənistan rəhbərliyi Tehranla Moskva arasında qalıb. Onların hər ikisi İrəvan üzərində daha çox təsirə malik olmaq uğrunda gizli mübarizə aparırlar. Bu məqam zaman-zaman qaz məsələsində özünü göstərir. Rusiya ermənilərə İranla enerji sahəsində daha geniş əməkdaşlıq etməyə imkan vermir. O cümlədən nəqliyyat sahəsində Çindən başlayan yolun İran-Ermənistan xəttindən keçməsində də Moskva elə də həvəsli deyil. Çünki bu halda həm İran, həm də Ermənistan Rusiyadan fərqli mövqe tuta bilərlər. Kreml "Yeni İpək Yolu" marşrutunun öz ərazisindən keçməsində çox maraqlıdır.

Ziddiyyətlər içində: rəsmi İrəvanın geosiyasi bəlası

Bütün bunlara görə, erməni KİV-in həmin məsələ ilə bağlı yazdıqları cəfəngiyatdır. Problemin digər tərəfi İran-Qərb münasibətlərinə bağlıdır. Məhz bu məqamla əlaqədar erməni ekspertlər spekulyasiyalara baş vururlar. Onlar Ermənistanın İran-Qərb münasibətlərinin tənzimlənməsində hansısa rol oynaya biləcəyi haqqında absurd fikirlər irəli sürürlər. Bu o qədər gülünc bir iddiadır ki, heç fikir verməmək də olardı. Lakin regionla bağlı bir neçə faktor vardır ki, onların fonunda müəyyən incəlikləri vurğulamaq lazımdır.

İşin kökündə rəsmi İrəvanın İranla dərin əlaqələrə malik olması və geosiyasi aspektdə Tehrana sıx bağlılığı dayanır. Azərbaycana qarşı erməni təcavüzü dövründə İran Ermənistan üçün həyat yolu funksiyasını yerinə yetirdi. Bunu Qərbdə çox yaxşı bilirlər. İndi isə ABŞ başda olmaqla Qərb dövlətləri anti-İran siyasətini gücləndirdikcə rəsmi İrəvan çaşqınlığa düşür. Yəni bu vəziyyətdə Ermənistan hansı geosiyasi mövqeni tutmalıdır?

Bir tərəfdən, İrəvan Moskvadan tam asılıdır, həm də mövcudluğu onunla əlaqəlidir. Qərb isə Rusiya ilə qarşıdurmadadır. Deməli, bu aspektdə İrəvanın vəziyyəti son dərəcə acınacaqlıdır – o, iki nəhəng geosiyasi gücün arasında sıxılır.

Digər tərəfdən, ABŞ və İsrailin liderliyi ilə Qərbdə anti-İran cəbhəsi güclənib. Bu cəbhəyə hətta bir sıra müsəlman ölkələri də qatılmaqdadır. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri... açıq surətdə Tehrana qarşı mövqe tutmaqdadırlar.

Həmin prosesin fonunda İsrailin bir sıra rəsmi şəxslərinin İrəvana səfər etməsi simptomatikdir. Ermənistan ekspert dairələri bu faktı iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi təqdim etməyə çalışdılar. Hətta Rusiyanın da yəhudi əsilli adamların başçılıq etdiyi müəyyən KİV orqanları anti-Azərbaycan kontekstində İsrail-Ermənistan münasibətlərinə fərqli məzmun verməyə çalışdılar. Və bütün bunlar sabun köpüyü kimi bir andaca dağılıb yox oldu. Bunu erməni KİV-in özü etdi. Çünki S.Sarkisyanın İran Prezidentinin andiçmə mərasimində iştirakını birbaşa anti-İsrail xarakterli addım kimi təqdim etdilər.

Budur, erməni siyasətinin dayaz məntiqi! Bir rəsmi şəxsin hər hansı ölkəyə səfərində dərhal başqa dövlətə qarşı bir məqam axtarılır. Əslində, erməni siyasəti ədalətli və obyektiv deyil, müstəqil xarici siyasətin nə olduğunu bilmirlər. Bunun da kökündə rəsmi İrəvanın mahiyyətcə kənar qüvvələrdən asılı olması dayanır –Ermənistan heç zaman müstəqil siyasət yeritməyib və bu sahədə təcrübəsi yoxdur. Ona görə də burada keçici faktorlarla əsaslı faktları bir-birindən fərqləndirə bilmirlər.

Azərbaycan-İran münasibətlərinin qiymətləndirilməsində də eyni yanlışlığa düçar olurlar. Onlar başa düşürlər ki, seçdikləri siyasi yolun sonu uçurumdur. Ona görə də müxtəlif üsullara əl atırlar. Həsən Ruhaninin andiçmə mərasimindən ermənilərin çıxarmağa çalışdıqları nəticələr bu özəlliyi tam açıqlığı ilə bir daha ortaya qoydu.

Konkret olaraq, məlum oldu ki, Ermənistanın Rusiya, İran, ABŞ, Avropa, İsrail, Azərbaycan siyasəti bərbad vəziyyətdədir. Bu istiqamətlərin heç biri tutarlı arqumentlərə əsaslanmır. Və həmin istiqamətlərin heç birində rəsmi İrəvanın normal tərəfdaş statusu yoxdur. Rusiya, İran və Qərbdən asılılıq, İsraildən qorxu, Azərbaycan və Türkiyəyə qarşı isə nifrət sindromu erməniləri bürüyüb. Onların bu vəziyyətdən çıxmaq şansları görünmür. Tərəddüd içində bu və ya digər geosiyasi gücə boyun əyməkdən başqa Sarkisyan rejiminin bir qabiliyyəti yoxdur. Şübhəsiz, müəyyən mərhələdən sonra onu kənara atacaqlar. O zaman Ermənistan dövlətçiliyi üçün çox acınacaqlı mərhələ başlayacaq.

Anlayırıq ki, erməni siyasətçilər xristianlığa arxalanaraq, hər bir halda Qərbin böyük dövlətlərinin onları tək buraxmayacaqlarına inanırlar. Lakin bu, müstəqil olmaq mənasını vermir. Əksinə, tarix sübut edir ki, ermənilərin Cənubi Qafqazda dövlətçilik ənənəsi olmayıb, yoxdur və olması ehtimalı çox azdır. Bunun üçün onlar bütün qonşularına münasibəti dəyişməlidirlər. İlk olaraq, havadarları vasitəsi ilə işğal etdikləri Azərbaycan ərazisini tərk etməlidirlər. Hələlik buna cəsarətləri və ağılları çatmır!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM