İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
"Reuters" agentliyin məlumatına əsasən, terror aktı nəticəsində azı 13 nəfər ölüb.
Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı isə 119 nəfərə çatıb.
Polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.
Sürücü hadisə yerindən qaçıb.
Polis hadisəni terror aktı kimi dəyərləndirir.