Quduzluq və onun müalicəsi yolları

14:07 / 23.08.2017

Quduzluq virusu quşlarda və heyvanlarda müxtəlif patologiyalar yarada bilmək bacarığı ilə onlar üçün çox təhlükəlidir. Təbiətdəki maddələr dövranı sayəsində mövcud olan bu virus istiqanlı canlı orqanizmlərin köməyi ilə yayılır. İnsan bu virusa çox vaxt itlərdən, bəzən pişiklərdən (həm ev, həm də sahibsiz), onlar isə vəhşi heyvanlardan yoluxur.

Yoluxma çox vaxt xəstə heyvanın dişləməsi zamanı onun tüpürcəyi vasitəsilə baş verir. Bu baxımdan başın, əl və qolların zədələnməsi xüsusilə təhlükəlidir. Dişləmələrin sayı nə qədər çoxdursa, yoluxma riski bir o qədər yüksəkdir. Xəstəliyin ən qızğın dövrü yaz və yay fəsillərinə təsadüf edir. Xəstəliyin əlamətləri özünü büruzə verəndə insan öz davranışına nəzarəti itirir və başqaları üçün təhlükə mənbəyinə çevrilir.

Amma tibbi yardıma vaxtında müraciət edəndə və vaksinasiya kursu keçəndə quduzluğa yoluxma hallarının çoxunun qarşısı alınır.

Bu xəstəliyin inkubasiya dövrü həm qısamüddətli (9 gün), həm də uzunmüddətli olub 40 günədək davam edə bilər. Virus sifəti, boyunu, biləkləri dişləmək yolu ilə orqanizmə daxil olursa, xəstəlik sürətlə inkişaf edir. Qeyd edək ki, böyüklərə nisbətən uşaqlarda xəstəliyin gedişatı daha sürətli olur.

Müasir vaksinlər xəstəliyin müalicəsində çox səmərəli olduğu üçün aşkar kliniki quduzluq əlamətləri olan xəstələr hazırda nadir hallarda müraciət edirlər.

İnsanlar quduzluğa çox vaxt elementar biliklərinin olmaması, habelə öz sağlamlıqlarına biganə yanaşmaları səbəbindən yoluxurlar. Yoluxmadan sonra orqanizmdə aşağıdakı proseslər baş verir: virus onurğa beyinə və baş beyinə daxil olur, oradakı hüceyrələri məhv edir, sinir sisteminin sıradan çıxması isə ölümlə nəticələnən bir sıra əlamətlər doğurur və bu əlamətlər xəstələrin hamısında eyni olur. Qanda limfositlərin səviyyəsi artır, eozinofillər tamamilə yox olur, buynuz təbəqəsinin səthindən götürülən yaxma orqanizmə düşən infeksiyanın əmələ gətirdiyi anticisimlərin olduğunu göstərir.

Virus 30 gündən 90 günədək müddətdə orqanizmdə əlamətsiz mövcud ola bilər. İnkubasiya dövrü nadir hallarda ya 10 gün çəkir, ya da bir ilə qədər uzanır. Onun davamiyyəti bədənin hansı nahiyəsinin zədələnməsindən asılıdır. Virusun baş beyinə gedib çatması yolu nə qədər uzundursa, insan zahirən bir o qədər sağlam görünür.

Xəstəlik hər biri müxtəlif əlamətlərlə özünü büruzə verən 3 inkişaf mərhələsindən keçir. Xəstəliyin 24 saatdan 3 günədək davam edən ilkin mərhələsi üçün aşağıdakı əlamətlər səciyyəvidir: əvvəlcə xəstəni bilavasitə yaranın özü narahat edir, yara hətta sağalsa belə, yeri göynəməyə və sızıldamağa başlayır, dəri həssaslaşır, yaranın yeri iltihablanır və şişir. Bədənin temperaturu 37,3 dərəcədən çox olmur, amma 37 dərəcədən də aşağı düşmür. Baş ağrıları başlayır, süstlük yaranır, xəstənin ürəyi bulanır və o, qusmağa başlayır. Sifət nahiyəsi zədələnibsə, onda iybilmə və görmə hallüsinasiyaları yaranır. Xəstəni əslində mövcud olmayan qoxular və qarabasmalar təqib etməyə başlayır. Psixi problemlər yaranır. Xəstə depressiyaya düşür, səbəbsiz yerə qorxmağa başlayır, bəzən həddindən artıq əsəbi olur, hər şeyə laqeyd olur, özünə qapanır, iştahası küsür, yuxusu pozulur, dəhşətli yuxular görür.

Oyanma mərhələsi adlanan və 2 gündən 3 günədək davam edən növbəti mərhələ üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: sinir sistemi zədələndiyi üçün sinir sisteminin reflektor fəaliyyətinin oyanması güclənir, vegetativ sinir sisteminin tonusu üstünlük təşkil edir. Hidrofobiyanın inkişafı xəstəliyin şiddətlənməsinin aşkar əlamətidir. Yoluxmuş adam bir qurtum maye içəndə belə onda spazma yaranır. Tənəffüs və udma əzələləri spazmaya məruz qalır, qusma yaranır. Xəstəlik şiddətləndikcə xəstədə axan suyun səsinə və hətta onun görünüşünə qarşı spazmalar yaranır. Xəstə zorla nəfəs alır, sifətində qıcolma əlamətləri müşahidə olunur. Parlaq işıq, külək və ya yel, uca səs xəstədə qıcolma yaradır və o, qorxmağa başlayır. Onun bəbəkləri genişlənir, gözləri hədəqəsindən çıxır, baxışları bir nöqtəyə zillənir, nəbzi tezləşir, güclü tərləyir, ağzının suyu durmadan axır və getdikcə daha da çoxalır. Psixi pozulmalar şiddətlənir, xəstə quduzlaşır və özünü o qədər aqressiv və azğın aparır ki, ətrafdakılara hücum çəkir, onları dişləməyə, əynindəki paltarları cırmağa, saçlarını yolmağa, özünü divara çırpmağa başlayır. Əslində xəstə onu təqib edən qorxunc obraz və səslərdən əziyyət çəkir. Tutma qızğın həddə çatanda xəstənin nəfəsi kəsilə, ürəyi dayana bilər. Tutma keçəndə isə o, özünü adekvat və sakit aparır, nitqi səlisləşir və məntiqli olur.

Xəstəliyin son fazası isə iflic dövrüdür. Hərəkət funksiyasının fəaliyyətdən düşməsi ilə müşayiət olunan bu dövr bir gündən çox çəkmir. Xəstənin həssaslığı pozulur, qıcolmalar və hallüsinasiyalar daha onu narahat etmir. Sadəcə müxtəlif əzələ qrupları və orqanlar iflic vəziyyətinə düşür. Zahirən insan sakit görünsə də, hərarəti 42 dərəcəyə qədər yüksəlir. Ürəkdöyünməsi güclənir, arterial təzyiqi isə düşür. Xəstə ürək əzələsinin, yaxud tənəffüs mərkəzinin iflic olması səbəbindən tələf olur.

Xəstəliyin ilk əlamətləri özünü büruzə verəndən sonra onun müalicəsi qeyri-mümkün olur. Həmin vaxtdan sonra həkimlər ancaq xəstənin əzablarını yüngülləşdirməyə, onu xarici qıcıqlandırıcıların təsirindən qorumağa çalışır, bədəninə opioid analgetiklər vururlar. Ağciyərin süni yolla təmizlənməsi xəstənin ömrünü uzatmağa kömək etsə də, ölüm labüd olur.

Beləliklə, quduzluğa yoluxmamaq üçün aşağıdakıları bilmək lazımdır: vaksin yana vurulmur! Vaksini uşaqların budunun bayır səthinə, böyüklərin və yeniyetmələrin deltaşəkilli əzələsinə vururlar. Standart doza 1 millilitrdir. Vaksinin təsiri 98 faizə çatır, ancaq birinci inyeksiyanı dişləmədən 2 həftə keçməmiş yeritmək lazımdır. Xəstənin birinci müraciətindən hətta aylar keçəndən sonra ona müalicə kursu təyin olunmalıdır. Peyvənddən sonra 14 gün ərzində virusa qarşı ilk anticisimlər yaranır. İnkubasiya dövrünün qısalması riski yarananda antirabik immunoqlobulin vurulur. Kurs başa çatanda insanda immunitet formalaşır və son inyeksiyadan 14 gün sonra işləməyə başlayır.

Xəstələrə müalicə dövründə və hətta 6 ay müddətində hər hansı spirtli içki içmək, ağır iş görmək, uzun müddət hamamda və saunada olmaq, özünü soyuğa vermək ciddi surətdə qadağandır. Çünki belə hallarda anticisimlərin əmələ gəlməsi zəifləyir, immunitet pisləşir. Əgər xəstə immunodepressantlarla, yaxud kortikosteroidlərlə paralel müalicə olunursa, anticisimlərin virusa nəzarəti təmin olunmalıdır. Yetərincə anticisim əmələ gəlmirsə, onda əlavə müalicə təyin olunmalıdır./azertac/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM