ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri vəzifəsini müvəqqəti icra edən səfir Riçard Houqland avqustun 23-də erməni və azərbaycanlı jurnalistlərlə görüşüb. Brifinq ABŞ Dövlət Departamentinin əcnəbi jurnalistlər üçün mətbuat mərkəzi tərəfindən təşkil edilib.
Səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair rəsmi siyasətinin prinsiplərini jurnalistlərə təqdim edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə öz fikirlərini bölüşüb və suallara cavab verib. Cari ilin yanvarından avqustun sonuna qədər bu vəzifəni müvəqqəti icra etdiyini vurğulayan R.Houqland bildirib ki, ATƏT-in Minsk qrupunun Amerika tərəfdən yeni daimi həmsədri Endrü Şofer bu vəzifədə fəaliyyətə bazar ertəsi, avqustun 28-də başlayacaq.
Səfir Houqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərindən söhbət açaraq deyib ki, tənzimləmənin əsasını BMT-nin Nizamnaməsi, müvafiq beynəlxalq hüquqi sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan daha altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağa müvəqqəti status verməli, onun qəti hüquqi statusu gələcəyə keçirilməli və tərəflərin qarşılıqlı razılığı ilə onların iradəsinin ifadə olunması vasitəsilə müəyyən edilməlidir. İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz” mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element sülhyaratma əməliyyatı da daxil olmaqla təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur.
Riçard Houqland jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrlərinin və ya ABŞ administrasiyalarının dəyişməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın bu siyasəti dəyişmir.
AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı postsovet məkanında separatçı və dövlətlərarası münaqişələrlə bağlı terminologiyanın xüsusiyyətlərinə toxunaraq qeyd edib ki, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərdəki qeyri-qanuni qurumlarda fəaliyyət göstərən qanunsuz rejimlərin tanınmaması barədə ABŞ-ın mövqeyi yetərincə aydın olsa da, bəzən ABŞ Dövlət Departamenti həmin münaqişələrə münasibətdə Vaşinqtonun ümumi mövqeyinə zidd olan yanaşmadan istifadə edir. Məsələn, ABŞ xarici siyasət idarəsinin nümayəndələri Cənubi Osetiya və Abxaziya barədə danışarkən “işğal olunmuş ərazilər” terminindən istifadə edir, amma Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında işğal olunmuş ərazini müzakirə edərkən “işğal olunmuş ərazilər” terminini işlətməkdən çəkinir və bu termini yalnız keçmiş DQMV-yə bitişik işğal olunmuş ərazilər barədə danışarkən tətbiq edir. Bu artıq, ölkənin rəsmi siyasətinə ziddir, çünki ABŞ rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təkrar edib. Səfir Houqland qeyd edib ki, bu, ikili standartlara dəlalət etmir, çünki hər bir münaqişəyə xas olan müəyyən nüanslar var. Diplomat vurğulayıb ki, bu, “yaxşı diplomatiya nümunəsi” və real siyasət nümunəsidir.
O, ermənilərlə azərbaycanlılar arasında etimadı möhkəmlətmək tədbirləri və “xalq diplomatiyası” barədə öz fikirlərini də bölüşüb.
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer yaxın vaxtlara qədər BMT-nin Vyanadakı ofisində ABŞ-ın nümayəndəliyində, Beynəlxalq Atom Enerjisi Agentliyində və Vyanadakı digər beynəlxalq təşkilatlarda rəhbər vəzifə tutub.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdlarından qovulub. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi 62/243 nömrəli qətnamə qəbul edərək beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərinə əks olunmuş mövqeyini bir daha təsdiq edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilik orqanları BMT-nin həmin qətnamələrini əsas götürərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM