Küçələrdə gəzən sahibsiz küçə itləri həyatınız üçün təhlükəlidir.
Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncənin Cavad xan, Gülüstan, Poçt və Qırmızıkənd qəsəbələri, Yeni Gəncə və Mahrasa bağı yaşayış massivləri, Hərbi şəhərcikdə sərbəst şəkildə dolaşan sahibsiz itlər sakinlərin narahatlığına səbəb olur.
Bənövşə Cəlilova - şəhər sakini: “Çörək almağa gedirdim. Arxamca it düşdü, yıxıldım, üstüm-başım palçıq oldu. Bu nədir belə? Uşağın arxası ilə düşür, böyüyün arxası ilə düşür. Yığışdırsınlar bu itləri. Mümkün deyil belə, bezmişik bütün. Quduz olar, uşağımızı dişləyər, öldürər”.
Rahilə Tağıyeva - şəhər sakini: “Bu itlərin öhdəsindən gəlmək mümkün deyil. Balaca uşaqlar gecələri itlərin səsindən yatmırlar. Mənim nəvələrin bu evdə olurlar, gecəni qorxub oyanırlar. İtlər həyədə girir, toyuqlarımızı yeyir. Dəfələrlə olub”.
Ən pisi isə odur ki, təhlükəyə məruz qalan yalnız toyuq-cücə deyil. Həyət-bacada oynayan uşaqların həyatı da bəzən tükdən asılı olur.
Azyaşlı: “İtlər bizi qorxudur. Velosipet sürə bilmirik. Gəlib burda otura bilmirik. Burda yatırlar, yaxınlaşa bilmirik”.
Azyaşlı: “Bir dəfə də mənim qardaşımın üstünə hücum etmişdi. Ayağını dişləmişdi”.
Problem varsa onun həlli mütləqdir. Bəs, nə etməli? İlk növbədə sahibsiz heyvanların artmasına səbəb olan amillərdən danışaq. Məsələn, məişət tullantılarından...Yəni əslində istəmədən də olsa, onların çoxalmasına elə sakinlər özləri şərait yaradır. Məişət tullantılarının qutulara yox, yerə atılması, zibilliklərin vaxtında və lazımınca təmizlənməməsi sahibsiz heyvanların çoxalması üçün əlverişli mühitin formalaşmasına səbəb olur.
Başqa bir məsuliyyətsizlik - bəzi şəhər sakinləri bir müddət saxladığı heyvanı sonra küçəyə atır. Küçədə itlərin çoxalmasına şərait yaradan ən başlıca amil isə Azərbaycanın “Heyvan Hüquqlarının Qorunamsına Dair Avropa Konvensiyasına” qoşulmasıdır.
Bəli, sahibsiz heyvanların öldürülməsinə - yox! deyirik. Təqdirəlayiqdir! Lakin bu kifayət deyil. Onları qorumaq, yeri gələndə isə onlardan qorunmaq da lazımdır. Bəs bununla bağlı Azərbaycanda hər hansı mexanizm işlənib, hazırlanıbmı?
Sahibsiz heyvanların qorunması üçün xüsusi sığınacaqlar olmaldır. Azərbaycanda isə yalnız Bakıda belə sığınacaq var. Bundan başqa paytaxtda IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir və mart ayından indiyədək Mərkəzə 1000-dən artıq müraciət daxil olub
Surxay Şükürov- IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru: “Bizə hər gün müraciətlər olur. İnsanlar təhvil vermək üçün heyvanlar gətirirlər, xəstə heyvanları gətirirlər, küçə itləridirsə, qısırlaşdırmaq üçün gətirilər. Biz onları quduzluğa qarşı vaksinasiya edirik, qulaqlarına nömrələr vurub, yenə əraziyə buraxırıq. Bununla yanaşı bala heyvanları sahibləndirməıyə çalışırıq”.
Mərkəz insanlar arasında maarifləndirmə tədbirləri də həyata keçirir. Amma hətta bu da problemin tam həlli üçün yetərli deyil. Heyvanların artım tempi, aparılan qısırlaşdırma prosesindən qat-qat çoxdur.
Surxay Şükürov- IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru: “Biz çalışacağıq ki, xaricdən baytarlar dəvət edək. Onların iştirakı ilə sterializasiya kampaniyaları keçiriləcək. Biz sahibsiz heyvanları, xüsusi ilə də itləri kütləvi şəkildə qısırlaşdırmağa çalışacağıq ki, onların artımının qarşısı alınsın”.
Ümid edək ki, problemin həlli istiqamətinə yönələn addımlar respublikanın ikinci böyük şəhərində də atılacaq. Hazırda Gəncədə sahibsiz heyvanların küçələrdən toplanması, qısırlaşdırılması və ya vaksinasiyası ilə bağlı heç bir iş görülmür.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM