Sensasialı “Mələyin Öpüşü” filminin rejissoru danışdı - MÜSAHİBƏ

14:49 / 25.08.2017

Strategiya.az bildirir ki, son zamanların ən çox müzakirə olunan «Mələyin Öpüşü» filminin rejissoru Əsgər Əli Hacızadə Missiya.Az saytına müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

«Mələyin Öpüşü» filmi və yaradıcı heyət barədə nələr deyə bilərsiz?

- Bizim filmdə Fuad Poladov, Oksana Rəsulova, Elşad Xose, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhliyar Əbilov, Mikail Bəylər, Samil Süleymanlı və digər istedadlı aktyorlar çəkilib. Hamısı ilə işləmək gözəl bir təcrübə idi. Biz filmi 25 gün ərzində Bakıda və Mərdakanda çəkdik. Film çəkilişlərində məkan seçimi çox önəmlidir. Ona görə də bu məsələnin ətrafında daha çox müzakirə apardıq.

Ərsəyə gətirdiyiniz filmdə insanlara hansı mesajı vermək istəmisiz? 

- Mən istəyirəm ki, insanlar filmi seyr etdikdən sonra cəmiyyətə vermək istədiyimiz mesajı özləri anlasınlar. Ümumilikdə, film varlılar və kasıblar arasında yaşanan uçurumdan bəhs edir. Biz filmdə cəmiyyətə bir problemin olması barədə bəzi məqamları göstərməyə çalışmışıq. Mən filmi hər təbəqə üçün nəzərdə tutmuşam.

Filmin təqdimatı nə vaxtdır?

- Sentyabrın 14-də “Nizami” kinoteatrında qala gecəsi baş tutacaq. Film 15 sentyabrda kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_-----------------------------------------------------------------------.jpg

«Mələyin Öpüşü» filminə xaricə təqdimatı keçiriləcəksinizmi?

- Avropa, Rusiya və Türkiyədə təqdimat etməyi düşünürük. 

Bu sizin rejissoru olduğunuz ilk filmdir?

- Bəli. Amma mən 10 ildirki, bu sahədəyəm. ABŞ, Rusiya vəTürkiyədə işləmişəm. İlk filmimi isə Azərbaycanda çəkdim. 

Azərbaycanda yeni film təklifi almısınızmı? 

- Dörd film təklifi almışam. Amma həmin filmlərin rejissoru olub-olmayacağımla bağlı qərar verməmişəm.

Son dövrlərdə çəkilən Azərbaycan filmlərindən hansılarını xoşlayırsınız? 

- Xənnas

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_----------------------------------------------------------------------.jpg

Azərbaycanda son dövrlər film sektorunun inkişafından və yeni çəkilən filmlərdən razısınızmı?

- Mən Azərbaycan filminin bugünki vəziyyəti barədə çox söz deyə bilməyəcəm. Çünki bizim film sektoru uzun müddət durğunluq dövrünü yaşadı. Amma indi bizdə ikinci bahar başlayır. Aktyorlarımız, bəstəkarlarımız, rejissorlarımız və.s beynəlxalq aləmdə tanınarsa, o zaman öz ölkəmizdə çəkilən filmlərin yaxşı və ya pis olduğunu deyə bilərik. İndi Azərbaycanda çəkilən filmlərin hamısı yaxşıdır. Çünki biz yeni başlamışıq. Çox və keyfiyyətli film və serialların çəkilməsi üçün tamaşaçıya ehtiyac var. Bunun üçün isə kinoteatrların çox olması və filmlərin təbliği çox vacibdir. Ümumilikdə, film sektorunun inkişaf etdirilməsi üçün sponsorların və filmə sərmayə qoyacaq şirkətlərin sayı artmalıdır. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_----------------------------------------------------------------------------.JPG

Ümumilikdə, Azərbaycan və beynəlxalq aləmdə çəkilən filmlərdə müraciət olunan mövzular barədə nə deyə bilərsiniz? 

- Çox maraqlı mövzuya toxundunuz. Mənim fikrimcə, film insanlara mesaj verməlidir. Bu mesajın müsbət olması çox vacibdir. Rejissorlar və jurnalistlar arasında oxşarlıq çoxdur. Onlar da hər hansı reportaj hazırlayarkən, problemi göstərməyə çalışırlar. Biz də çəkdiyimiz filmlərdə aktyorlar vasitəsi ilə cəmiyyətə problem və onun həlli barədə mesaj veririk. Məsələn, əvvəllər çəkilən filmlərdə işlədilən ibratamiz ifadələr bu günə qədər dillər əzbəridir. Amma bu gün filmlərin mövzusu tam dəyişib. 50-70-ci illərdə çəkilən filmlərlə bugünkülər arasında böyük fərq var. Əvvəllər filmlərdə insanlıq, yaxşılıq, ailə birliyi və.s təbliğ olunurdur. İndi çəkilən filmlərdə isə müharibə, xəyanət, ehtiras, cinayət və insanlara psixoloji gərginlik verəcək mövzular üstünlük təşkil edir. Bu mövzular insanlara güvənsizlik, gərginlik və mənfi istiqamətə maraq yaradır. Məsələn, cinayətlərin baş verdiyi bir filmi izləyən yeniyetmə, həmin qəhraman kimi geyinməyə və onun əməllərini cəmiyyətdə tətbiq etməyə cəhd edir. Bu sonrakı dövrdə kütləvi hal ala bilər və cəmiyyət tamamilə korlanar. Həmçinin filmlərdə xərçəng xəstəsi olan uşaq obrazının ölüm səhnəsi bir neçə bölüm göstərilir. Bu insanlarda böyük psixoloji gərginlik yaradır. Hər hansı bir şəxs yolda xərçəng xəstəsi gördükdə ona qayğı ilə yanaşmaq istəmir. Çünki filmlərdə gördüyü üçün bu xəstəlik ola adi gəlir. O qədər xəyanətdən film çəkirlər ki, bu pis əməl insanların gözündə adiləşir. Düzdür, filmlərin əksəriyyətinin senarisi də real həyatdan götürülür. Amma insanların bir-birinə xəyanətini milyonlarla insanın görməsi, belə əməllərin çoxlaması ilə nəticələnir. Ona görə də cəmiyyətin müsbət yöndə dəyişməsi üçün film rejissorlarının və senaristlərinin üzərinə böyük məshuliyyət düşür. Biz cəmiyyətə doğru mesajı çatdırmalıyıq. Məsələn, rejissorlar müharibələrin dayandırmağın yolları və xərçəng xəstəliyinin dərmanını tapan 4 gənc barədə film çəksələr, cəmiyyətə necə müsbət mesaj olar. Filmlər cəmiyyətdə böyük gücə malikdir. Bu səbəbdən, cəmiyyəti müsbət istiqamətdə aparmaq üçün tamaşaçıya faydalı film təqdim etmək lazımdır. 

Bəs niyə filmlərdə mənfi senarilərə üstünlük verilirlər?

- Mən bunu belə izah edim. Nifrətlə böyüyən insanların zövqləri, sevgi ilə böyüyən insanların zövqlərindən tam fərqlidir. Sevigi və ya nifrətlə yazılmış ssenarilər arasında böyük fərqlər var. İnsanlara sevgin yoxdursa, filmində nifrət yaradacaq personajlara üstünlük verəcəksən. Daha yaxşı filmlər çəkmək üçün yeni fikirlər lazımdır. Biz cəmiyyətə güvənsizliyi təbliğ etməməliyik. Elə güvəni, etibarı təbliğ edək və cəmiyyətdə bizim işimizdən faydalansın. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_-------------------------------------------------------------------------.jpg
Bəzən elə insanlar olur ki, çox bacarıqlıdır, onlar öz istedadları ilə dünya səviyyəsinə çıxmaq imkanına malikdirlər. Bəziləri onları kəşf edə biləcək insanı axtarır. Siz bu filmdə yeni istedadlar kəşf etdinizmi?
- Mənim işlədiyim komanda da həm aktyorlar, həm də texniki və yaradıcı heyət arasında beynəlxalq aləmdə, Azərbaycanı təmsil edə biləcək insanlar var. Həmçinin biz yenilərini kəşf etdik. Məsələn, rejissor köməkçisi və ikinci rejissor Gülsüm Ağayeva böyük bacarığa sahibdir. Daha əvvəl “Zəng” adlı qısametrajlı bədii filmini çəkərək, Azərbaycanın gəncləri və kinematoqrafçıları arasında istedadlı biri kimi tanındı. O, sabah Hollivudda olacaq. Səs rejisoru Seymur Əliyev. Peşəsi səs dizayneri və səs rejissorudur. Fərqli duyumu, təsviri görmək imkanı, hər layihəyə uyğunlaşa biləcək imkanlara sahibdir və gələcəkdə xaricdə bu işlə məşğul olan insanlarla rəqabət apara biləcək potensiala sahibdir. Filmin rəssam və aktyoru Nizar Məmmədov da istedadlı bir aktyor kimi kinematoqrafik görünüşə malikdir. Təranə Əliyevanın da aktrisa olaraq yaradıcı imkanları genişdir, o gələcəkdə dünyanın öncül aktrisaları rəqabətə girə biləcək istedada malikdir. Bəstəkar Sevinc Ağasıyevanın bacarıqlı sountrək bəstəkarı olduğu fikrindəyəm. Bir də filmimizin səs korreksiyasını həyata keçirən, çox istedadlı Nicat Zeynallının adını qeyd etmək istəyirəm. Bu insanlar bura məxsus deyillər. Onlar bütün dünyaya xidmət edə bilərlər. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_-----------------------------------------------------.jpg

Bəs yeni istedadlar kəşf etmək üçün hansı işləri görmək lazımdır?

- İlk növbədə onların yaxşı təlim keçmələri üçün şərait yaradılmalıdır. Biz yeni istedadlar kəşf etmək üçün mütləq aktyorluq kursları və müsabiqələr təşkil etməliyik. Məsələn, əməkdar artist, Azərbaycan Pantomima teartırının aktyoru Pərviz Məmmədrzayevin aktorluq kursu var. Bir çox insanlar həmin kurslardan yararlana bilərlər. Pərviz Məmmədrzayev həm çox yaxşı aktor, həm də çox yaxşı müəlllimdir. Nəyəsə nail olana qədər böyük çətinliklərdən keçmək lazım gəlir. Bunun üçün səbr və dözüm lazımdır. Amma elə bacarıqlı insanlara var ki, bu iradəyə sahib deyillər. Ona görə də kənarda qalıblar. Biz millət olaraq inkişaf etməyə cəhd etməliyik. Gənclərimizi oxumağa, araşdırmağa məcbur etməkliyik. Biz rahatlığa düşkün millətik. Özü üzərimizidə çalışıb, inkişaf etməliyik. Azərbaycanın da dünyaca məşhur olan amma tanınmayan vətəndaşları var. Məsələn, rəssam Sakit Məmmədov. Rusiya prezidenti Vladimir Putindən, İngiltərə kraliçası Yelizavetadan mükafatlar alan, Vatikanda rəsimləri olan azərbaycanlı rəssam Sakit Məmmədov barədə şəhər sakinlərinə sual versək, əksəriyyəti tanımaya bilər. Çünki təbliğat aparılmır. Sakit Məmmədov Adəm və Həvvanı göbəksiz çəkən ilk rəssamdır. Ondan əvvəl bütün rəssamlar Adəm və Həvvanı göbəklə çəkiblər. Allahın yaratdığı ilk insan olduğu üçün Adəm və Həvvanın valideynləri yoxdur. Ona görə onların göbəyi də ola bilməz. Sakit Məmmədov Adəm və Həvvanı valideynləri olmadığını əsas gətirərək göbəksiz çəkib. Həmin vaxtdan ehtibarən Adəm və Həvva beynəlxalq rəssamlar tərəfindən göbəksiz çəkilir. Amma bunu Azərbaycanda çox az adam bilir. Sakit Məmmədovun bu işinə görə Nobel mükafatına namizədliyi qəbul olunub. Belə insanları biz təbliğ etməliyik və tanıtmalıyıq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_------------------------------------------------------------------.JPG

Rejissor Əsgər Əli Hacızadə ilə söhbət zamanı onun işlədiyi komandaya necə dəyər verdiyi və onlarla birlikdə işləməkdən zövq aldığını hiss etməmək mümkün deyil. Bu səbəbdən oxucuları rejissorun komandasının iki üzvü ilə tanış etmək istəyirik.

Onlardan biri «Mələyin Öpüşü» filminin aktyoru Nizar Məmmədov, digəri isə filmin musiqi bəstəkarı Sevinc Ağasıyevadır. 

Üzümüzü «Mələyin Öpüşü» filminin aktyoru Nizar Məmmədova tuturaq: 

Mən bildiyim qədər siz aktyorluqla bərabər, rəssamlıqla da məşğul olursunuz. Ümumilikdə, yaradıcılığınız barədə nələr deyə bilərsiniz?

- Mənim Rəssamlıq Akademiyasını bitirmişəm. İxtisasım üzrə də bir çox uğurlarım olub. Amma aktyorluğa həvəsim olduğu üçün bu sənətlə də məşqul oluram. İlk seriala 2007-ci ildə çəkilmişəm. «Küləklər şəhəri», «Sonun başlanğıcı» filmlərinə çəkildim. Mənə 4 il ərzində təkliflər gəldi. Amma senarisi xoşuma gəlmədiyi üçün imtina edirdim. Uzun müddətdən sonra məni Oksana Rəsulova filmə dəvət etdi. Razılaşdım. Filmdə Sənan rolunu canlandırıram. Bu filmdə hər şey peşakarlıqla işlənib. 

Bəs rəssamlıq sahəsində hansı uğurlarınız var? 

- Mən ötən il Rusiyada dünya kubokunu qazanmışam. Şah İsmail Xətai və Həsən Bəy Zərdabi mükafatlarını qazanmışam. Türkiyədə keçirilən sərgilərdə qalib olmuşam.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_--------------------------------------------------.JPG

Bundan sonrakı planlarınız nədir? 

- Mənim dünyanın ən məşhur muzeyi olan Luvrda sərgim olub. İnşallah, gələcəkdə Monakoda təşkil olunmalıdır. 

Missiya.Az oxuculara «Mələyin Öpüşü» fimininbaşbestekarıSevincAğasıyevanın müsahibəsini təqdim edir: 

Yaradıcılığınız və kino sahəsindəki fəaliyyətiniz barədə nələr deyə bilərsiniz? 

- Mənim instrumental kompozisiyam ötən il işıq üzü görüb. Onlar «Nurçələngi» və «Djavu»-dur. Amma bu vaxta qədər Aygün Kazımova, Röya Ayxan və digər gənc müğənnilərlə işləmişəm. Daha çox populyar olan isə «Əziz müəllimim» mahnısıdır. İsnturmental əsərləri 6-7 il əvvəl bəstələyirdim. Amma onlar işıq üzü görməyib. Daha sonra film üçün musiqilər bəstələməyə başladım.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15avqust2017_---------------------------------.JPG

- Necə oldu ki, film üçün mahnı bəstələmək fikrinə düşdünüz? 

- Bu öncədən planlaşdırılmış iş deyil. Sadəcə içimdən gəldi. Dərk etdim ki, film üçün bəstəməliyəm.Kino səhəsində ilk işim «Mələyin Öpüşün»dəki bəstələrdir. Əsgər Əli Hacızadənin mənə göstəridiyi dəstək sahəsində daha yaxşı musiqilər bəstələdim və ortaya çox gözəl iş qoyduq.

Yeni film və serial təklifləri varmı?

- Mənə birçox təkliflər var. Əsasən serial üçündür. Adını çəkmək istəmirəm amma birserialla razılaşmışam. Moskvadan isə bir sənədli film üçün təklif almışam.

Elvin MƏMMƏDOV


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM