Son vaxtlar həkim səhlənkarlığının qurbanı olan xəstələrin sayı artıb. Yalnız son faktlar bir sıra həkimlərin xəstələrə necə biganə yanaşdığını deməyə əsas verir. Tez-tez xəbər portallarında həkim terrorunun qurbanı olaraq şikəst qalan, yanlış əməliyyat edilən, kor olan, dünyasını dəyişən insanlarla bağı xəbərlərlə rastlaşırıq. Onların içərisində tanınmışlar da var. Onlardan biri də müğənni Nazim Pişyaridir. Bir neçə dəfə ölüm xəbəri yayılan Nazim Pişyarini (Faytonçu Nazim) həkimlər yanlış müalicə, səhv əməliyyat nəticəsində tanınmaz hala salıb.
Nazim mediaya açıqlamasında həkimin cəzalandırılması və 62 min manat pulunun geri qaytarılması üçün məhkəməyə müraciət edəcəyini deyib. İddialara görə, bu cür savadsız həkimlər hətta sadə əməliyyatları belə edə bilmir və insanları öldürürlər.
Musavat.com xəbər verir ki, bu cür həkimlərin cəzalandırılması isə həkim səhvinin qurbanı olan BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının vəfatı ilə başlandı. Qeyd edək ki, E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı anestezioloqun düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağciyərinin funksiyasının pozulması və tənəffüs çatışmazlığı ilə dünyasını dəyişmişdi.
Maraqlıdır, həkim səhvi əgər xəstənin vəziyyətini daha da pisləşdirir və ya onun ölümünə səbəb olursa, həkimi hansı cəza gözləyir?
Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hüquqşünas Səməd Vəkilov dedi ki, bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır: “Bu zaman iki məsuliyyətdən söhbət gedir, birincisi cinayət məsuliyyəti, ikincisi isə mülki məsuliyyət. Müğənni Nazim əgər bu barədə şikayət edibsə, o həkim vurulmuş zərərlə bağlı cinayət məsuliyyətinə cəlb edilməlidir. İndi president var. İlk dəfə tənqidçi alim Elnarə Tofiqqızı ilə bağlı məsələdə Ali Məhkəmə sonuncu qərarı ilə klinika və əməliyyatda iştirak edən 3 həkimin 75 min manat mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi. Ayrıca olaraq maddi zərərlə bağlı da 2 fərqli iddia qaldırılıb və hazırda biri Yasamal Rayon Məhkəməsində, digəri isə Bakı Apelyasiya Məhkəməsində davam edir. Yəni demək istəyirəm ki, bu işlə bağlı artıq məhkəmə təcrübəsi var. İlk fundamental president Elnarə Tofiqqızının ölüm işindən sonra yarandı. Azərbaycanda ilk dəfə olaraq həkim səhlənkarlığı nəticəsində pasiyentin dünyasını dəyişməsinə görə maddi, mənəvi zərərin ödənilməsi, cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı məhkəmə qəti tədbirlər gördü və təcrübə yarandı. Həkim səhlənkarlığı, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ilə qədər cəza tətbiq edildikdə, məntəqə rejimi seçilir. Məntəqə rejimli də həbs sayılmır. E.Tofiqqızının vəfatı ilə bağlı prosesdə CM-in 2 maddəsi - ehtiyatsızlıq və sənəd saxtalaşdırılması maddələri - üzrə ittiham elan olunduğundan, həkimin cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi barədə qərar verildi. Ancaq maddi və mənəvi təzminat üçün bunlar heç bir rol oynamır, o, tamamilə fərqli presedentdir və bu presedent də E.Tofiqqızının işi üzrə keçirilən məhkəmə proseslərində yaranmışdır. Bu tip məsələlərdə pis cəhət ondan ibarətdir ki, həkim təəssübkeşliyi burada mənfi mənada ciddi rol oynayır. Ekspertiza çalışır ki, həmişə həkimlərin xeyrinə qərar qəbul eləsin ki, burada həkim səhvi olmayıb. Ona görə də həkim səhlənkarlığına son qoyulması ilə bağlı cəmiyyətin ciddi təpkisi lazımdır. Bu işdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və jurnalistlərin üstünə böyük iş düşür”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM