Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlib. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.
Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Bu, eyni zamanda, həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın birinci xanımının əxlaqi ideallara sadiqliyindən, son dərəcə təbii olmasından, onun daxili dünyasının mənəviyyat bulağına bənzəməsindən qaynaqlanır.
Ötən illərdə Mehriban xanım Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib, xanımlar xanımı olduğunu reallıqda sübuta yetirib.
Mehriban Əliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, tamaşaçıların qəlbini riqqətə gətirən möhtəşəm tablodan da qiymətlidir. Ən azı o səbəbdən ki, mənəvi ucalıqdan xəbər verən nəcibliyi tərənnüm edir, insanlığa xidmət edir. O, Azərbaycana məxsusdur, amma əməlləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hansı millətə, hansı dinə mənsub olmalarından asılı olmayaraq, onların fəaliyyəti ümumbəşəridir.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər prioritet sahələrdə silsilə, orijinal və nadir layihələr reallaşdırıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən bəri dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilib, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanınmasında bu ardıcıl və kompleks işlər həlledici rol oynayıb.
Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayıb, “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində xeyli mühüm işlər görülüb.
Azərbaycanın zəngin mədəni irsinin qorunmasında və təbliğində Mehriban xanımın mühüm xidmətləri var. Məhz onun gərgin səyləri nəticəsində Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi UNESCO-nun mədəni irs siyahısına salınıb. Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılıq, kəlağayı sənətləri, Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Xalqımızın son illərdə muğama daha dərindən bağlanmasında Mehriban Əliyevanın rolu əvəzsizdir. “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşri ən mühüm layihələrdən biri kimi böyük əks-səda doğurdu. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, eləcə də dünya şöhrətli musiqiçilərin mötəbər səviyyədə yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib. “Qız qalası” kimi bir-birindən üstün beynəlxalq incəsənət festivalları təşkil edilib. “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisi isə ölkəmizin beynəlxalq aləmdə hərtərəfli tanıdılmasında böyük rol oynayır.
Heydər Əliyev Fondunun prezidenti xarici ölkələrdə də mədəni irsin qorunmasına töhfələrini əsirgəmir. Fondun xətti ilə Versal sarayı, Luvr muzeyi, Berlin qəsri, Kapitoli muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri davam etdirilir. Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də töhfələrini əsirgəməyən Fond Pakistan, Niderland, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə məktəblərin tikintisi və bərpasında yaxından iştirak edib. Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlər, respublikamızda ilk Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycanın əsrlər boyunca formalaşan tolerantlıq ənənələrinin qorunub saxlanması və yeni inkişaf mərhələsinə yüksəldilməsi baxımından vacib rol oynayıb. Heç şübhəsiz, görülən bütün bu işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin dörd bir tərəfində neçə-neçə yeni təhsil ocağı tikilib, ən müasir avadanlıqla təchiz olunub. Gənc istedadların dəstəklənməsi daim diqqət mərkəzində saxlanılıb. Fiziki qüsurlu insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaları üçün regional inkişaf mərkəzləri və digər müvafiq qurumlar yaradılıb. Uşaq evləri və internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri tikilib və təmir olunub. Tibb müəssisələrinin inşası və yenidən qurulması da geniş vüsət alıb, diabetli uşaqlara ən yüksək qayğı və talassemiyasız həyat naminə ardıcıl tədbirlər görülüb. Ətraf mühitin qorunması ilə bağlı silsilə layihələr reallaşdırılıb. Təkcə, “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində paytaxtda və respublikamızın müxtəlif bölgələrində xeyli yeni yaşıllıqlar salınıb. Ölkəmizin paytaxtının müasirləşdirilməsi və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində də birinci xanımın müstəsna xidmətləri var. Fondun reallaşdırdığı sosial layihələrin isə sayı-hesabı yoxdur. Bu sırada məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış komplekslərini xüsusi qeyd etmək olar.
Humanizm və mərhəmət prinsiplərini hər an uca tutan Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının icrası yüzlərlə ailəyə böyük sevinc hissi yaşadıb. Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi Novruz və Yeni il şənlikləri balacalara təkrarolunmaz ovqat bəxş edir. Valideyn sevgisindən, nəvazişindən məhrum körpə qəlblərində ümid qığılcımı alovlandırmaq, onları işığa kökləmək əsl xeyirxahlıqdır. Öz doğma övladına ana şəfqətini əsirgəməməyi çoxları bacarır, xalqının hər bir övladına yiyə durmaq, qucaq açmaq isə heç də hamıya müyəssər olmur. Dünyada ən böyük fəzilətlərdən biri də təmənnasız xeyirxahlıqdır. Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunan hər bir tədbirdə xeyirxahlıq ruhunun hökm sürdüyü danılmaz reallıqdır. Bu, Heydər Əliyev Fondunun prezidentinin körpələrə sadəcə diqqəti deyil, əsl ana nəvazişidir. O, uşaqlar üçün nə edirsə-etsin, ürəyinin hökmü ilə edir. Uşaqlar da onu fərqli məhəbbətlə, layiq olduğu mərtəbədə sevirlər.
Mehriban xanımın təşəbbüsü ilə reallaşan istər yerli, istərsə də beynəlxalq səviyyəli layihələr həqiqətən də yeni üslub, etalon xarakteri daşıyır. Bu baxımdan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əks-sədası neçə illərdir ki, eşidilir. Avropa Oyunları tarixinin ilk səhifəsinin Azərbaycan tərəfindən uğurla yazılması da ölkəmizin birinci xanımının məharətini bir daha əyani şəkildə nümayiş etdirdi. Bu mötəbər yarış müstəqillik illərində respublikamızın əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsi idi. Birinci Avropa Oyunları xalqımız üçün qürurverici tarix kimi unudulmaz, əlamətdar bir hadisəyə çevrildi.
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da Təşkilat Komitəsinin sədri olan Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan müstəqillik tariximizin ən böyük uğurlarından birinə imza atdı. Bu beynəlxalq idman tədbirinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elan etdiyi “İslam Həmrəyliyi İli”ndə baş tutması özlüyündə mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyildi, bu Oyunlar, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günlərinə çevrildi. Oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də İslam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Bütün bunlar Mehriban xanımın həm də yüksək təşkilatçılıq bacarığını sübut etdi.
Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirilir. O, insanları sevməklə özünü sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır.
Xanım Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak edib. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq qeyri-mümkündür. Amma hansı sahəyə üz tutmağından asılı olmayaraq, bütün işləri ilə dövlət siyasətini tamamlayır, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir. Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrə elmi-nəzəri fundamental yanaşması ilə seçilir. Odur ki, Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini nəzərə alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi. Bu, ilk növbədə, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərdi, digər tərəfdən, yüksək bilik və bacarıqlara malik Mehriban Əliyevanın fəaliyyətinin ölkənin balanslı inkişafına yönəldilməsində bu təyinatın böyük əhəmiyyəti var.
Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə - qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi.
Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona da, ailəsinə də ömürlük bəs edəcək qədər ürəkdən gələn alqışı və duasıdır.//Azertac
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM