Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda avqustun 21-də törədilmiş iki ağır cinayətin üstü açılıb.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən verilən birgə məlumata görə, avqustun 21-də səhər radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Anar Tanrıverdiyev Daxili İşlər Nazirliyinin “102-Zəng Xidməti” Mərkəzinə zəng edərək qonşuları - 75 yaşlı Məmməd Sərxanovun qətlə yetirilməsi, arvadı Zeynəbin isə aldığı xəsarətlərlə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Abşeron rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı qonşuluqdakı yarımçıq tikilinin zirzəmisinə atılmış ağır cinayətin aləti olduğu şübhə edilən, üzərində qan ləkələrinə bulaşmış tük hissəcikləri olan qalın taxta parçası maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla ağır cinayətin səhər radələrində törədilməsi müəyyən edilib.
Belə ki, avqustun 21-də səhər radələrində evə açıq pəncərədən daxil olan naməlum şəxs əvvəlcə əlindəki taxta parçası ilə divanda yatmış Məmməd Sərxanovun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdikdən sonra səs-küyə çıxan Zeynəb Sərxanovadan evdəki pul və qızıl-zinət əşyalarının yerini soruşub. Naməlum şəxs evin sahibəsindən müsbət cavab almadığından onun da baş nahiyəsinə ağac parçası ilə zərbələr endirib və hadisə yerini tərk edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Avqustun 21-də qətlin açılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bir vaxtda rayon polisinə Xırdalan şəhərində digər ağır cinayət barədə məlumat daxil olub. Mənzillərdən birinə özünü usta kimi təqdim etməklə daxil olmuş naməlum şəxs orada yaşayan Sevda Hüseynovanı bıçaqla hədələyərək pul və qızıl-zinət əşyalar tələb edib. Lakin, qadının səs-küy salaraq qonşularını köməyə çağırması həmin şəxsin planlaşdırdığı cinayəti başa çatdırmasına imkan verməyib.
Qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən naməlum şəxsin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində avqustun 23-də əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılıb.
Zərərçəkmiş S.Hüseynova quldurluq məqsədilə evinə soxulmuş şəxsin M.Əliyev olduğunu təsdiqləyib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin gedişində hər iki hadisənin motivinin eyni olması və digər oxşar cəhətlərin mövcudluğu hər iki cinayətin M.Əliyev tərəfindən törədilməsi ehtimalını artırıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdikləri əlavə tədbirlərlə yuxarıda qeyd edilən qətlin də M.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Əliyev istintaqa ifadəsində hər iki ağır cinayəti tamah məqsədilə törətdiyini etiraf edib.
Cinayət işləri bir icraatda birləşdirilib, M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə qulduqluq), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM