Yerevanda bir nəfər gənc qadını girov götürüb və onu öldürməklə hədələyib.
Trend-in məlumatına görə, girov yerli bilyard klubunda saxlanılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qadını girov götürən şəxs snayperlə zərərsizləşdirilib, girov azad edilib. Snayperlə vurulan şəxs xəstəxanada keçinib.
Hadisənin səbəbləri aydınlaşdırılır.